• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
3
9
9
gila-agacdeleni

Gila ağacdələni

Gila ağacdələni ("Melanerpes uropygialis")-ABŞ-nin cənub-qərb və Qərbi Meksikanın səhra bölgələrində yaşayan orta ölçülü bir ağacdələn növü. Ümumi məlumat ABŞ-də cənub-şərqi Kaliforniya, cənubi Nevada, Arizona və Nyu-Meksiko ərazilərində yayılıb. Təsvir Bu quşun beli və qanadları qara və ağ zəbriyə bənzər naxışlarla örtülüdür. Boyun, boğaz, qarın və baş hissələri boz-qəhvəyi rəngdədir. Erkək fərdlərin başının təpəsində kiçik qırmızı ləkə var. Dişilər və cavan fərdlər oxşardır, lakin hər ikisində yetkin erkəklərdəki qırmızı ləkə yoxdur. Uçuş zamanı ağ qanad ləkələri aydın görünür. Tünd quyruq lələklərinin mərkəzində ağ zolaqlar var. Quşların uzunluğu 8–10 düym (20–25 sm) arasındadır. Bu ağacdələnin səsi yuvarlanan bir cırıltı səsidir. Həmçinin "yip yip yip" və "kee-u, kee-u, kee-u" səsləri çıxarır. Döyüntüsü uzun və sabitdir. Yayılması və yaşayış yeri Bu ağacdələnin yaşayış yeri Sonora səhrasının tipik alçaq səhra kolluqları, arroyolar (quru çay yataqları) və kiçik şəhərlərdən ibarətdir. Çoxalma Onlar yuvalarını saguaro kaktusları və ya meskit ağaclarında açdıqları deşiklərdə qururlar. Bu ağacdələnlərin saguaro kaktuslarında qazdıqları boşluqlar (bu boşluqlar "çəkmə" adlanır) daha sonra elf bayquşu da daxil olmaqla bir çox digər növlər tərəfindən istifadə olunur. Burada adətən 3–4 ağ yumurta qoyurlar, baxmayaraq ki, 6 və ya 7 yumurta da qeydə alınıb. İldə 2–3 dəfə çoxalır. Hər iki cins yumurtaları qıfıllayır və balaları qidalandırır. Qidalanma Bir ağacdələn kimi onun dieti əsasən həşəratlardan ibarətdir, hansı ki, qabıqda deşik açaraq əldə edir. Gila ağacdələnləri hər şey yeyəndir və meyvə, nektar, toxum, həmçinin kərtənkələ, yumurta, qurd və hətta kiçik quşların balaları ilə də qidalanır. Hətta insanlar tərəfindən qoyulmuş kolibri yemliklərindən asılıb nektar içdiyi də məlumdur. Status "IUCN" bu növü "ən az narahat edici növ" kimi qiymətləndirib. Kaliforniyada nəsli kəsilmək təhlükəsində olan növdür, burada populyasiya əhəmiyyətli dərəcədə azalıb. Arizona populyasiyası isə güclüdür. İqlim dəyişikliyinin təsirləri mövcud yaşayış yerlərini ciddi şəkildə azalda bilər.


İstinadlar

Tarix : 27 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.