- Wikisun
Geya hipotezi - Yerin özündə bir bütöv orqanizm kimi qəbul edildiyini iddia edən elmi nəzəriyyə. Bu hipotez ilk dəfə İngilis elm adamı Ceyms Lavlok tərəfindən 1970-ci illərdə irəli sürülmüşdür. Lavlokun fikrinə görə, Yer kürəsi (biosfer, atmosfer, hidrosfer və geosfer daxil olmaqla) canlı və cansız komponentlərin bir-biri ilə sıx əlaqədə fəaliyyət göstərdiyi bir sistemi təşkil edir. Bu sistem həyatın davamlılığını təmin etmək üçün özünü tənzimləyən mexanizmlərdən istifadə edir. Hipotez yunan mifologiyasındakı "Gaia" (yer ilahəsi) adından götürülmüşdür və yerin sanki bir superorqanizm kimi işlədiyini vurğulayır. Əsas prinsiplər: Özünü tənzimləmə: Geya hipotezinin əsas məqamı odur ki, yer kürəsi həyat üçün əlverişli mühit yaratmaq və saxlamaq üçün özünü tənzimləyə bilir. Atmosferdəki qazların nisbətini (məsələn, oksigen və karbon dioksid səviyyəsi), dənizlərin duzluluq səviyyəsini, buna misal gösdərmək olar. Canlı və cansız sistemlərin qarşılıqlı əlaqəsi: Canlı orqanizmlər və yerin fiziki komponentləri bir-biri ilə sıx əlaqədədir. Təkamül və uyğunlaşma: Canlıların və Yerin ekosistemlərinin birgə təkamülü Yer kürəsinin dinamik tarazlığını qorumağa kömək edir. Tətbiqlər və sübutlar Atmosferin sabitliyi: Yer atmosferində oksigenin miqdarı milyard illər ərzində təxminən 21% səviyyəsində qalmışdır ki, bu da həyatın mövcudluğu üçün vacibdir. Dənizlərin duzluluğu: Okeanların duzluluq səviyyəsi həyat üçün təhlükəli həddə çatmır, çünki müxtəlif geokimyəvi dövrlər bu sabitliyi qoruyur. Qar topu nəzəriyyəsi: Keçmişdə Yer kürəsinin buzla tamamilə örtülməsi mümkündür, lakin həyatın təsirləri və geoloji proseslər bu donmuş vəziyyətdən çıxmağa kömək etmişdir. Tənqidlər Antropomorfizm: Yer kürəsini bir "orqanizm" kimi təsvir etmək bəzi elm adamları tərəfindən metaforik və qeyri-dəqiq hesab olunur. Sübut çatışmazlığı: Geya hipotezi dünyanın bir çox yerində güclü empirik sübutlarla dəstəklənmir və bəzi alimlər bunu tamamilə elmi bir nəzəriyyə kimi deyil, fəlsəfi fikir kimi qəbul edir. Təsadüf və uyğunlaşma: Tənqidçilər iddia edirlər ki, Yerin özünü tənzimləmə xüsusiyyətləri sadəcə təsadüf və təkamül nəticəsidir. Müasir yanaşmalar Geya hipotezi müasir elmə əhəmiyyətli təsir göstərmişdir və ekosistemlərin qarşılıqlı əlaqələrinin öyrənilməsində yeni yanaşmalara ilham vermişdir. Bu hipotez ekoloji sistemlərin idarə olunması, iqlim dəyişikliyi ilə mübarizə və planetin davamlılığının qorunmasında nəzərə alınır.
https://en.wikipedia.org/wiki/Gaia_hypothesis
https://evrimagaci.org/gaia-hipotezi-nedir-dunya-gercek-anlamda-yasayan-bir-gezegen-olabilir-mi-teoriye-bugune-kadar-ne-tur-elestiriler-getirildi-9690
https://www.kozmikanafor.com/gaia-hipotezi-dunya-bir-super-organizma-olabilir-mi/
https://www.matematiksel.org/gaia-hipotezi-nedir/
https://www.bilimup.com/dunyanin-kendisi-canli-bir-organizma-olabilir-mi-gaia-hipotezi-nedir
https://www.britannica.com/science/Gaia-hypothesis
https://sacredearthtrust.in/the-journey-of-gaia-hypothesis-to-theory/
Tarix : 13 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.