• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
falsterbu

Falsterbu

Falsterbunun qədim hissəsi Falsterbu — İsveçin cənub-qərb ucunda, Skone əyalətində yerləşən şəhərdir. Şəhər Vellinqe bələdiyyəsinin ərazisində, Falsterbu yarımadasının cənub hissəsində yerləşir. Falsterbu İsveçin tarixi şəhərlərindən biri olan Skanör med Falsterbu şəhərinin tərkib hissəsidir. Falsterbunun havadan görünüşü İqlimi Falsterbu üçün iqlim məlumatları (1991–2020) Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl Rekord yüksək °C 10,3 9,5 12,6 20,7 25,0 27,8 30,2 29,5 24,4 19,1 15,7 11,2 Orta rekord yüksək °C 6,9 6,4 9,4 15,5 20,8 23,6 25,9 25,5 21,1 16,4 11,7 8,3 27,0 Orta yüksək °C 3,2 3,0 5,3 9,9 14,9 18,7 21,3 21,2 17,3 12,2 7,8 4,7 Orta °C 1,8 1,4 3,1 6,8 11,5 15,3 17,9 18,0 14,7 10,3 6,3 3,4 9,2 Orta aşağı °C 0,3 0,0 1,3 4,5 8,8 12,6 15,2 15,5 12,5 8,6 4,9 1,9 Orta rekord aşağı °C -6,6 -5,7 -3,4 -0,1 4,0 9,0 11,8 11,5 7,6 2,2 -1,2 -4,0 -8,3 Rekord aşağı °C -12,9 -13,2 -9,2 -4,0 0,8 5,7 9,5 8,0 4,2 -3,8 -8,3 -12,7 Yağıntı, mm 35,6 26,2 28,0 27,4 37,0 49,8 53,5 72,6 52,7 48,4 45,1 42,6 518,9 Mənbə SMHI Open Data Tarixi Falsterbuda yay səhəri — Şarlotta Valström (1849–1924) Falsterbu tarixən Hanza ittifaqı ilə ticarət imtiyazlarına malik olub. Orta əsrlərdə şəhər ticarət və siyənək balıqçılığının mərkəzində yerləşdiyinə görə zəngin və nüfuzlu şəhər idi. Falsterbu ilə qonşu Skanör şəhəri arasındakı sahildə Skone yarmarkası yerləşirdi və burada Avropanın müxtəlif bölgələrindən gələn tacirlərin daimi ticarət yerləri var idi. Skone yarmarkası təxminən 1200-cü ildən başlayaraq hər il keçirilən böyük balıq bazarı idi. Yarmarka Baltik dənizi ətrafında mühüm ticarət mərkəzinə çevrilmiş və 250 il ərzində bu əhəmiyyətini qoruyub saxlamışdı. Hanza ittifaqının sərvətinin əsas mənbələrindən biri idi. Falsterbu yarımadası ətrafındakı zəngin siyənək balıqçılığı yarmarkanın məşhurluğunun əsas səbəbi idi. Lakin XV əsrdə siyənək populyasiyasının azalması ilə yarmarkanın əhəmiyyəti də azaldı. Şəhərlər siyasi baxımdan birləşdirilərək, Skanör med Falsterbu adlı vahid şəhər yaradıldı. Yerli görməli yerlər Falsterbu kilsəsi Falsterbu əsasən insanların yay tətili keçirmək üçün getdiyi istirahət məkanı kimi tanınır. Falsterbu çimərlikləri ağ qumu və ailələr üçün əlverişli çimmək imkanları ilə məşhurdur. Şəhər Avropanın yaxşı qolf meydançalarından biri olan, Falsterbu Qolf Klubu ilə də tanınır. Falsterbuda digər məşhur tədbir, hər il iyul ayında keçirilən Beynəlxalq Atüstü Tullanma Qran-prisidir. Bu yarış Falsterbu At Şousunun bir hissəsidir. Yerli görməli yerlər arasında Skandinaviyada məlum olan ən qədim mayakın yerində yerləşən Falsterbu mayakı da var. Digər diqqətəlayiq yerlərə Falsterbu Quş Rəsədxanası, Falsterbu Muzeyi və tarixi Falsterbu kilsəsi daxildir. Falsterbu həmçinin müntəzəm olaraq quş halqalaması həyata keçirən Quş Rəsədxanası ilə tanınır. Rəsədxana bir milyondan çox quşa halqa taxıb. İsveçin ən qədim təbiət qoruğu olan Makleppen yaxınlıqda yerləşir. Qoruq sahil quşları və suitilər üçün mühüm çoxalma ərazisidir. Falsterbuhus Falsterbuhus və qala xarabalıqları Falsterbuhus XIII əsrin ortalarından etibarən mövcud olmuş bir sıra tarixi qalaların adı idi. Bu gün Falsterbuhus kimi tanınan bina 1908-ci ildə inşa edilib. İlkin qalaların yerləşdiyi ərazilərdə bir sıra arxeoloji qazıntılar aparılıb. İlk qazıntılar XX əsrin əvvəllərində Cənubi İsveçin Mədəniyyət Muzeyi olan Kulturenin təsisçisi Georg Fredrik Yohansson Karlin (1859–1939) tərəfindən aparılıb. Muzey Lund şəhərində yerləşir. İkinci və daha genişmiqyaslı qazıntılar 1934–1935-ci illərdə Raqnar Blomkvist tərəfindən aparılıb. Əvvəlki qazıntılardan əldə edilən artefaktların əksəriyyəti Lunddakı Mədəniyyət Muzeyində və Falsterbu Mədəniyyət Muzeyində saxlanılır. İkinci qazıntılar zamanı aşkar edilmiş arxeoloji tapıntıların əksəriyyəti Stokholmda yerləşir. Həmçinin bax Arvika Askersund Djursholm Bollnas Alingsos Borgholm Buden Eksjö Kitab istinadları Blomqvist, Ragnar. Falsterbohus. Lund, İsveç: Kulturen, 1950. İstinadlar Xarici keçidlər Falsterbu Qolf Klubu Falsterbu At Şousu


İstinadlar

Tarix : 1 oktyabr 2026