• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
klayv-erik-kassler-yazici

Klayv Erik Kassler (yazıçı)

Klayv Erik Kassler (15 iyul 1931 — 24 fevral 2020) — Amerikan macəra romanları yazıçısı və sualtı araşdırmalar edən alim. Ümumi məlumat "Dirk Pitt" personajını əks etdirən triller romanları "The New York Times" qəzetinin ən çox satılan bədii əsərlər siyahısına, 20 dəfədən çox düşmüşdür. Kassler 60-dan çox gəmi qəzası yeri və çoxsaylı digər məşhur sualtı qalıqlarını kəşf etmiş, "Milli Sualtı və Dəniz Agentliyi"nin (NUMA) təsisçisi və sədri idi. O, 80-dan çox kitabın yeganə və ya əsas müəllifi olmuşdur. O, özünü, tez-tez kitablarında özü kimi təsvir edirdi. Onun romanları,müxtəlif başqa bədii əsərlərə ilham vermişdir. Erkən həyatı Klayv Kassler İllinoys ştatının Aurora şəhərində Erik Edvard Kassler və Emi Adelin (qızlıq soyadı Hunnewell) ailəsində anadan olmuş və Kaliforniyanın Alhambra şəhərində böyümüşdür. Atası Almaniyadan, anasının əcdadları isə İngiltərədən idi. "Dəniz ovçuları: Məşhur gəmi qəzaları ilə əsl macəralar" adlı xatirə kitabında Kassler atasının "Birinci Dünya Müharibəsi" zamanı Qərb cəbhəsində "İmperator Alman Ordusu"nda xidmət etdiyini açıqlamışdır. Bundan əlavə, Kasslerin əmilərindən biri "İmperator Alman Hərbi Hava Qüvvələri"ndə xidmət etmiş və 14 müttəfiq təyyarəsini vuraraq, uçan as olmuşdur. O, 14 yaşında "Qartal Skaut" rütbəsinə layiq görülmüşdür. O, iki il "Pasadena City College"-də oxumuş, sonra Koreya müharibəsi zamanı Amerika Birləşmiş Ştatları "Hərbi Hava Qüvvələri"nə qoşulmuşdur. "Hərbi Hava Qüvvələri"ndə xidmət edərkən çavuş rütbəsinə yüksəlmiş və "Hərbi Hava Nəqliyyat Xidməti" (MATS) üçün təyyarə mexaniki və uçuş mühəndisi kimi çalışmışdır. Karyera Ordudan tərxis olduqdan sonra Kassler reklam sənayesində işləməyə başlamışdır, əvvəlcə mətn yazıçısı, sonra isə ölkənin ən uğurlu iki reklam agentliyinin yaradıcı direktoru kimi çalışmışdır. Öz vəzifələrinin bir hissəsi olaraq, Kassler radio və televiziya reklamları istehsal etmişdir, onların bir çoxu "Kann Şirləri Beynəlxalq Reklam Festivalı"nda mükafat da daxil olmaqla, beynəlxalq mükafatlar qazanmışdır. Mükafatlar Kasslerin 1996-cı ildə ilk qeyri-bədii əsəri olan "Dəniz ovçuları" nəşr edildikdən sonra, 1997-ci ildə "Nyu-York Dəniz Kollecinin İdarə Heyəti" tərəfindən doktorluq dissertasiyası əvəzinə qəbul edilən əsər üçün, "Ədəbiyyat Doktoru" dərəcəsi ilə təltif edilmişdir. Bu, kollecin 123 illik tarixində belə bir dərəcənin verildiyi ilk hal idi. 2002-ci ildə Kassler dəniz tədqiqatlarına göstərdiyi səylərə görə "ABŞ Dəniz Xatirə Fondun"dan "Dəniz İrsi Mükafatı" ilə təltif edilmişdir. Kassler Nyu-Yorkdakı "Tədqiqatçılar Klubu"nun, Londondakı "Kral Coğrafiya Cəmiyyəti"nin və "Amerika Okeanoqraflar Cəmiyyəti"nin üzvü idi. Ədəbi karyera Klayv Kassler 1965-ci ildə, həyat yoldaşı Kaliforniyada yaşadıqları yerli polis idarəsində gecə növbəsində işə düzələndə yazmağa başlamışdır. Uşaqlar üçün yemək bişirib onları yatırdıqdan sonra, danışmağa kimsə yox idi və çox iş görməyə də bir şey yox idi, buna görə də yazmağa başlamaq qərarına gəlmişdir. Onun ən məşhur personajı dəniz mühəndisi, hökumət agenti və macəraçı "Dirk Pitt"dir. Pittin ilk iki romanı, "Aralıq dənizi kaprizası" və "Aysberq", nisbətən ənənəvi dəniz trilleri idi. Üçüncü roman, "Titanik'i qaldır!", Kasslerin nüfuzunu artırmış və sonrakı Pitt romanlarının izləyəcəyi nümunəni yaratmışdır. Kasslerin romanları demək olar ki, həmişə keçmişdə cərəyan edən bir fəsillə başlayır. Bunlar romanın əsas personajlarını ehtiva etmir və tez-tez birinci fəslin hadisələrini hekayənin qalan hissəsinə bağlayan bir sirr və ya sirri əsas personajların kəşf etməsinə qədər süjetdən ayrı görünür. Bu, demək olar ki, həmişə caninin və ya qəhrəmanın məqsədləri üçün vacib olan uzun müddət itirilmiş artefakt şəklində olur. Çox vaxt ilk fəsildə yüksək məxfi, vacib və ya təhlükəli yük daşıyan bir gəmi və ya təyyarə itirilir və kitabın sonunda müasir bir personaj tərəfindən tapılana qədər heç vaxt tapılmır. Kasslerin romanları, Maykl Kraytonun romanları kimi, hərbi süjetlər və mühitlər istifadə etməyən texno-trillerlər nümunədir. Lakin Krayton dəqiq realizmə can atdığı yerdə, Kassler fantastik tamaşalara və qəribə süjet qurğularına üstünlük verir. Xüsusilə Pitt romanları, Ceyms Bond və ya Indiana Cons filmlərinin qeyri-mümkün keyfiyyətinə malikdir, eyni zamanda bəzən Alistair MacLeanın romanlarından da borc alır. Pitt özü "Doc Savage" və kütləvi jurnallardan digər personajları xatırladan super qəhrəmandır. Kassler on yeddi dəfə dalbadal "The New York Times" qəzetinin ən çox satılan bədii əsərlər siyahısına düşmüşdür. 2014-cü ildə "McFarland Publishing" Steven Philip Jonesun, Kasslerin romanlarının ilk tənqidi icmal dərsliyini "The Clive Cussler Adventures: A Critical Review" nəşr etmişdir. NUMA Sualtı tədqiqatçı kimi, Kassler 60-dan çox gəmi qəzası yeri kəşf etmiş və tapıntıları haqqında qeyri-bədii kitablar yazmışdır. O, həmçinin "Dirk Pitt"i işə götürən uydurma hökumət agentliyi ilə eyni adı daşıyan qeyri-kommersiya təşkilatı olan "Milli Sualtı və Dəniz Agentliyi"nin (NUMA) təşəbbüskarı idi.


İstinadlar

Tarix : 18 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.