- Wikisun
Fosnavaqⓘ Norveçin Möre og Romsdal dairəsində yerləşən Heröy bələdiyyəsində şəhərdir. Bələdiyyənin inzibati mərkəzidir. Şəhər Bergsöya adasında yerləşir və adanın cənub tərəfindəki Eggesbönes ərazisini də əhatə edir. Fosnavoq qərbdə yerləşən Nerlandsöya adasındakı Kvalsund kəndi ilə, Nerlandsöy körpüsü vasitəsilə birləşir. Fosnavaq şərqdə kiçik körpü vasitəsilə Leinöya adası ilə birləşir. Bu ada isə öz növbəsində Remöya və Runde adaları ilə Remöy körpüsü və Runde körpüsü vasitəsilə əlaqəlidir. Eggesbönes kəndi şəhərin cənubunda, Heröyfyorden sahilində, Flövyeret adalarının və Flöver mayakının bir qədər şimalında yerləşir. Böyük Gursköya adası Fosnavoqın cənubunda yerləşir. 7 iyun 2002-ci ildə bələdiyyə şurası Fosnavaqa "şəhər statusu" verilməsinə səs verdi. Bu, əsasən simvolik xarakter daşıyır, lakin bununla yanaşı, Fosnavaqda limana daxil olan gəmilərin Olesund və Ulsteinvik kimi ən yaxın digər şəhərlərdə deyil, burada qeydiyyata alınmasına imkan verir. Sahəsi 3,12 km² olan şəhərin 2024-cü ildə əhalisi 3626 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1162 nəfər təşkil edir. İqtisadiyyat Əvvəllər əsasən mühüm balıqçılıq limanı kimi fəaliyyət göstərən Fosnavaq, hazırda balıqçılıq, gəmiçilik və gəmiqayırma sahələrində fəaliyyət göstərən müxtəlif dəniz şirkətlərinin əsas mərkəzlərindən birinə çevrilib. Havila Shipping və Rem Offshore burada yerləşən böyük şirkətlərdən ikisidir. Bələdiyyənin orta məktəbi və əsas Heröy kilsəsi də burada yerləşir. Vestlandsnytt qəzeti Fosnavaqda fəaliyyət göstərir. Həmçinin bax Arendal Alta Tromsö İstinadlar
https://az.wikipedia.org/wiki/Fosnavaq
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Fosnavaq¶ms=62_20_30_N_5_38_2_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=62.34167,5.63389&q=62.34167,5.63389&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=5.63389,62.34167&pt=5.63389,62.34167&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=62.34167&mlon=5.63389&zoom=12
https://stadnamn.kartverket.no/fakta/800605
https://www.ssb.no/en/befolkning/folketall/statistikk/tettsteders-befolkning-og-areal
Tarix : 29 sentyabr 2026