- Wikisun
Kauç qazayağı qurbağası (Scaphiopus couchii) - Şimali Amerika qazayağı qurbağaları fəsiləsinə (Scaphiopodidae) aid bir növdür. Növün elmi adı olan couchii, amerikalı təbiətşünas Darius Neş Kauçun şərəfinə verilmişdir. O, Smitson İnstitutuna bitki, mineral və heyvan nümunələri toplamaq üçün şimali Meksikaya şəxsi ekspedisiya zamanı ilk nümunəni toplamışdır. Təsvir Digər qurbağalardan fərqli olaraq, qazayağı qurbağalarının şaquli bəbəkləri var. Arxa ayağın alt tərəfində sərt, tünd rəngli bir "qazayağı" var ki, bu da onlara adını verir. Bu canlılar 3,5 düym uzunluğa qədər böyüyə bilər. Bu "qazayağı" qurbağaların su itkisini qarşısını almaq və yırtıcılardan gizlənmək üçün torpağa qazmasına kömək edir. Arizona və Kaliforniyanın Sonoran səhrasında iki qazayağı növü var. Kauç qazayağı qurbağasının (Scaphiopus couchi) oraqlı "qazayağı" var, qərb qazayağı qurbağasının (Spea hammondii) isə yumru "qazayağı" var. Qazayağı qurbağaları əsl qurbağalar deyil və sadəcə qazayağı adlandırılmalıdır. Yayılması Kauç qazayağı qurbağası ABŞ-nin cənub-qərbində, cənub-şərqi Kolorado və mərkəzi Oklahoma, şimali Meksika və Aşağı Kaliforniya yarımadasında yayılıb. Onlar cənubi Arizona və Kaliforniyanın bir hissəsini əhatə edən Sonoran səhrası boyunca tapıla bilər. Cütləşmə və çoxalma Su, qazayağı yumurtalarının mayalanması üçün zəruri bir mühitdir və yumurtalar çatladıqdan sonra su, çömçəquyruqların yetkin mərhələyə qədər inkişaf etməsi üçün bir yer təmin edir. Suyun əhəmiyyətinə görə, qazayağı qurbağaları yağışlı mövsümdə (şimal yarımkürəsində yaz və yay) fəal olur və quraq mövsümdə (payız və qış) yeraltında qalır. Yay fırtınası gəldikdə, erkək qurbağalar yeraltından çıxır və yağış suyu gölməçələri axtarır. Su tapdıqda, erkəklər dişi qurbağaları cəlb edən cütləşmə çağırışı edirlər. Yeni tədqiqatlar göstərir ki, dişilər tünd rəngli erkəklərə nisbətən parlaq rəngli erkəklərə daha çox meyl edir. Bu da erkəyin ölçüsü və vəziyyətini müəyyən etmək üçün yeni bir aspekt yaradır. Su gölməçələri qısa ömürlü ola biləcəyi üçün cütləşmə yağış başlayandan sonra ilk gecə baş verir.
https://www.desertmuseum.org/books/nhsd_spadefoot.php
https://happyhollow.org/explore/zoo/education-ambassador/spadefoot/
https://cpw.state.co.us/species/couchs-spadefoot
https://animaldiversity.org/accounts/Scaphiopus_couchii/
https://landpotential.org/habitat-hub/couchs-spadefoot/
https://amphibiaweb.org/cgi/amphib_query?account=lannoo&where-genus=Scaphiopus&where-species=couchii
https://en.wikipedia.org/wiki/Couch%27s_spadefoot_toad
Tarix : 5 mart 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.