• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
kisu-it-cinsi

Kişu (it cinsi)

Kişu Ken - Yaponiyaya məxsus it cinsi. O, qədim cinslərdən törəmiş və hazırda "Mie" və "Vakayama" prefekturaları olaraq bilinən Kişu bölgəsinin adını daşıyır. Kişu ov zamanı hədəfi səssizcə izləyir və hürmür. Onlar bu günə qədər qaban ovunda ən çox istifadə edilən safqan yerli yapon it cinsidir. Tarixi "Mie" və "Vakayama" prefekturalarının dağlıq bölgələrində qaban və maral ovlamaq üçün selektiv şəkildə yetişdirilmişdir. 1930-cu illərdə yapon yetişdirici Haruo İsoqai tərəfindən aparılan bir araşdırmada bütün yerli yapon it cinsləri böyük, orta və kiçik ölçülü olmaqla 3 kateqoriyaya bölünmüşdür. Kişu Ken orta ölçülü itlər qrupuna aiddir. 1934-cü ildə Yaponiyanın canlı milli abidəsi elan edilmişdir. Cinsin ilk dövrlərində fərdlərin təxminən 70%-i ağ deyildi. Ancaq indi ağ rəng üstünlük təşkil edir. Cins çox nadir olduğundan, onu yalnız Yaponiyada görmək mümkündür. Görünüşü 43–55 sm boyunda, 13–27 kq ağırlığında orta ölçülü it hesab olunur. Standart yalnız tək rəngli itlərin nümayiş etdirilməsinə icazə verir. Qəbul edilən rənglər ağ, qırmızı və qara-qonur rənglərdir. Ağ rəng ən çox yayılmış və üstünlük verilən rəngdir, çünki ov zamanı itləri ovdan ayırd etmək daha asan olurdu. Burnu qara, dişləri qayçılı və ya düz, quyruğu arxaya doğru qıvrılmış olur. Kürkü qısa, düz və kobud, alt qatı isə qalındır. Yanaqlarında və quyruğunda bir az tüklənmə olur. Qulaqları irəliyə doğru əyilmiş, kiçik və baş ilə uyğun ölçüdə olmalıdır. Bu cins möhkəm, çevik və dost xarakterlidir. Xasiyyəti Ailədə çox vaxt bir nəfərə daha çox bağlanır, lakin düzgün ictimailəşdirilmiş bir it yad insanlara qarşı da ünsiyyətcil ola bilər. Onlar cəsur ovçulardır və sahiblərinə sədaqətlidir. Bəzi Kişu itləri pişiklərlə yaxşı yola gedə bilirlər. Bala vaxtlarından yaxşı ictimailəşdirilsələr, digər itlərlə də yaxşı anlaşa bilərlər. Lakin sərhədlərinə hörmət etməyən itlərə qarşı aqressiv ola bilərlər. Onlar olduqca inadkar və iradəlidir, bu səbəbdən təlim vacibdir. Uşaqlarla da yaxşı yola gedirlər. Sağlamlıq Ümumiyyətlə sağlam bir cins hesab edilir. İndiyə qədərki məlumatlar göstərir ki, onlar oynaq deformasiyalarına daha az meyllidir. Dirsək displaziyası isə cinsdə diqqət edilməli sağlamlıq problemidir. Bundan əlavə, allergiyalar və otoimmun xəstəliklər də müşahidə edilə bilər.


İstinadlar

Tarix : 30 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.