• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
filipstad

Filipstad

Filipstad — İsveçin Vermland qraflığında yerləşən şəhər və Filipstad bələdiyyəsinin inzibati mərkəzidir. 2019-cu ildə şəhərin əhalisi 10.644 nəfər olmuşdur. Filipstada 1611-ci ildə İsveç kralı IX Karl tərəfindən şəhər imtiyazları verilib. Kral, şəhəri oğlu Södermanland hersoqu Karl Filipin (1601–1622; II Qustav Adolfun kiçik qardaşı) şərəfinə adlandırıb. 1694-cü ildə baş verən böyük yanğın meşəni və şəhəri məhv etdikdən sonra Filipstad şəhər imtiyazlarını itirdi. Şəhərin yenidən salınacağı təqdirdə, qalan meşənin davamlı şəkildə istifadə edilə bilməyəcəyi düşünülürdü. 1835-ci ildə şəhər hüquqları yenidən bərpa edildi. 1862-ci il yerli idarəetmə qanunları şəhər imtiyazlarını faktiki olaraq qüvvədən saldı, lakin stad (şəhər) adı 1971-ci il bələdiyyə islahatına qədər işlədilməyə davam etdi. Həmin vaxtdan Filipstad daha böyük Filipstad bələdiyyəsinin inzibati mərkəzidir. Əhalisinin az olmasına baxmayaraq, tarixi səbəblərə görə Filipstad hələ də, şəhər adlandırılır. Lakin Statistics Sweden yalnız əhalisi 10.000-dən çox olan yaşayış məntəqələrini şəhər hesab edir. Filipstad yaxınlığında FM və televiziya yayımı üçün istifadə olunan, hündürlüyü 330 metr olan "Klockarhöjdenmasten" adlı gərilmiş dirək yerləşir. Dünyanın ən böyük xırtıldayan çörək istehsalçısı olan Wasabröd şirkətinin iki zavodundan biri Filipstadda, digəri isə Almaniyanın Celle şəhərində yerləşir. Tanınmış şəxslər Rasmus Asplund — buzüstü xokkeyçi, NHL oyunçusu Yohan Eriksson — ixtiraçı Nils Eriksson — mühəndis Nils Ferlin — şair Anders Forsbrand — qolfçu Edvin Kallstenius — bəstəkar Maqnus Norman — tennisçi 1700-cü illər ətrafında Filipstad, Suecia antiqua et hodierna əsərində. Həmçinin bax Arvika Askersund Djursholm Bollnas Alingsos Borgholm Buden Eksjö İstinadlar


İstinadlar

Tarix : 1 oktyabr 2026