- Wikisun
Nis (yuxarıda) və Evrial (aşağıda), 1827-ci il Salonunda Evrial (qədim yunanca: Εὐρύαλος — "geniş") — Qədim Sirakuza şəhərinin əsas qalası olan Evrial qalasına, eləcə də Yunan mifologiyası və klassik ədəbiyyatdakı bir neçə fərqli personaja aid edilən addır. Klassik mifologiya Evrial — e.ə. VI və V əsr keramikasında, Gigantomaxiyada Olimp tanrılarına qarşı vuruşmuş Nəhənglərdən biri kimi adı çəkilən personaj. Evrial — Pelopsdan əvvəlki bütün iddiaçılar kimi Oynomaus tərəfindən öldürülən, Hippodamiyanın iddiaçılarından biri. Evrial — dayıları Oyneyə qarşı sui-qəsd hazırlayıb Tidey tərəfindən qətlə yetirilən, Melasın səkkiz oğlundan biri. Evrial — Mekisteylə Astioxanın argoslu oğlu və Arqonavtlardan biri. O, atalarının qisasını almaq üçün əvvəllər Fivanı işğal etməyə cəhd edən Epiqonlardan biri kimi şəhərə hücum edib onu ələ keçirmişdir. Homerin "İliada"sında o, Troya müharibəsində vuruşmuş, Diomedin silahdaşı olmuş və Troya atına daxil olan yunanlardan biri kimi göstərilir. O, Patroklun dəfn oyunlarında boks yarışında Epeyə uduzmuşdur. Onun valideynlərini Pallas və Diomeda kimi göstərən Hiqin də ondan bəhs edir. Evrial (və ya Aqrolas) — Afinalı Hiperbinin qardaşı və onunla birgə tikinti işləri görən usta. Evrial — atası əleyhinə sui-qəsd hazırladığına görə atası tərəfindən səhvən öldürülən, Evippa və Odisseyin oğlunun adı. Evrial — Navbolun oğlu, "Odisseya"da Odisseyin qarşılaşdığı Feaklardan biri. Evrial — Dulixiumdan digər 56 iddiaçı ilə birgə gələn, Penelopanın iddiaçılarından biri. Evrial digər iddiaçılarla birgə, Evmey, Filoytiy və Telemaxın köməyi ilə Odissey tərəfindən öldürülmüşdür. Evrial — Zakinfdən digər 43 iddiaçı ilə birgə gələn, Penelopanın iddiaçılarından yenə biri. O da yuxarıdakı adaşı ilə eyni taleyi yaşamışdır. Vergilinin "Eneida"sında Nis və Evrial ideal dost və sevgililər kimi təsvir olunur, onlar Rutullara qarşı bir basqın zamanı həlak olmuşlar. Evrial — Apollonun bir ləqəbi. Digər istifadələr Hyalophora euryalus — Saturniidae fəsiləsindən bir güvə növü Protambulyx euryalus — Sphingidae fəsiləsindən bir güvə növü Qeydlər İstinadlar Apollodor, The Library, ingiliscə tərcümə: Sir James George Frazer, F.B.A., F.R.S., 2 cilddə. Cambridge, MA: Harvard University Press; London: William Heinemann Ltd. 1921. ISBN 0-674-99135-4. Perseus Digital Library-də onlayn versiya. Eyni saytdan yunanca mətn mövcuddur. Qay Yuli Hiqin, Fabulae from The Myths of Hyginus, tərcümə və redaktə: Mary Grant. University of Kansas Publications in Humanistic Studies. Topos Text Project-də onlayn versiya. Homer, The Iliad, ingiliscə tərcümə: A.T. Murray, Ph.D., iki cilddə. Cambridge, MA: Harvard University Press; London: William Heinemann, Ltd. 1924. ISBN 978-0674995796. Perseus Digital Library-də onlayn versiya. Homer, Homeri Opera, beş cilddə. Oxford: Oxford University Press. 1920. ISBN 978-0198145318. Yunanca mətn Perseus Digital Library-də mövcuddur. Pavsaniy, Description of Greece, ingiliscə tərcümə: W.H.S. Jones, Litt.D., və H.A. Ormerod, M.A., 4 cilddə. Cambridge, MA: Harvard University Press; London: William Heinemann Ltd. 1918. ISBN 0-674-99328-4. Perseus Digital Library-də onlayn versiya. Pavsaniy, Graeciae Descriptio, 3 cilddə. Leipzig: Teubner. 1903. Yunanca mətn Perseus Digital Library-də mövcuddur. Böyük Plini, The Natural History, tərcümə: John Bostock, M.D., F.R.S. və H.T. Riley, Esq., B.A. London: Taylor and Francis, Red Lion Court, Fleet Street. 1855. Perseus Digital Library-də onlayn versiya. Böyük Plini, Naturalis Historia, red.: Karl Friedrich Theodor Mayhoff. Lipsiae: Teubner. 1906. Latınca mətn Perseus Digital Library-də mövcuddur. Publius Vergilius Maro, Aeneid, tərcümə: Theodore C. Williams. Boston: Houghton Mifflin Co. 1910. Perseus Digital Library-də onlayn versiya. Publius Vergilius Maro, Bucolics, Aeneid, and Georgics, red.: J. B. Greenough. Boston: Ginn & Co. 1900. Latınca mətn Perseus Digital Library-də mövcuddur. İoann Tsetses, Allegories of the Iliad, tərcümə: Adam J. Goldwyn və Dimitra Kokkini. Dumbarton Oaks Medieval Library, Harvard University Press, 2015. ISBN 978-0-674-96785-4
https://az.wikipedia.org/wiki/Evrial_%28ad%29
http://www.beazley.ox.ac.uk/record/456B29EA-83E7-41ED-B485-FDF976EBAEF8
http://www.iconiclimc.ch/visitors/treesearch.php?source=100&term=%22Gigantes+299%22&modus=2
http://web.archive.org/20150924032708/http://www.iconiclimc.ch/visitors/treesearch.php?source=100&term=%22Gigantes+299%22&modus=2
http://www.beazley.ox.ac.uk/record/71F3F36F-5E49-4DFB-95BF-F39B81A8AC1B
http://www.iconiclimc.ch/visitors/treesearch.php?source=100&term=%22Gigantes+301%22&modus=2
http://web.archive.org/20150924032712/http://www.iconiclimc.ch/visitors/treesearch.php?source=100&term=%22Gigantes+301%22&modus=2
Tarix : 7 sentyabr 2026