• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
iquitos-peru

Iquitos, Peru

Iquitos - Peru, Amazon meşəsinin dərinliklərində yerləşən unikal şəhərlərdən biri. Perunun Loreto regionunun paytaxtı olan bu şəhərə sadəcə qayıqlarla və ya təyyarə ilə gediş-gəliş mümkündür. Amazon çayının sahilində yerləşən Iquitos, təbii ehtiyatları, bənzərsiz mədəniyyəti və qeyri-adi coğrafiyası ilə turistlərin diqqətini çəkən bir mərkəzdir. Tarix Şəhərin yaranma tarixi hələ də müzakirə olunur. Arxivlərdə şəhərin 1757-ci ildə San Pablo de Nuevo Napeanos kimi quruldu. Iquitosun tarixi missioner icmalarının bura köç etməsi ilə başlayır. Şəhər ilk dövrlərdə yerli icmalarla missionerlər arasında əlaqə mərkəzi rolunu oynayıb. Rəsmən 1864-cü ildə şəhər statusu qazanan Iquitos, Amazon bölgəsinin ən mühüm limanlarından biri oldu. Coğrafiya və nəqliyyat Iquitos, Perunun şimali-şərqində yerləşərək Amazon çayı və onun qolları ilə əhatə olunub. Şəhər yollardan kənar olduğu üçün şəhərə quru yol ilə daxil olmaq mümkün deyil. Nəqliyyat vasitəsi kimi qayiqlar əsas rol oynayır. Bundan əlavə, Iquitos’a təyyarə yolu vasitəsilə Limadan və ya bəzi beynəlxalq hava limanlarından asanlıqla səyahət edə bilərsiniz. İqtisadiyyat Iquitosun iqtisadiyyati əsasən ekoturizm və təbii ehtiyatlara dayanır. Amazon meşələri ilə əhatə olunduğu üçün şəhərə dünyanın bütün ölkələrindən turistlər axın edir. Bundan əlavə, şəhərin limanı vasitəsilə balıqçılıq, rezin istehsalı kimi ixracatlar iqtisadiyyatın vacib hissəsini təşkıl edir. İqlim Iquitos Köppen iqlim təsnifatına uyğun olaraq tropik meşə iqlimi olan ekvatorial iqlimi yaşayır, İntertropik Konvergensiya Zonasına tabedir və siklonlar yoxdur. İl boyu davamlı yağış yağır, fərqli quraqlıq mövsümü yoxdur, lakin yay daha yağışlıdır. Ekvator zonasında fəsillər həssas olmadığı üçün İquitosda cəmi iki fəsil var. Təbii qoruqlar Allpahuayo - Mishana Milli Qoruğu biomüxtəlifliyin yüksələn dərəcələri ilə qorunan ərazidir. Pilpintuwasi kəpənək zooparkı İquitos ştatının Padre Cocha şəhərində yerləşir və 40-dan çox böcək növünü, xüsusilə də kəpənəkləri əhatə edir. Kəpənək zooparkı boyunca heyvanların xilas edilməsi üçün istifadəyə verilmiş Amazon Heyvan Yetimxanası yerləşir.


İstinadlar

Tarix : 24 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.