- Wikisun
Kuzma Petrov-Vodkinin Theatre. Farce (təq. 1870-ci illər) əsəri. Fars (janr) — tamaşaçını əyləndirmək məqsədilə qeyri-mümkün və gülməli süjetlərə, stereotipləşdirilmiş və ya şişirdilmiş personajlara, fiziki komediyaya və anlaşılmazlıqlara əsaslanan komediya janrı. Janrın mənşəyi Qədim Romada maskalı improvizə olunmuş fars tamaşalarına gedib çıxır. XIII əsrin axırlarından etibarən geniş populyarlıq qazanmış və bu günə qədər teatr, kino və televiziyada istifadə olunmaqdadır. Janrı Fars aşağı komediyanın, hətta bəzi tədqiqatçılara görə komediyadan da aşağı səviyyəli yumor növü hesab edilir. Janrda açıq-saçıq yumor, absurd vəziyyətlər, satira, parodiya, kinayəli yumor və fiziki komediyadan geniş istifadə olunur. Fars əsərləri adətən sürətli inkişaf edən süjetə malik olur və hadisələrin tempi finala yaxın daha da artır. Dion Boucicaultun Contempt of Court fars tamaşasının afişası, təqribən 1879-cu il. Personajlar əksər hallarda stereotiplərdən, ənənəvi səhnə tiplərindən və ya həyatdan daha şişirdilmiş obrazlardan ibarət olur. Bu isə aktyorlardan ifadəli oyun, şişirdilmiş reaksiyalar və yüksək səviyyədə komik ifa bacarığı tələb edir. Əsərlərdə söz oyunları, vizual zarafatlar və slapstick üslubundan da istifadə edilir. Farsın əsasını çox vaxt gülünc vəziyyətlər, səhv şəxsiyyətlərin tanınması və müxtəlif anlaşılmazlıqlar təşkil edir. Janrda dramatik ironiya mühüm rol oynayır. Tamaşaçılar hadisələrin həqiqi mahiyyətini bildiyi halda, personajlar bundan xəbərsiz qalırlar. Tez-tez qapıların açılıb-bağlanması, qəfil giriş və çıxışlar, maskalar, disguise (gizlənmə), gizli şəxsiyyətlər, cins və ya sosial rolların dəyişdirilməsi kimi üsullardan istifadə edilir. Personajlar bu vasitələrlə adətən romantik və ya maddi məqsədlərinə çatmağa çalışırlar. Hadisələr nə qədər qeyri-real görünsə də, fars janrı müəyyən qədər realizmi və süjet ardıcıllığını hifz edib saxlayır. Bu xüsusiyyət onu tamamilə absurd və ya fantastik janrlardan fərqləndirir. Fars əsərləri çox vaxt qısa həcmli olur və bütün hadisələr eyni məkanda baş verir. Tarixən fars həm səhnə əsəri, həm də film kimi təqdim olunmuşdur. O, improvizə olunmuş və ya əvvəlcədən yazılmış formada ifa edilə bilər. Janrın növlərinə kulis farsı (ing. backstage farce), faciəvi fars (ing. tragic farce) və yataq otağı farsı (ing. bedroom farce) daxildir. Tarixi Fars termini fransız dilində "içlik", "doldurma" mənasını verən farce sözündən yaranmışdır. Bu ad orta əsr dini dramlarına aktyorlar tərəfindən əlavə edilən improvizə olunmuş komik hissələrə istinad edir. Atellan farsı İtaliyada meydana çıxmış və eramızdan əvvəl təxminən 300-cü ilə aid edilən ən qədim yerli İtaliya farsı hesab olunur. Bu tamaşalar sonradan Tiberi dövründə etirazlarla qarşılaşmış və imperatorun göstərişi ilə məhdudlaşdırılmışdır. Fars janrı xüsusilə Orta əsrlərin sonlarında sürətlə populyarlaşmışdır. Həmin dövrdə yazılmış əsərlərin böyük hissəsi Fransa və Almaniyada meydana gəlmiş, əsasən seksuallıq, bədən funksiyaları və kobud yumor mövzularına üstünlük verilmişdir. XV–XVI əsrlərdə fars dini tamaşalar arasında komik intermediyalar şəklində nümayiş etdirilirdi. Müasir dövrə qədər gəlib çatan ən qədim fars nümunəsi 1266-cı ildən sonra yazıldığı hesab edilən Le Garçon et l'aveugle (Oğlan və kor adam) əsəridir. Tarixi dəqiq məlum olan ilk farslar isə 1450–1550-ci illər arasında yazılmışdır. Janrın ən məşhur nümunələrindən biri təxminən 1460-cı ildə yazılmış La Farce de maître Pathelin (Usta Patlenin farsı) hesab edilir. Təxminən 1500 misradan ibarət olan bu əsər janrın adi nümunələrindən daha uzun olsa da, orta əsr farsının ən tanınmış əsərlərindən biridir. Orta əsrlər və İntibah dövrü Fransasında fars janrı özünün ən parlaq inkişaf mərhələsini yaşamışdır. Bu dövrə aid 200-dən çox fars komediyası dövrümüzə qədər gəlib çatmış, onların 70-dən çoxu ingilis dilinə tərcümə edilmişdir. Müasir dövrdə də fars janrı öz əhəmiyyətini hifz edib saxlamışdır. Məsələn, Spaceballs filmi Ulduz müharibələri film seriyasının parodiyası olmaqla fars janrının tanınmış nümunələrindən hesab edilir. İngilis musiqişünası George Groveun fikrincə, fars əvvəlcə latın dili ilə qarışıq xalq fransız dilində oxunan dini nəğmə formasında yaranmış, sonradan satira və yumor vasitəsinə çevrilərək müasir birpərdəli fars janrının əsasını təşkil etmişdir. İstinadlar Həmçinin bax Komediya Qara yumor Satira Ədəbiyyat janrları Xarici keçidlər Farce — Encyclopaedia Britannica Comedy — Encyclopaedia Britannica
https://az.wikipedia.org/wiki/Fars_(janr)
https://www.britannica.com/art/farce
https://arvadacenter.org/blog/understanding-farce-in-theatre
https://www.augustachronicle.com/story/entertainment/arts/2009/05/07/modern-elements-rhythmic-script-make-fresh-farce/14295118007/
https://www.britannica.com/art/fabula-Atellana
https://www.artsbeatla.com/2025/02/history-farce/
https://books.google.az/books?id=nGQOodBVG9YC&pg=PA126&redir_esc=y#v=onepage&q&f=false
Tarix : 18 iyul 2026