- Wikisun
Eskilstuna— İsveçin Södermanland qraflığında yerləşən şəhərdir. Şəhərin 2020-ci ildə 69.948, Eskilstuna bələdiyyəsinin isə 2023-cü ildə 107.806 nəfər əhalisi olmuşdur. Eskilstunada çoxsaylı İsveç finləri yaşayır. Şəhər Hjelmaren gölü ilə Malaren gölünü birləşdirən Eskilstunan çayının üzərində yerləşir. Tarix Eskilstunanın tarixi orta əsrlərə gedib çıxır. Həmin dövrdə ingilis rahibi Müqəddəs Eskil "Tuna"nı Malaren gölünün cənub sahilində öz fəaliyyəti və yepiskopluğu üçün mərkəzə çevirmişdi. Müqəddəs Eskil xristianlıqı yaymağa çalışarkən Eskilstunadan 30 km şərqdə yerləşən qonşu Strenqnes şəhərinin bütpərəst vikinqləri tərəfindən daşqalaq edilərək öldürülmüşdür. Müqəddəs Eskil Tunadakı monastır kilsəsində dəfn edilmişdir. Müqəddəs Eskilin monastırı Protestant Reformasiyası dövründə İsveç kralı I Qustav Vasa tərəfindən tamamilə dağıdılmış və onun yerində Eskilstuna evi adlı kral qalası tikilmişdir. Daha sonra bütpərəst Strenqnes şəhəri xristianlaşdırıldı və Malaren gölünün cənub hissəsinin yeparxiyası olmaq imtiyazı qazandı. "Eskil" adı "Tuna" ilə birləşdirildi, lakin orta əsr şəhəri Turshellaya yaxın yerləşdiyinə görə Eskilstuna şəhər imtiyazları əldə edə bilmədi. Şəhərin ilk şəhər imtiyazları 1659-cu ildə verildi və onun sərhədlərinə Tunafors və çayın qərb sahilində yeni salınmış Karl Gustavs Stad şəhəri daxil idi. Karl Gustavs Stad kral X Karl Qustavın təşviqi ilə usta dəmirçi Reynold Rademaxerin dəmir emalatxanalarının ətrafında salınmışdı. Emalatxanaların ilk məhsulları atıcı silahlar və artilleriya vasitələri idi. 1771-ci ildən etibarən şəhər azad şəhər statusuna malik idi. İstehsalçılara və sənətkarlara burada vergidən azad emalatxana və fabriklər yaratmağa icazə verilirdi. Şəhər 1879-cu ildə Eskilstunanın qalan hissəsi ilə birləşdirildi. Şəhər Sənaye inqilabı dövründə sürətlə böyüdü və İsveçin ən mühüm sənaye şəhərlərindən birinə çevrildi. Buna görə şəhərə "Stalstaden" (Polad şəhəri) ləqəbi verildi. Şəhərdə odlu silahlardan əlavə, yüksək keyfiyyətli dülgərlik və ağacoyma iskənələri, bıçaqlar, qayçılar, açarlar, dəzgahlar və dəqiq ölçü cihazları istehsal olunurdu. Polad sənayesinə hörmət əlaməti olaraq şəhərin gerbində polad işçisinin təsviri yer alır. Eskilstuna bəzən İsveçin Şeffildi adlandırılır. Hər iki şəhər sənayenin ən yüksək inkişaf etdiyi dövrdə çoxsaylı polad istehsalı müəssisələrinə ev sahibliyi edirdi. İqtisadiyyat Eskilstuna beynəlxalq səviyyədə tanınan şirkətlərin fəaliyyət göstərdiyi mühüm sənaye şəhəri olaraq qalır. Bunlara Volvonun təkərli yükləyicilər istehsalı və ağır tikinti avadanlıqları bölməsinin əsas müəssisəsi, Assa (qıfıllar və açarlar) və paslanmayan polad istehsalçısı Outokumpunun Torshelladakı "Thin Strip Nyby" müəssisəsi daxildir. Malardalen Universiteti (Mälardalens högskola) qonşu Vesteros şəhəri ilə əməkdaşlıq çərçivəsində yaradılmışdır və şəhərdə kampusu yerləşir. Şəhərdə həmçinin zoopark və əyləncə parkını birləşdirən Parken Zoo yerləşir. Malar xəstəxanası (Mälarsjukhuset) bölgənin ən böyük xəstəxanalarından biridir və burada təxminən 3.000 nəfər çalışır. 2012-ci ildən başlayaraq şəhər yaşıl iqtisadiyyata keçidi sürətləndirməyə başlamışdır. Buraya biqazla işləyən ictimai nəqliyyat və istilik-elektrik enerjisinin birgə istehsalı müəssisələri, İsveçdəki standart beş çeşidlə müqayisədə yeddi rəngli təkrar emal qutuları və ona bitişikikinci əl ticarət mərkəzi olan təkrar emal mərkəzi daxildir. İqlim Eskilstunada iqlim kontinental və dəniz iqlimi arasında keçid xarakteri daşıyır və İsveçin cənubu üçün səciyyəvi olan böyük mövsümi fərqlərə malikdir. Sörmland bölgəsinin sahilyanı hissəsindən fərqli olaraq, Eskilstunada sutkalıq temperatur fərqi daha böyükdür və həm isti, həm də soyuq hava dalğaları daha güclü olur. Gündüz maksimum və minimum temperaturlarına dair meteoroloji müşahidələr 1961-ci ildən aparılır. 1984–2008-ci illər arasında üç dəfə, hər biri 2–3 il davam edən fasilələr olmuşdur. Eskilstuna üçün iqlim məlumatları (2002–2022; ekstremal göstəricilər 1961-ci ildən bu günədək) Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl Rekord yüksək °C 10,5 12,2 15,6 26,1 29,0 32,0 36,2 35,1 29,0 21,5 16,9 11,3 Orta rekord yüksək °C 6,9 7,5 13,2 19,2 24,8 27,9 30,2 28,3 22,8 16,1 11,7 7,4 30,7 Orta yüksək °C 0,2 1,2 5,6 11,7 17,1 21,3 23,7 22,2 17,1 10,3 5,4 1,7 Orta °C −2,8 −2,3 1,3 5,8 11,0 15,2 17,7 16,6 12,1 6,6 2,8 −1,2 Orta aşağı °C −5,7 −5,5 −3,1 −0,2 4,8 9,1 11,6 10,6 7,1 2,8 0,2 −4,0 Orta rekord aşağı °C −19,0 −16,9 −12,6 −7,3 −3,2 2,3 5,4 3,4 −1,1 −5,7 −9,2 −16,2 −21,7 Rekord aşağı °C −29,5 −32,2 −23,8 −11,7 −7,2 −1,7 2,9 0,7 −6,2 −11,6 −21,1 −32,2 Yağıntı, mm 40,2 31,9 23,7 27,2 44,7 64,2 62,3 73,5 40,4 56,9 48,0 43,9 Mənbə Demoqrafiya Demoqrafik göstəricilər 1800 1850 1900 1950 2000 2010 Əhali 1.341 3.961 13.663 53.363 88.404 96.311 31 dekabr 2019-cu il tarixinə Eskilstuna bələdiyyəsinin 106.859 nəfər əhalisi olmuşdur və bu göstərici onu İsveçin əhalisinə görə 15-ci ən böyük bələdiyyəsi etmişdir. Nəqliyyat Eskilstunaya Eskilstuna mərkəzi dəmir yolu stansiyası xidmət göstərir. Regional operator Malartag, Eskilstuna üzərindən Linköpinq, Örebro, Stokholm, Stokholm-Arlanda hava limanı və Uppsala kimi istiqamətlərə qatarlar işlədir. E20 Avropa marşrutu şəhərin yaxınlığından keçir. Şəhər mərkəzdən 13 km şərqdə yerləşən kiçik Eskilstuna hava limanına da malikdir. Avropa əməkdaşlığı Eskilstuna Eurotowns şəbəkəsinin üzv şəhəridir. Məşhur şəxslər Musiqi Patrik Kolar Kent (qrup) Pain of Salvation (qrup) Anni-Frid Linqstad Mika "Gas" Yepa Tova Karson Yoakim Berq Daniel Gildenlöv Kristoffer Gildenlöv Tikkle Me (qrup) İdmançılar Anna Nordkvist Kent Karlsson Kyel Yohanşon Tomas Qustafson Tommi Yansson Linnea Torstensson Kristyan Andreasson Lars Sandberq Yoel Qranfors Futbolçular Mika Vayrynen Kennet Andersson Sebastian Larsson Markus Danielson Digər Anna Nordkvist, peşəkar qolfçu Finlandiyalı Anna Sigrid Ekendahl, həmkarlar ittifaqı fəalı və siyasətçi Carl Victor Heljestrand Fredrik Lindström Yvonne Ryding, 1984-cü ilin İsveç gözəli və 1984-cü il Kainat gözəli Susanne Aalto, radio astronomu Sven G. Svenson, tarixçi və yazıçı Qalereya Eskilstuna Kloster kilsəsi Rademacher emalatxanaları Eskilstunaån Şəhər meriyası Nyfors, Eskilstuna Eskilstunadakı Årby Şimaldakı Mälarbadendən Mälaren gölünə baxış Həmçinin bax Arvika Askersund Djursholm Bollnas Alingsos Borgholm Buden Eksjö İstinadlar Xarici keçidlər Rəsmi sayt (isveç, fransız, alman, ingilis və fin dillərində) Eskilstuna C üçün qatar cədvəli
https://az.wikipedia.org/wiki/Eskilstuna
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Eskilstuna¶ms=59_22_38.3_N_16_30_45.7_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=59.377306,16.512694&q=59.377306,16.512694&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=16.512694,59.377306&pt=16.512694,59.377306&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=59.377306&mlon=16.512694&zoom=12
https://web.archive.org/web/20071219055901/http://www.rskl.se/Ruotsinsuomalaiset.html
http://www.rskl.se/Ruotsinsuomalaiset.html
Tarix : 1 oktyabr 2026