- Wikisun
Himalay pişiyi - Uzun tüklü pişik növü. Fars pişiyinə bənzəyir. Tarixi Himalay pişiyinin rəsmi olaraq yetişdirilməsi işləri 1930-cu illərdə "Harvard Universiteti"ndə başlamışdır. İlk nəticələr 1936-cı ildə "Journal of Heredity" jurnalında dərc edilsə də, o zaman heç bir böyük pişiksevər qrupu tərəfindən tanınmadı. 1955-ci ildə Böyük Britaniyada "Longhaired Colourpoint" adı ilə tanındı. ABŞ-da isə 1950-ci illərdə müstəqil yetişdirilmə işləri başladı və 1957-ci ildə "Cat Fanciers' Association" (CFA) tərəfindən rəsmi olaraq tanındı. Erkən yetişdiricilər əsasən uzun tüklü pişiklərə Siyam rənglərini əlavə etməyə çalışırdılar. 1980-ci illərdə isə bu növ daha çox Fars xüsusiyyətləri ilə inkişaf etdirildi və bəzi qeydiyyat təşkilatlarında Fars növünün bir variantı kimi qəbul edildi. Tanınması Himalay pişiyi, "Cat Fanciers' Association" (CFA) və "Governing Council of the Cat Fancy" (GCCF) tərəfindən Fars pişiyinin rəng variantı kimi tanınır. Lakin "American Cat Fanciers Association" (ACFA) və "The International Cat Association" (TICA) tərəfindən ayrı bir növ kimi qəbul edilir. Görünüşü Himalay pişiyi Fars pişiyinə bənzəyir, lakin Siyam pişiyinə oxşamır. Pişik aşağıdaki xüsusiyyətlərər sahibdir: -Bədən: Orta və iri ölçülü, yığcam bədən və qısa ayaqlar. -Baş: Yuvarlaq və iri, yuvarlaq üz və qalın boyun. Burun qısa və içəri doğru çökükdür. -Qulaqlar: Kiçik, yumru uclu və bir qədər irəli doğru əyilmiş. -Gözlər: Böyük, yuvarlaq və aralı. Nöqtə naxışlı Himalay pişiklərinin gözləri mavi, digərlərinin gözləri mis rəngli, gümüşü və qızılıdır.Ən çox yayılmış göz rəngi isə yaşıldır. -Tük: Bədənin hər yerində uzun və qalın tüklər var. -Rənglər: Himalay pişiyi bir çox rəngdə ola bilər, lakin "mink" və "sepia" rənglər qadağandır. Himalay pişiyi 3,2–5,4 kq çəkiyə və 30–40 sm uzunluğa malik ola bilər. Bu ölçülər onları orta böyüklükdə pişik növləri arasında yerləşdirir. Sağlamlıq Himalay pişiyi tənəffüs yolu infeksiyaları, göz yaşı axması, kornea zədələnmələri kimi sağlamlıq problemlərinə meyllidir. Bundan əlavə, polikistik böyrək xəstəliyi (PKD) və pişik astması kimi problemlər də tez-tez müşahidə olunur. Himalay pişikləri dermatofitoz (ringworm), urtikaria pigmentoza (xəstə mast hüceyrə pozğunluğu) və idiopatik üz dəri iltihabı kimi xəstəliklərə də meyllidir. Himalay pişiyinin orta ömrü 15 ildir. Qulluq Himalay pişiklərinin uzun və ipək kimi tükləri asanlıqla dolaşır. Buna görə də onların tüklərini hər gün möhkəm və geniş dişli bir daraqla daranmalıdır. Himalay pişikləri həmçinin bir neçə aydan bir peşəkar qulluqçuya göstərilməlidir ki, tükləri sağlam və təmiz qalsın. Himalay pişikləri insanların diqqətini çox sevir, bu da qulluq prosesini asanlaşdırır və hər iki tərəf üçün əla bir yaxınlaşma fürsəti yaradır. Mebeləri qorumaq üçün Himalay pişiyinizin dırnaqlarını müntəzəm olaraq kəsmək lazımdır. Dırnağın ucunu kəsməklə kifayətlənmək lazımdır ki, dırnağın canlı hissəsinə zərər dəyməsin. Mədəniyyətdə 1. "Tucker's Witch" (1982) teleserialında Himalay pişiyi Dickens, cadugər Amanda Tuckerin ailəsindəndir. 2. "Date Movie" (2006) filmində Mr. Jinxers, "Meet the Parents" filmindəki Himalay pişiyinin parodiyasıdır. 3. "Homeward Bound" film seriyasında (1993, 1996) Himalay pişiyi Sassy əsas personajlardan biridir. 4. "Prince of Tennis" anime seriyasında baş qəhrəman Ryoma Echizenin Karupin adlı Himalay pişiyi var. 5. Martha Stewart üç Himalay pişiyinə sahibdir: Beethoven, Mozart və Bartok. 6. Colonel Meow adlı Himalay-Fars pişiyi 2012-ci ildə internet ulduzu oldu və 2014-cü ildə "ən uzun tükləri olan pişik" kimi Ginnesin Rekordlar Kitabına düşdü.
https://www.thesprucepets.com/himalayan-cat-breed-profile-4691062
https://www.petmd.com/cat/breeds/himalayan
https://www.purina.com/cats/cat-breeds/himalayan-cat-breed
https://tica.org/breed/himalayan/
https://icatcare.org/advice/himalayan/
https://vcahospitals.com/know-your-pet/cat-breeds/himalayan
https://www.hillspet.com/cat-care/cat-breeds/himalayan
https://www.webmd.com/pets/cats/what-to-know-about-the-himalayan-cat
https://untamed.com/blogs/cat-breeds/himalayan-persian-cat
https://total.vet/himalayan-cat/
https://cattime.com/cat-breeds/himalayan-cats
https://moderncat.com/articles/breeds/himalayan/
https://www.catster.com/cat-breeds/himalayan/
https://basepaws.com/cat-breeds/himalayan?srsltid=AfmBOorxCbNJOd9x51uVsYJIf8itbHSKYHJwI6pAYYApK9MEaWXFzW1z
https://www.britannica.com/animal/Himalayan
https://www.rover.com/uk/blog/himalayan-cat/
https://www.hillspet.com.au/cat-care/cat-breeds/himalayan
https://www.lifetimepetcover.co.uk/pet-advice/cat-breeds/himalayan/
https://www.zooplus.co.uk/magazine/cat/cat-breeds/himalayan
https://www.dailypaws.com/cats-kittens/cat-breeds/himalayan
https://en.wikipedia.org/wiki/Himalayan_cat
https://cats.com/cat-breeds/himalayan-cat
Tarix : 22 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.