• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
3
9
9
grauer-enliqanadi

Grauer enliqanadı

Grauer enliqanadı (Pseudocalyptomena graueri) - Həmçinin Afrika yaşıl enliqanadı kimi tanınan, "Eurylaimidae" fəsiləsinə aid olan bir quş növü. "Pseudocalyptomena" cinsinin yeganə növüdür. Onun adı "Belçika Konqosu"nda təbiət tarixi nümunələri toplayan alman zooloqu Rudolf Grauerin şərəfinə verilmişdir. Etimologiya və taksonomiya Bu növü təsvir edən Baron Valter Rotşild onu yalnız xarici görünüş baxımından "Calyptomena" cinsinə aid olan Asiya enliqanadlarına bənzəyən bir milçəkqapan kimi qəbul etmişdir, buna görə də "pseudo-" və ya "saxta" Calyptomena adını vermişdir. Hal-hazırda bu növ əsl enliqanad kimi qəbul edilir və əsasən Asiya fəsiləsinin Afrika nümayəndələrindən biridir. Təsvir Bu növ parlaq yaşıl rəngdədir, boğazı və alt hissəsi mavi, dimdiyi isə kiçikdir, digər enliqanad növlərindən tamamilə fərqlidir. Yetkin fərdlərin başının üst hissəsi incə qara zolaqlı sarımtıl rəngdədir və dar qara göz zolağı var. Yaşayış mühiti və yayılması Tropik rütubətli dağ meşələrində yaşayır və Konqo Demokratik Respublikası ilə Uqandanın Albertin Rift dağlarına endemikdir. Uqandada Bvindi Keçilməz Meşəsində 2.100 ilə 2.200 metr yüksəklikdə nadir hallarda rast gəlinir. Sıxlığı ehtimal ki, hər km²-də bir fərddən azdır. Qidalanma Grauer enliqanadı toxum və meyvə, çiçək və çiçək tumurcuqları, həmçinin bəzi onurğasız heyvanlarla qidalanır. Status Bu növ nadirdir, lakin hal-hazırda yalnız yayılma sahəsinin bir hissəsində qorunur. Meşələrin kəsilməsi və yaşayış mühitinin pozulması, xüsusilə son zamanlarda kütləvi insan miqrasiyası olan ərazilərlə üst-üstə düşən yayılma sahəsi səbəbindən təhlükə altındadır. "Beynəlxalq Təbiəti Mühafizə Birliyi" (IUCN) tərəfindən "zəif" kateqoriyasında qiymətləndirilmişdir.


İstinadlar

Tarix : 27 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.