- Wikisun
Kanada alaçöhrəsi (Cardellina canadensis) - "Yeni Dünya" alaçöhrələri fəsiləsinə (Parulidae) aid olan kiçik bir oxuyan quş növüdür. Yay aylarını Kanada və ABŞ-ın şimal-şərqində, qışı isə Cənubi Amerikanın şimal hissəsində keçirir. Taksonomiya 1760-cı ildə fransız zooloq Mathurin Jacques Brisson Kanada alaçöhrəsinin təsvirini "Ornithologie" əsərində daxil etdi. O, fransızca "Le gobe-mouche cendré de Canada" və latınca "Muscicapa Canadensis Cinerea2 adlarından istifadə etdi. Brisson latınca adlar yaratsa da, bu adlar binomial sistemə uyğun deyildi və "Beynəlxalq Zooloji Nomenklatura Komissiyası" tərəfindən tanınmadı. 1766-cı ildə isveçli təbiətşünas Carl Linnes özünün "Systema Naturae" əsərinin 12-ci nəşrini yeniləyərkən, Brisson tərəfindən əvvəlcə təsvir edilmiş 240 növü daxil etdi. Bunlardan biri də Kanada alaçöhrəsi idi. Linnaes qısa bir təsvir verdi, "Muscicapa canadensis" binomial adını təqdim etdi və Brissonun əsərinə istinad etdi. Növ hazırda "Cardellina2 cinsinə daxildir, bu cins 1850-ci ildə fransız təbiətşünası Charles Lucien Bonaparte tərəfindən təqdim edilmişdir. Növ monotipikdir, yəni heç bir yarımnövü yoxdur. Təsvir Kanada alaçöhrəsi bəzən "boyunbağılı alaçöhrə" adlanır, çünki sinəsi boyunca tünd zolaqlar var. Yetkin fərdlərdə cinsi dimorfizm zəifdir, lakin erkəklərin "boyunbağı" daha tünd və nəzərə çarpandır, həmçinin onların quyruğu daha uzundur. Yetkin fərdlər 12-15 sm uzunluğunda, qanadları arası məsafə 17-22 sm, çəkisi isə 9-13 qramdır. Quşun sinəsi, boğazı və qarnı sarı, arxa hissəsi isə tünd boz rəngdədir. Qanadlarında və quyruğunda xallar yoxdur, lakin quyruğunun alt tərəfi ağ rəngdədir. Gözünün qabağında sarı bir xətt var, ən diqqət çəkən xüsusiyyəti isə ağ göz halqaları və ya "eynek"dir. Cavan fərdlər yetkinlərə bənzər rəngə malikdir, lakin daha solğun və üz xüsusiyyətləri daha az nəzərə çarpır. Səs Bu quşun oxuması yüksək səslidir və çox dəyişkəndir, "chip chewy sweet dichetty" kimi səslənir. Onların çağırışları həmdə aşağı tonlu "chup" səsləridir. 2013-cü ildə aparılan bir araşdırma göstərdi ki, erkək Kanada alaçöhrələrinin iki növ oxuma üsulu var. Birinci üsul əsasən gündüz, tək və ya erkən yuva qurma dövründə dişi yaxınlığında istifadə olunur və təkrarlanan, yavaş oxumalardan ibarətdir. İkinci üsul isə səhər tezdən, cütləşdikdən və ya başqa bir erkək yaxınlığında istifadə olunur, dəyişkən və sürətli oxumalardan ibarətdir. Bu üsulların hər ikisində oxunan ifadələr oxşardır, bu xüsusiyyyət "Parulidae" fəsiləsinin digər növlərində nadir hallarda müşahidə edilir. 2000-ci ildə Virciniya ştatının Giles County bölgəsində bir dişi Kanada alaçöhrəsi (və ya tük dəyişməmiş cavan erkək) oxuduğu müşahidə edildi. Onun oxuması 12-13 notdan ibarət idi və daha qısa oxumalar da var idi. Quş öz oxumasına və ya erkək oxumasının səsləndirilməsinə reaksiya vermədi. Dişi alaçöhrələrin oxuması "Parulidae" fəsiləsində "idiosinkratik" hesab edilsə də, bu müşahidə dişi oxumasının mümkün olduğunu göstərir. Yayılması və yaşayış yeri Çoxalma mövsümündə populyasiyanın 82%-i Kanadada, 18%-i isə Amerika Birləşmiş Ştatlarında yayılmışdır. Kanadada yayılma arealı cənub-şərqi Yukondan Nova Skotiyaya qədər uzanır. ABŞ-də isə şimali Minnesotadan şimali Pensilvaniyaya qədər, şərqdə isə Nyu-Yorkun Long Island bölgəsinə qədər yayılıb. Həmçinin Appalaç dağlarında cənuba doğru Corciyaya qədər yuva qurur. Qış aylarında isə arealı Qayanadan şimal-qərbi Boliviyaya qədər uzanır. Həm yay, həm də qış aylarında Kanada alaçöhrəsi rütubətli kolluqlarda yaşayır. Çoxalma dövründə quş çay kənarlarındakı kolluqlarda, meşə bataqlıqlarında və yüksək dağlıq rododendron kolluqlarında yuva qurur. Qış aylarında isə orta və yüksək yüksəklikdəki yaşayış yerlərini üstün tutur. Miqrasiya Kanada alaçöhrəsi çoxalma ərazilərinə ən son gələn və ən tez tərk edən quşlardan biridir. Onlar bu ərazilərdə cəmi iki ay qalır. Gecə vaxtı uçaraq cənub-qərb istiqamətində Texas sahillərinə, oradan isə Cənubi Meksikaya doğru hərəkət edirlər. Qış ərazilərinə sentyabrın sonu və oktyabrın əvvəlində çatırlar. Davranış və ekologiya Çoxalma Quşlar ən azı mövsümi monoqamdır. Panama miqrasiyası zamanı cütlərin müşahidə edilməsi onların daimi monoqam olduğu qənaətinə gətirib çıxarsa da, bu fərziyyə cinslərin qışı fərqli yüksəkliklərdə keçirməsi ilə ziddiyyət təşkil edir. Erkəklər çoxalma ərazilərinə mayın ilk iki həftəsində gəlir. Dişilər yuvalarını yerə yaxın və ya yerin üzərində sıx kolluqlarda qurur. Yuvalar kök kütlələri, təpəciklər, kütüklər, çay kənarları və bəzən yarpaq tullantıları və ot dəstələrindən hazırlanır. Dişi dörd-beş yumurta qoyur və təxminən 12 gün müddətində onları qoruyur. Balalar yumurtadan çıxdıqdan sonra 10 gün yuvada qalır və yuvadan çıxdıqdan sonra 2-3 həftə valideynlərindən asılı olur. Qidalanma Kanada alaçöhrəsi əsasən həşəratlarla qidalanır, o cümlədən böcəklər, ağcaqanadlar, milçəklər, güvələr və tırtıllar. Həmçinin hörümçək, ilan balığı, qurd və mövsümi olaraq meyvələr də yeyir. Quş həşəratları yarpaqlardan qovaraq havada tutmaq kimi müxtəlif qidalanma üsullarından istifadə edir. Cənubi Amerikanın tropiklərində isə digər quşlarla qarışıq dəstələr halında, adətən 3-30 fut yüksəklikdə qidalanır. Status "Partners in Flight" təşkilatı qlobal populyasiyanı 4 milyon, "American Bird Conservancy" isə 1,5 milyon fərd olduğunu təxmin edir. Kanada alaçöhrəsinin təhlükələri arasında meşə parçalanması, maralların kolluqları həddindən artıq yeməsi, turşu yağışları və şam ağaclarını öldürən "woolly adelgid" həşəratının yayılması var. "Breeding Bird Survey" məlumatlarına görə, populyasiya hər il 3,2% azalır, ən böyük azalma şimal-şərqdə müşahidə edilir. Kanada alaçöhrəsi "Kanada Nəsli Kəsilmək Təhlükəsində Olan Vəhşi Təbiət Komitəsi" tərəfindən "təhlükədə" olan növ kimi qiymətləndirilib. "IUCN" isə onu "ən az narahat edici" statusuna aid edir. İncəsənətdə John James Audubon Kanada alaçöhrəsini "Birds of America" əsərində (1827-1838, London) təsvir etmişdir. Plate 73-də "Bonapartın Həşərat Yeyən Alaçöhrəsi—Muscicapa bonapartii" adı ilə təqdim olunub. Təsvirdə tək bir dişi (düzgün olaraq Kanada alaçöhrəsi kimi identifikasiya edilib) Joseph Mason tərəfindən çəkilmiş böyük maqnoliya (Magnolia grandiflora) budağı üzərində oturmuş şəkildə göstərilib. Son təsvir Robert Havell Jr. tərəfindən Londonun Havell emalatxanalarında oyma və rəngləmə yolu ilə hazırlanıb. Orijinal rəsm Nyu-York Tarix Cəmiyyəti tərəfindən alınıb.
https://www.allaboutbirds.org/guide/Canada_Warbler/id
https://www.audubon.org/field-guide/bird/canada-warbler
https://partnersinflight.org/species/canada-warbler/
https://www.thelandbetween.ca/the-land-between-species-at-risk/canada-warbler/
https://datazone.birdlife.org/species/factsheet/canada-warbler-cardellina-canadensis/summary
https://www.borealbirds.org/bird/canada-warbler
https://ebird.org/species/canwar
https://www.registrelep-sararegistry.gc.ca/virtual_sara/files/plans/rs_canada%20warbler_e_proposed.pdf
https://www.tn.gov/twra/wildlife/birds/forest-birds/canada-warbler.html
https://open.alberta.ca/publications/9781460119600
https://naturecanada.ca/discover-nature/endangered-species/canada-warbler/
https://abcbirds.org/bird/canada-warbler/
https://www.nwtspeciesatrisk.ca/en/our-species-risk/canada-warbler
https://www.oiseaux-birds.com/card-canada-warbler.html
https://www.canada.ca/en/environment-climate-change/services/species-risk-public-registry/cosewic-assessments-status-reports/canada-warbler-2020.html
https://www.bto.org/understanding-birds/birdfacts/canada-warbler
https://www.ontario.ca/page/canada-warbler
https://www.inaturalist.org/taxa/145275-Cardellina-canadensis
https://app.birda.org/species-guide/35865/Canada_Warbler
https://animalia.bio/canada-warbler
https://www.sdakotabirds.com/species/canada_warbler_info.htm
https://dibird.com/species/canada-warbler/
https://motus.org/wp-content/uploads/2024/05/CAWA_EN.pdf
https://www.naturetrust.nb.ca/en/canada-warbler
https://www.adirondackexplorer.org/stories/canada-warbler-butterfly-of-the-bird-world
https://www.birds-of-north-america.net/Canada_Warbler.html
https://vtecostudies.org/wildlife/birds/forest-birds/canada-warbler/
https://www.ssji.ca/canada_warbler
https://www.fws.gov/media/canada-warbler
https://www.birdatlas.bc.ca/accounts/speciesaccount.jsp?sp=CAWA&lang=en
https://www.birdatlas.mb.ca/speciesatrisk/species/CanadaWarbler/species.htm
https://www.lauraerickson.com/bird/canada-warbler/
https://landbirdsar.merseytobeatic.ca/canada-warbler-identification/
https://georgianbaybiosphere.com/species-at-risk/canada-warbler/
https://www.birdscanada.org/international-progress-to-conserve-canada-warblers
https://en.wikipedia.org/wiki/Canada_warbler
Tarix : 31 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.