- Wikisun
Kokoni - Yunanıstana aid olan kiçik ev itidir və son zamanlar standartlaşdırılmış bir cins olaraq təsdiq edilmişdir. Tarix Bu it növünün qədim mənşəyi var və onu qədim artefaktlarda, məsələn, vazalarda, heykəllərdə, fiqurlarda və sikkələrdə görmək olar. Bu növ Maltada yaranmış və yunanlar tərəfindən digər yunan iti olan Alopekis ilə birlikdə inkişaf etdirilmişdir. Onların tarixi çox qədim olduğu üçün bu itin əcdadlarının hansı it olduğunu və ya dəqiq mənşə tarixini müəyyən etmək mümkün deyil. İnanılır ki, onlar müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Kiçik heyvanların ovu, mal-qara otarmaq və keşikçilik bu məqsədlərə aiddir. Kokoni növü üçün heç vaxt ciddi yetişdirmə məhdudiyyətləri olmayıb, buna görə də onlar görünüşlərinə görə bir-birindən fərqlənə bilərlər. Son dövlərdə müxtəlif qruplara daxil edilməsi bəzi məhdudiyyətlər yaratmağa başlayıb. Görünüş Kokoni itləri kiçik ölçülü sayılır və çəkiləri təxminən 4-8 kq arasında dəyişir. Boyları isə orta hesabla 29 sm-ə qədərdir. Onların qulaqları sallanmış, burunları qısa, bədəni uzun, quyruqları isə uzun və əyri olur. Bu cins müxtəlif rənglərdə və rənglərin kombinasiyalarında mövcuddur. Kürkləri bir az dalğalı ola bilər. Xasiyyət Kokonilər ölçülərinə nəzərən daha güclü və səsli bir hürüşə malikdirlər. Çox az hürdükləri müşahidə olunur. Kokoni cinsinin xoş təbiətli, mehriban, canlı, şən və dostcanlı bir cinsdir. Aqressiv və ya qorxaq olmurlar. Cins yetişdiriciləri onların ağıllı, asanlıqla təlim edilə bilən və sahibinə qarşı çox sadiq və qoruyucu olduqlarını iddia edirlər. Kokoni cinsi öz yeni sahibinə asanlıqla öyrəşsə də, ondan mənfi münasibət gördükdə qaça bilər. Sağlamlıq Kokoni itləri sağlam bir növdür. Onlar digər növlərlə müqayisədə çox uzun ömür sürürlər. Əsasən diş gigiyenasına diqqət yetirilməlidir. 19 il ömür müddətinə sahib olan nadir itlərdən biridir.
https://www.hundeo.com/en/dog-breeds/kokoni/
https://www.dogbreedinfo.com/k/kokoni.htm
https://wagwalking.com/breed/kokoni
https://www.koe.gr/index.php/en/greek-breeds/kokoni
https://greekcitytimes.com/2023/11/21/kokoni-greeks-ancient-times/
https://www.rocadog.com/blog/kokoni-dog-breed-facts-and-information
https://www.milouchouchou.com/en/little-known-dog-breeds/rare-breeds/kokoni
https://www.ukpets.com/dog-breeds/kokoni
https://ijhylfep.elementor.cloud/kokoni-dog-breed-information-and-pictures/
https://woofbarkgrowl.co.uk/kokoni-dog/
https://www.dogdesires.co.uk/kokoni/
https://en.wikipedia.org/wiki/Kokoni
Tarix : 17 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.