• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
falkopinq

Falköpinq

Falköpinq— İsveçin Västra Yötaland qraflığında yerləşən şəhər və Falköpinq bələdiyyəsinin inzibati mərkəzidir. 2023-cü ildə şəhərin əhalisi 17.924 nəfər olmuşdur. Tarixi Falköpinqdə Müqəddəs Olaf kilsəsi Falköpinq şəhərinin adı ilk dəfə təxminən 1100-cü ildə tərtib edilmiş İslandiya Rimbegla əsərində çəkilir və Vestrogot qanununda da qeyd olunur. XII əsrdə Müqəddəs Olafa həsr olunmuş kilsəsinin olması səbəbindən şəhər, mühüm dini ziyarəti məntəqələrindən biri idi. XVI əsrdə şəhərin mövcudluğunun sona çatacağı gözlənilirdi və Şimal yeddiillik müharibəsi zamanı danimarkalılar tərəfindən tamamilə yandırıldı. Lakin şəhər salamat qaldı və yenidən quruldu. Falköpinq və ya Falkbygden — Falköpinqin yerləşdiyi kənd təsərrüfatı ərazisi nəzərdə tutulduqda — Daş dövrü, Tunc dövrü və Dəmir dövrünə aid qədim qalıqları ilə geniş tanınır. Şəhər Mösseberq və Olleberq adlı iki yaylanın arasında yerləşir. Ərazi buz dövrünün başa çatmasından bəri məskunlaşıb və son 6.000 il ərzində insanlar tərəfindən becərilib. Burada aşkar edilmiş ən qədim tapıntı e.ə. 3400-cü ilə aid olan meqalit məzarı növü olan dolmendir. Həmçinin e.ə. 3300-cü ilə aid 28 dəhlizli qəbir aşkar edilib. Burada bir neçə daş qutu qəbir də tapılıb. Onlar e.ə. 2400–1500-cü illərə, erkən Daş dövrünün son mərhələsinə (Senneolitikum) aid edilir və bu tip qəbirlərin geniş yayıldığı ölkələrdən gələn səyyahlar tərəfindən tikildiyi və ya onlardan ilham alınaraq yaradıldığı hesab olunur. Falköpinq Avropada, şəhərin görünüşünün ayrılmaz hissəsi kimi bu qədər çox sayda meqalit məzarının olduğu yeganə şəhərdir. Yerli sənaye Fəvvarəli Böyük meydan Falköpinqdə ilk sənaye müəssisələrinə Viktoriya pivə zavodu (Victoriabryggeriet) (1856–1953), Haglunds jalüz fabrikı (Haglunds rullgardinsfabrik) (1885–) və Forss papaq fabriki (Forss hattfabrik) (1880–) daxil idi. XX əsrin əvvəllərində, 1900-cü ildən etibarən, bir sıra şirkətlər yaradıldı. Bunlara Alton qızıl məmulatları fabriki (1928), Falköpinq süd zavodu (Falköpings Mejeri) (1930–), Arkivator maşınqayırma müəssisəsi (verkstadsindustrin Arkivator) (1940–), həmçinin Svaréns və Ottossons tikiş fabrikləri daxil idi. Falköpings Mejeri Qərbi İsveçdəki ərzaq mağazalarını südlə təmin edən kooperativ südçülük şirkətidir. Falbygdens Ost pendir fabriki bütün İsveçdəki mağazaları pendirlə təmin edir. Bu yaxınlarda dəmir yolu ilə əlaqəli ərazidə şirkətlərə ətraf ərazilərdən gələn yükləri daha səmərəli şəkildə idarə etməyə imkan verən "quru liman" (torrhamn) tikilib. Coğrafiyası Falköpinq xəritəsi Şəhər Stokholm ilə Göteborq arasındakı Qərb magistral dəmir yolu xəttinin Nessyodan Yönçöpinq vasitəsilə Falköpinqə gələn dəmir yolu xətti ilə kəsişdiyi yerdə yerləşir. Həm Göteborqa, həm də Yönçöpinqə qatarla bir saatdan az müddətdə çatmaq mümkün olduğundan, Falköpinq gediş-gəliş üçün əlverişli məkandır. Tanınmış şəxslər Madelen Yanogi (1995-ci il təvəllüdlü) — futbolçu Yan Karlsson (1966-cı il təvəllüdlü) — Olimpiya velosipedçisi İdman və istirahət Futbol Falköpinqdə bir neçə futbol meydançası var. Klublara aşağıdakılar daxildir: Falköpings KIK IFK Falköping Falköpings FK Motor idmanı Falköpinq Motoklubu şəhərdən təxminən 5 km qərbdə yerləşən Motorstadionda avtomobil və motosiklet yarışları keçirir.. Speedway trasında 1952 Fərdi Speedway üzrə Dünya Çempionatının Kontinental Speedway finalı mərhələsi keçirilib. Piyada marşrutları Şəhərin mərkəzi hissəsinin ətrafında Hälsoslingan (sağlamlıq cığırı) adlanan 8 km uzunluğunda piyada yolu da var. Ondan qaçış və dostlar və ailə üzvləri ilə gəzinti üçün istifadə olunur. Olleberq cəngavərlərinin xalq əfsanəsi Yerli folklora görə, Falköpinq şəhəri təhlükə ilə üzləşdikdə Olleberq dağının yamacı açılaraq orada gizlənən cəngavərə bənzər fiqurlardan ibarət dəstəni üzə çıxarır. Onlar Ollebergs Ryttare (Olleberq cəngavərləri) adlanır və təhlükəni dəf etmək üçün at belində meydana çıxırlar. Mösseberqdən Falköpinq, arxa planda Olleberq Kitab istinadları Gustavsson, Per. Sägenresan: [fantastiska berättelser från Skåne till Lappland] (isveç). Stockholm: Rabén & Sjögren. 2006. 120–121. ISBN 91-29-66514-0. LIBRIS 10077419. İstinadlar


İstinadlar

Tarix : 1 oktyabr 2026