- Wikisun
Holland çoban iti (hollandca: Hollandse Herder) – Holland mənşəli çoban iti cinsi. Onlar az tələbkar və sərt şəraitə uyğunlaşa bilən, çoxyönlü bir itə ehtiyacı olan çobanlar və fermerlər tərəfindən istifadə olunurdu. Tarix Hollandiyanın tarixi bölgəsinin kənd yerlərində (bu, müasir Hollandiya Krallığını da əhatə edir) yaşayan təbii çoban iti növü kimi aşkar edilmişdir. 1898-ci ildə ilk cins standartı yazılanda kürkü istənilən rəngdə ola bilərdi, lakin 1914-cü ildə cinsi o zaman oxşar Alman çoban iti və Belçika çoban itlərindən ayırmaq üçün yalnız "brindle" rənginin icazə verilməsi qərara alındı. Cinslər nəhayət, bu gün məlum olduğu kimi altı fərqli cinsə ayrıldı. Bununla belə, Holland çoban iti təxminən 100 il əvvəl olduğu kimi qalır. O, Belçika çoban itlərindən və Alman çoban itlərindən cins standartında qeyd olunan detallara, ilk növbədə başına görə fərqlənir. Funksiya Əvvəllər əsas funksiyası kənd yerlərində çoban itinin funksiyası idi. İlk dövrlərdən hollandiyalılar qoyun sürülərindən qorunması lazım olam əkinçilik mədəniyyətinə malik idilər. İtlər sürünü əkinlərdən uzaq tutmalı idilər, bunu da yolların və tarlaların sərhədlərini gəzərək edirdilər. Onlar sürüləri ümumi çəmənliklərə, bazarlara və limanlara gedən yolda müşayiət edir, həm də, təsərrüfatda toyuqları gül bağçasından uzaqlaşdırır, inəkləri otarır, süd arabalarını çəkirdilər. Yad adamlar fermaya girəndə isə fermerlərə xəbərdarlıq edirdilər. Təxminən 1900-cü ildə qoyun sürüləri Hollandiyada sürətlə azalmağa başladı. Holland çoban itlərinin çoxyönlü bacarıqları onları it təlimi üçün uyğunlaşdırdı və o zamanlar bu itlər daha da populyarlaşmağa başladı. Daha sonra onlar polis itləri, axtarış və izləmə itləri və korlar üçün bələdçi itlər kimi öyrədildi və istifadə edildi. Holland çoban itinin populyasiyası müasir əkinçilik texnikası səbəbindən sürətlə azaldı və yox olmaq dərəcəsinə çatdı. 1940-1950-ci illərdə cins demək olar ki, bu cins yox olmuşdu. İkinci Dünya Müharibəsi zamanında Hollandiyada əksər it cinslərinin yetişdirilməsi dayandırıldı. İtlər yemək çatışmazlığından ölür və ya alman hərbçiləri tərəfindən Almaniyaya aparılırdı. Bir çox qan xətti məhv oldu. Təsvir Holland çoban iti orta hesabla 23-32 kq çəkidə olur və hündürlüyü 55-63 sm arasında dəyişir. Rəng Brindle: Əsas rəng qızılı və ya gümüşüdür və təxminən ağ, açıq qum rəngindən şabalıd qırmızıya qədər dəyişə bilər. "Əsl gümüş brindle" çox nadirdir, çünki çox ağ olması qayda pozuntusu sayılır. Çox qara arzuolunmazdır. Qara simaya üstünlük verilir. Sinə və ya ayaqlarda ağ ləkələrin olması arzuolunan deyil. Temperament Sadiq, etibarlı, ayıq, aktiv, müstəqil, ağıllıdır. İtaət və nizam-intizam diqqətəlayıq nəticələrlə əldə edilə bilər. Əsl çoban xasiyyətinə sahib olan bu itlər sahibləri ilə birlikdə həvəslə işləyə bilirlər və nə aqressiv, nə də utancaq olmamaqla onlara tapşırılan istənilən vəzifənin öhdəsindən müstəqil şəkildə gələ bilirlər. Onlar güclü xarakterə və çobanlıq əcdadlarından miras qalmış müstəqilliyə malikdirlər. Sağlamlıq "Holland Breed Club" 2008-ci ildə sağlamlıq və davranış problemləri barədə məlumat vermək üçün qaynar xətt yaratmağa başladı. Ən çox genetik sağlamlıq problemləri bu cinsdə aşağı nisbətdə baş verir. Holland çoban itlərində diaqnoz qoyulan təsdiqlənmiş genetik xəstəliklərə allergiya (atopiya), "çeynəmə miyoziti", "pannus", "kriptorxizm" və "iltihablı bağırsaq" xəstəlikləri daxildir. Kobud saçlı çeşiddə yetişdirmədən əvvəl goniodisplaziyanı yoxlamaq üçün test aparılmalıdır. Bu xəstəlik gözdən maye axması və korluqla müşayət olunur. Genetika ilə goniodisplaziya arasındakı əlaqə qeyri-müəyyəndir. Goniodysplasia riski olan iki itin risk altında olmayan balaları ola bilər. "Holland Breed Club" qaydaları, kobud saçlar üçün GD testini məcburi edir. Holland çoban itləri həmçinin ortopedik problemlərdən də əziyyət çəkə bilər. 1974-2023-cü illərdə omba displaziyası ilə bağlı məlumatlar 9%, dirsək displaziyası isə 5,5% olaraq qeydə alınmışdır. Baxım Holland çoban itinin kürkününə tələb olunan qulluq növə görə dəyişir. Uzun və kobud tüklü növlər hərtərəfli daranmaya ehtiyac duyurlar. Qısa tüklü növlər arabir daranma tələb edirlər. Ümumilikdə, Holland çoban itini daim təmiz saxlamaq lazımdır. Fəaliyyətlər Holland çoban itləri çox aktiv və çoxyönlüdür. Onlar it çevikliyi, itaətkarlıq, axtarış və xilasetmə, qoxulamai, sürü otarma və müdafiə idmanlarında uğurla yarışır. Beynəlxalq miqyasda, bu itlər xüsusilə polis və hərbi xidmətlərdə istifadə olunur. KNPV (Koninklijke Nederlandse Politiehond Vereniging) proqramı çərçivəsində, Holland çoban itləri hüquq mühafizə orqanlarında istifadə olunan itlərdir.
https://en.wikipedia.org/wiki/Dutch_Shepherd
https://a-z-animals.com/animals/dutch-shepherd/
https://www.thesprucepets.com/dutch-shepherd-full-profile-history-and-care-4693633
https://dogtime.com/dog-breeds/dutch-shepherd
https://www.petmd.com/dog/breeds/dutch-shepherd
https://www.wisdompanel.com/en-us/dog-breeds/dutch-shepherd-dog
https://www.ukcdogs.com/dutch-shepherd
https://www.chewy.com/education/dog-breeds/dutch-shepherd
https://wagwalking.com/breed/dutch-shepherd
https://www.dutchshepherd.org/
https://www.dogbreedinfo.com/dutchshepherd.htm
Tarix : 6 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.