• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
etirli-ev-qarisqalari-tapinoma-sessile

Ətirli Ev Qarışqaları (Tapinoma sessile)

Ətirli ev qarışqaları Şimali Amerikada ən çox yayılmış qarışqa növlərindən biridir. Kiçik ölçülü, təxminən 2.5-3 mm uzunluğunda olurlar. Rəngləri qəhvəyi və ya qara olur. Yumurtaları mirvari ağ rəngdə olur, ölçüsü 0,24x0,39 mm-dir. Yumurtadan çıxmağa yaxınlaşdıqca daha qeyri-şəffaf olurlar. Sürfələr ilk çıxdıqları zaman təxminən 0,72 x 1,74 mm-ə qədər böyüyür. Böyüdükcə başları əyilməyə başlayır. Onların bədəni seqmentli və sarımtıl rəngdədir. Tam böyüdükdə isə çox dolğun və qalın olur. Yumurtalar əsasən aprelin sonundan soyuq hava başlayana qədər, adətən noyabrda qoyulur. Yumurtalar 11-26 gündən sonra çıxır. Ümumi inkişaf müddəti yumurtaların qoyulduğu vaxtdan asılı olaraq dəyişə bilir. Aprel-iyun aylarında qoyulan yumurtalar üçün yumurtadan yetkinliyə qədər ümumi inkişaf 5-9 həftə çəkir. İyundan sentyabr ayına qədər qoyulan yumurtalar üçün inkişaf isə 6-7 həftə çəkir. Əsas xüsusiyyəti: Əzildikdə hindistan cəvizi və ya çürük hindistan cəvizi qoxusu yayılır. Yaşayış Yeri: Bu qarışqalar adətən evlərin içində və ya yaxınlığında yaşayırlar. Onlar mətbəx və hamam kimi, nəmli və qida mənbələri olan yerləri sevirlər. Qidalanma: Ətirli ev qarışqaları şirin qidalar, yağlar və zülallar olmaqla müxtəlif qidalarla qidalanır. Onlar həmçinin ölü həşəratları və digər kiçik heyvanları da yeyə bilərlər.


İstinadlar

Tarix : 5 noyabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.