• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
3
9
9
garcinia-cowa-bitkisi

Garcinia cowa bitkisi

Garcinia cowa bitkisi - Adətən cowa meyvəsi və ya cowa manqostan kimi tanınan, Asiya, Hindistan, Banqladeş, Myanma, Malayziya, Vyetnam, Laos, Kamboca və Çinin cənub-qərb bölgələrində yayılmış həmişəyaşıl bitki növü. Bu ağac ətraf mühitdən yığılır və əsasən yerli şəkildə istifadə olunan yeməli meyvələri və yarpaqları üçün becərilir. Çiçəkləri sarı rəngdədir və erkək və dişi çiçəklər ayrı-ayrıdır. Bu bitki müxtəlif yerlərdə müxtəlif adlarla tanınır: Assam dilində Kau Thekera (কাও থেকেৰা), Benqal və Malayalam dillərində Kawa və ya Kau, Manipur dilində isə Kau kimi adlandırılır. İstifadə sahələri Qida Meyvəsi xam halda yeyilə bilər və turş dadı var. Əsasən tamarind kimi istifadə olunaraq kərri yeməklərində dadlandırıcı kimi işlədilir, həmçinin turşu hazırlanmasında istifadə olunur. Meyvə dilimlənib günəşdə qurudularaq saxlanılır. Yarpaqları da bişirilərək yeyilə bilər. Xalq təbabəti Taylandda Garcinia cowa xalq təbabətində geniş istifadə olunur. Onun qabığı qızdırmanı azaldıcı və mikrob əleyhinə, lateksi qaşıntı əleyhinə, meyvəsi və yarpaqları isə qan dövranını yaxşılaşdırmaq, öskürək və həzmsizlik üçün balğam sökmə və müshil kimi istifadə olunur. Köklərinin isə qızdırmanı azaltdığına inanılır. Şərqi Hindistanda isə meyvənin qurudulmuş dilimləri dizenteriya müalicəsində istifadə olunur. Qızdırma əleyhinə Araşdırmalar göstərib ki, bitkinin qabığında Plasmodium falciparum adlı malyariya parazitinə qarşı effektli beş zanton var. Boyaq və qatran Bitkinin qabığı paltarlar üçün sarı boyaq hazırlanmasında istifadə olunur. Qatranı isə lakların hazırlanmasında işlədilir.


İstinadlar

Tarix : 26 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.