- Wikisun
Ferrari Roma - İtalyan markası "Ferrari" tərəfindən istehsal edilən məşhur avtomobil modeli. Avtomobil İtalyanın paytaxtı Romanın şərəfinə adlandırılıb. Model ilk dəfə 2019-cu ildə onlayn təqdimatda nümayiş etdirilib. Marka ertəsi gün avtomobili Romada təqdim edib. Dizayn Modelin eksteryeri Ferrari 250 GT Lusso və 250 GT 2+2 grand touring avtomobillərindən ilhamlanaraq dizayn edilib. Modelin dizayn xüsusiyyətlərinə hamar qapı tutacaqları, ön və arxada incə LED işıqlar daxildir. Avtomobil eksteryer dizaynına görə "Red Dot" mükafatına layiq görülüb. Modelin idarə panelində sürücü üçün rəqəmsal cihazlar (16,0 düymlük toxunma ekranı) və çox funksiyalı sükan var. İnteryerin mərkəzindən keçən xüsusi hissə idarə panelinə inteqrasiya olunur. Mərkəzdə quraşdırılmış 8,4 düymlük portret sensor ekranı avtomobilin əksər funksiyalarını idarə edir. Xüsusi dizayn edilmiş açar sürücüyə avtomobilin qapı tutacaqlarının yanındakı düyməni basmaqla avtomobilin qapılarını açmağa imkan verir. Çəki Avtomobilin çəkisi 1,472 kq-dır. Modelin çəkisinin bu qədər az olmasına səbəb isə yüngül hissələrin ümumi istifadəsidir. Ferrari iddia edib ki, bu modeldə istifadə olunan hissələrin 70%-i "Portofino" modeli ilə müqayisədə yenidir. Performans Ferrari Roma modeli F154 mühərriki ilə təchiz edilib. Mühərrik 8 pilləli iki muftalı F1 transmissiyası ilə birləşdirilib. Model üçün təyin olunan maksimal sürət > 320 km/saatdır. Modelin performans göstəricilərinə 0-100 km/saat sürətlənmə 3,4 saniyə və 0-200 km/saat sürətlənmə 9,3 saniyə daxildir. Qiymət Model ilkin olaraq 218,670 dollar baza qiyməti ilə təqdim edilib. Brend bildirib ki, bu model "Ferrari"nin sadiq müştərilərinin əksəriyyətinin diqqətini cəlb edib. Mükafatlar Ferrari Roma modeli 14 noyabr 2019-cu ildə Roma Stadio dei Marmi-də beynəlxalq tədbir zamanı ictimaiyyətə təqdim edilib. 2020-ci ildə model, Romanın vahid İtaliyanın paytaxtı elan edilməsinin 150-ci ildönümündə yenidən nümayiş etdirilib. - Ferrari Roma modeli 2020-ci ildə dizaynına görə "Red Dot" mükafatına layiq görülüb. - Avtomobil "Auto&Design Magazine" tərəfindən 2020-ci ilin ən yaxşı seriyalı avtomobil dizaynına sahib modeli seçilib. - "The 2021 Esquire Car Awards", Ferrari Roma modelini ilin ən yaxşı dizayn edilmiş avtomobili adlandırıb.
https://www.ferrari.com/en-US/auto/ferrari-roma
https://www.businessinsider.com/ferrari-reveals-new-roma-coupe-and-its-a-stunner-2019-11
https://www.topgear.com/car-news/first-look/new-ferrari-roma-aston-martin-vantage-killer
https://www.automobile-catalog.com/make/ferrari/roma/roma/2020.html#gsc.tab=0
https://www.red-dot.org/project/ferrari-roma-45976
https://www.carbuyer.co.uk/news/170711/new-ferrari-roma-supercar-more-details-revealed
https://www.esquire.com/lifestyle/cars/a35410539/best-cars-2021/
Tarix : 29 dekabr 2024