- Wikisun
Fido (təq. 1851 – 1865) Avraam Linkolnun sahibi olduğu sarı rəngli qarışıq cinsli it idi. Fido, Linkoln prezident olmazdan əvvəl də, bir neçə il Linkoln ailəsi ilə birlikdə yaşamışdır . Linkolnun prezidentliyi dövründə prezident ailəsinin ev heyvanına çevrilsə də, Sprinqfilddə qalmağa davam etdi. Fido haqqında ilk məlumatları ABŞ-ın yüzilliyi münasibətilə 1876-cı ildə Linkoln haqqında nəşr olunan broşürdə dərc olunan, T. D. Bankroftun araşdırmaları sayəsində daha geniş tanındı. İlk həyatı Fido Linkolnun və onun kiçik oğulları Uilli ilə Tadın sevimlisi idi. O, bərbərxananın qarşısında Linkolnu gözləməsi ilə tanınırdı. Bəzən sahibi ilə evə gedərkən ağzında bir bağlama daşıyırdı.[a] Linkolnun seçilməsi Fido, təqribən 1861-ci ildə çəkilmiş fotoşəkildə Linkolna yaxın olan və təbiətən mehriban Fido yüksək səslərdən və izdihamdan qorxurdu. Linkoln seçildikdən sonra Fido yeni seçilmiş prezidenti qarşılayan izdihamdan, atəşfəşanlıqdan və sahibinə göstərilən artmış diqqətdən qorxaraq gizlənirdi. Vaşinqtondakı həyatın gərginliyini, Ağ Evə gələcək insanların sayını və oradakı sosial mühiti nəzərə alan Linkoln və həyat yoldaşı Meri, Fido-nu ailənin yaşadığı Sprinqfilddə saxlamağa qərar verdilər. Sonrakı həyatı Fido ailənin dostu Con E. Rollun himayəsində qaldı.Linkoln Fidonun sevdiyi köhnə divanı Rolla verdi və Fidonun evdə sərbəst gəzməsinə icazə verilməsini tapşırdı. Həmçinin, Fidonun palçıq izləri saldığı üçün danlanmamasını, ailənin şam süfrəsinin ətrafında dolaşmasına və yemək qalıqları ilə bəslənməsinə icazə verilməsini tapşırdı. Fido ömrünün sonuna qədər Roll ailəsi ilə qaldı. Linkolnun öldürülməsindən sonra Roll Fido-nu Linkolnun dəfninə apardı. Ölümü və irsi 1893-cü ilin fevralında Illinois State Journal qəzeti Fidonun faciəli qəza nəticəsində öldüyünü yazdı: O (Fido) son dərəcə mehriban idi və tanışlıqla ona müraciət edən hər kəsin sinəsinə palçıqlı sarı ön pəncələrini qoymaqla mehribanlığını göstərmək vərdişinə sahib idi. Həddindən artıq mehribanlığı sonda onun ölümünə çox qeyri-adi şəkildə səbəb oldu. Fido sahibinin taleyini, yəni sui-qəsdi yaşadı. Orta ölçülü sarı rəngli bu it, iti və uzun tiyəli bıçaqla çubuq yonan Çarli Plankın üstünə qaçdı. İt nəvaziş göstərərkən baş verən təsadüfi hərəkət nəticəsində bıçağın tiyəsi onun bədəninə dərindən sancıldı. O, ildırım sürəti ilə qapıdan çıxaraq qaçdı və bir daha sağ görülmədi. Təxminən bir ay sonra, cəsədi köhnə Universalist kilsəsinin bacasının arxasında ölmək üçün uzandığı yerdə tapıldı. Illinois State Journal bir neçə onillik sonra, 3 fevral 1931-ci ildə Con E.-nin oğlu Con L. Rolla istinadən başqa bir versiya da dərc etdi. Bu versiyaya görə, Fido öldürülmüşdü: “Yarı sərxoş Çarli Plank bir gün şam ağacından çubuq yonurdu. Fido da həmişəki kimi qaçaraq gəldi və ön pəncələrini qaldıraraq irəli atıldı. Sərxoş halda qəzəblənən kişi bıçağını heyvana sancdı. Yazıq Fido qaçdı və bir ay ərzində tapılmadı. Bir ay sonra onun cansız cəsədi köhnə bir kilsənin yanında aşkar edildi.” Fido ev itləri üçün geniş yayılmış adın mənşəyi kimi göstərilir. Bu ad o qədər məşhurlaşmışdı ki, sonradan klişeyə çevrilmiş və daha çox jarqon ifadə kimi işlədilmişdir. Həmçinin bax Loukanikos İstinadlar Qeydlər Mənbələr
https://az.wikipedia.org/wiki/Fido_%28Avraam_Linkolnun_iti%29
http://sangamoncountyhistory.org/wp/?p=7446
https://americacomesalive.com/2013/07/17/abraham-lincolns-dog-fido/
http://www.presidentialpetmuseum.com/abraham-lincolns-fido/
https://www.fitbark.com/blog/why-are-dogs-called-fido-rover-and-spot-the-history-of-dog-names
https://www.akc.org/expert-advice/lifestyle/where-does-the-dog-name-fido-come-from/
http://www.fitbark.com
Tarix : 15 sentyabr 2026