- Wikisun
Ford Model T - "Ford Motor Company" tərəfindən istehsal edilmiş avtomobil. Model əsasən üç mühəndis, Cozef A. Qalamb (əsas mühəndis), Eugene Farkas və Çild Harold Uils tərəfindən hazırlanmışdır. Model T xalq dilində "Tin Lizzie" kimi tanınırdı. Ford Model T, 1999-cu ildə "Əsrin Avtomobili" yarışmasında BMC Mini, Citroën DS və Volkswagen Beetle-ni qabaqlayaraq 20-ci əsrin ən təsirli avtomobili seçilib. Fordun T Modeli təkcə böyük miqyasda ucuz nəqliyyat təmin etdiyinə görə deyil, həm də avtomobilin yüksələn orta sinif üçün yeniliyi ifadə etdiyinə və Birləşmiş Ştatların modernləşmə dövrünün güclü simvoluna çevrildiyinə görə uğur qazanıb. Xüsusiyyətləri Model T-ni Çild Harold Uils, Cozef A. Qalamb və Eugene Farkas hazırlamışdır. Model T-nin istehsalı 1908-ci ilin üçüncü rübündə başladı. Kolleksiyaçılar bu gün bəzən Model T-ləri istehsal illərinə görə təsnif edir və onları "model illəri" adlandırırlar. 1918-ci ilə qədər ABŞ-dakı bütün avtomobillərin yarısı Model T idi. 1908-ci ildən 1913-cü ilə qədər yəni istehsalın ilk illərində Model T qara rəngdə deyildi, yalnız boz, yaşıl, mavi və qırmızı rənglərdə idi. Yaşıl tur avtomobilləri, şəhər avtomobilləri, kupelər və Landauletlər üçün mövcud idi. Boz yalnız şəhər avtomobilləri üçün, qırmızı isə yalnız tur avtomobilləri üçün mövcud idi. Yalnız 1914-cü ildə qara rəngli Model T avtomobilləri istehsal edilməyə başladı. İstehsalı və qiyməti 7 oktyabr 1913-cü ildə başlayan hərəkətli konveyer sistemi Ford avtomobillərinin qiymətinin azaltmasına imkan yaratdı. Ford 1910-cu illərdə Şimali Amerikada bazarda üstünlük təşkil etdiyinə görə, digər rəqiblər rəqabətədavamlı qalmaq üçün qiymətlərini aşağı saldılar. Məsələn, 1909-cu ildə Runabout-un qiyməti 825 dollardan başlayırdısa, 1925-ci ilə qədər bu qiymət 260 dollara endirildi. Ford Model T, 1911-ci ildən başlayaraq Kanadada, İngiltərədə istehsal olunduğu üçün eyni vaxtda bir neçə ölkə tərəfindən istehsal edilən ilk avtomobil idi. 1918-ci ildə Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra onlar Almaniya, Argentina, Fransa, İspaniya, Danimarka, Norveç, Belçika, Braziliya, Meksika, Avstraliya və Yaponiyada da yayıldı. 1925-ci ildə Amerika fabriklərindən ixrac 303.000-ə çatdı. Model T-nin uğurunun böyük bir hissəsi avtomobilin alınmasını asanlaşdıran geniş satış mərkəzləri şəbəkəsini təqdim edən innovativ strategiyadan qaynaqlanır.
https://www.hemmings.com/stories/the-houses-that-t-built-and-that-built-the-t-tracking-down-the-assembly-plants-of-fords-first-distributed-production-effort/
https://www.nwvs.org/Technical/MTFCA/Articles/2602AuxilaryTransmissions2.pdf
https://web.archive.org/web/20191215074024/https://www.winnipegrealestatenews.com/publications/real-estate-news/1797
https://ceautoclassic.eu/the-110-year-old-ford-model-t-and-the-hungarians-who-made-it-a-success/
https://web.archive.org/web/20210518113244/http://www.autoatlantic.com/Sept08/Sept08_Ford-Model-T-is-100.html
https://www.history.com/topics/inventions/model-t
https://www.britannica.com/technology/Model-T
Tarix : 28 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.