- Wikisun
Kənan iti (İngiliscə: Canaan Dog) - 20-ci əsrin əvvəllərində Yaxın Şərqdəki yarı vəhşi "pariah" itlərindən inkişaf etmiş bir it cinsi. Bu itlər bölgədə qədim dövrlərdən bəri mövcud olmuş heyvanların nəslidir. Bu cins, İsraildə milli it olaraq tanınır və bu itlər İordaniya, İsrail, Livan, Fələstin, Sina yarımadası və Suriya ərazisində 9,000 il əvvəl mövcud olmuşdur. 2012-ci ilə qədər dünyada təxminən 2000-3000 Kənan iti olduğu bildirilmişdir. Kənan iti həmçinin "Kelef K'naani", "İsrail Kənan iti", "Bedevi keçi iti" və "Fələstin Pariah iti" kimi adlarla tanınır. Cinsin standartı 1966-cı ildə İsrailli professor Rudolfina Menzel tərəfindən yaradılmışdır. Tarix Tarix boyu, Bədəvi xalqı bu iti qoyunlarını və çadırlarını qorumaq üçün istifadə etmişdir. Kütləvi koç zamanı israillilər öz torpaqlarından zorla çıxarıldı. Onlar gedərkən itlərini saxlamışdılar ki, bu itlər vəhşi həyatı qəbul edərək təbiətə uyğunlaşsınlar. İsraildəki qazıntılar zamanı, "Ashkelon it qəbiristanlığı" tapılmışdır. Bu qədim dünyanın ən böyük heyvan qəbiristanlığı hesab olunur. Burada tapılan 700 it sümüyünün hamısı müasir Kənan itinə bənzəyirdi. Bu qəbiristanlıq, Fars imperiyası dövrünə aid edilir və arxeoloqlar bu itlərə müqəddəs heyvanlar kimi hörmətlə yanaşıldığını güman edirlər. Dr. Rudolfina Menzel (1891–1973) bu iti çöl itləri kimi tapan və onları ev itlərinə çevirmək üçün selektiv yetişdirmə proqramı başlatmışdır. 1930-cu illərdə Menzel "Haganah" təşkilatından xidmət itləri qrupu yaratmaq üçün tapşırıq aldı. O yarı vəhşi itlərdən xüsusi tərbiyə üsulları tətbiq edərək, ev itləri və hərbi itlər hazırlamışdır. O, 1934-cü ildə ilk yetişdirmə proqramını başlatdı və bu proqram Kənan itinin müasir formasını yaratdı. Menzel 1953-cü ildə Kənan itlərini korlar üçün rəhbər itlər kimi tərbiyə etməyə başladı. Bu itlər çox müstəqil və kiçik olduqları üçün ümumi rəhbər itlər kimi istifadəyə uyğun deyildilər, amma bəziləri uşaqlar tərəfindən uğurla istifadə edilmişdir. Onun yetişdirmə proqramı "B'nei Habitachon" adı altında davam etdirildi. Menzelin 1973-cü ildəki ölümündən sonra, "Shaar Hagai Kennels", "Dvora Ben Shaul" və "Myrna Shiboleth" tərəfindən bu proqram davam etdirilmişdir. Xüsusiyyətləri Vəhşi tip it olaraq təsvir edilir. Orta ölçülü və kvadrat bədənli bir itdir. Başı yastı, qulaqları dik və aşağı yerləşən, geniş bazalı və yuvarlaq ucqludur. Tükləri sıx, sərt və düz, qısa və orta uzunluqlu olur. Alt hissəsində tüklərin sıxlığı mövsümə görə dəyişir. Rəngi qara, qəhvəyi, qırmızı tonlu ola bilir. Adətən kiçik ağ işarələr və ya rəngli ləkələr olur. Kənan itləri çox diqqətcil, sürətlə reaksiya verən və yad adamlara güvənməyən itlərdir. Onlar çox qoruyucu olsa da, aqressiv deyillər. Çevikliyi, itaəti, tullanması, iz təqib etmə və sürüyə nəzarət kimi xüsusiyyətlərə sahibdir.
https://en.wikipedia.org/wiki/Canaan_Dog
https://a-z-animals.com/animals/canaan-dog/
https://www.britannica.com/animal/Canaan-dog
https://www.thesprucepets.com/canaan-dog-4584348
https://www.purina.co.uk/find-a-pet/dog-breeds/canaan
https://www.thekennelclub.org.uk/search/breeds-a-to-z/breeds/utility/canaan-dog/
https://midwayanimal.com/client-resources/breed-info/canaan-dog/
https://www.markamama.com.tr/orta-dogudan-eski-bir-tur-kenan-kopegi?srsltid=AfmBOop8hyOtK52gEBilrGf6SP8gRtTelS_BlL2rOHIZOQsqa7F3nY8p
https://blog.petihtiyac.com/canaan-kopegi#!
https://www.akc.org/expert-advice/lifestyle/meet-canaan-dog-magnum/
https://www.akc.org/dog-breeds/canaan-dog/
https://canaandog.co.uk/
Tarix : 21 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.