• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
kolmanskop-ruhlar-seheri

Kolmanskop - Ruhlar şəhəri

Kolmanskop - Qum altında qalan “ruhlar şəhəri” kimi tanınan, Namibiya səhrasında yerləşən tərk edilmiş şəhər. Tarixi 1908-ci ildə Zaxarias Lewala adlı bir dəmir yolu işçisi qumun içində parlayan daşlar tapdı. Bu daşların brilyant olduğu təsdiqləndikdən sonra, ərazi Alman müstəmləkə hökumətinin diqqətini çəkdi və buraya qızıl axını başladı. Alman mühacirlər tərəfindən inşa edilmiş bu şəhər, bir vaxtlar brilyant mədənçiliyi səbəbilə çiçəklənən bir yaşayış yeri idi. Lakin təbii sərvətlərin tükənməsi və insanların şəhəri tərk etməsi nəticəsində, Kolmanskop tamamilə boşaldı və qum dənizinə qərq oldu. Bu gün o, xarabalıq içində olsa da, turistlər və fotoqraflar üçün unikal bir cazibə mərkəzidir. Qızıl dövr 1910-cu illərdə Kolmanskop Almaniya imperiyasının ən varlı şəhərlərindən birinə çevrildi. Şəhərdə alman üslubunda lüks villalar, xəstəxana, məktəb, kazino, teatr, restoranlar, Afrikanın ilk rentgen aparatı, buz istehsal edən zavod və dəmir yolu var idi. Tənəzzül Şəhər 1930-cu illərdə tənəzzülə uğramağa başladı. Yeni brilyant yataqlarının Oranjemund bölgəsində tapılması Kolmanskopu tərk edilmiş bir yerə çevirdi. 1956-cı ildə son sakinlər şəhəri tamamilə tərk etdilər. Şəhər tərk edildikdən sonra Namib səhrasının qumları binaları tədricən basmağa başladı. Bu mənzərə Kolmanskopu “ruhlar şəhəri” adlandırılmasına səbəb olub. Həyat və infrastruktur Kolmanskop Alman üslubunda inşa edilmiş müasir bir şəhər idi və öz dövrü üçün qeyri-adi infrastruktura sahib idi. Mədən işçiləri və mühəndislər üçün geniş, rahat evlər tikilmişdi. Kolmanskopun öz xəstəxanası və Afrikada ilk rentgen aparatı var idi. Alman mədənçilər kazinolarda əyləncələr və konsertlər təşkil edirdilər. Kolmanskopu Lüderitz limanına birləşdirən dəmir yolu xətti vardı. Səhrada olmasına baxmayaraq, şəhərdə buz istehsal edən zavod fəaliyyət göstərirdi. Bu, Alman müstəmləkə dövründə Afrikanın ən inkişaf etmiş yaşayış məntəqələrindən biri idi. Turizm Kolmanskop təkcə bir xarabalıq deyil, eyni zamanda Afrikada alman müstəmləkə dövrünün izlərini əks etdirən tarixi bir abidədir. Bu gün Kolmanskop qumla örtülmüş evlər və qapıları, alman üslublu binaların xarabalıqları, təbiətlə müasir həyatın qəribə qarşıdurması ilə turistlər və fotoqraflar üçün dünyanın ən məşhur tərk edilmiş şəhərlərindən biridir. Şəhərə gündəlik bələdçili turlar təşkil olunur və turistlər tərk edilmiş evlərə baxa bilirlər. Kolmanskop Hollywood və sənədli filmlərin çəkildiyi məşhur məkanlardan biridir.


İstinadlar

Tarix : 6 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.