- Wikisun
Jessheim — Norveçin Akershus dairəsində, Ullensaker bələdiyyəsi ərazisində yerləşən şəhərdir. Tarixi Jessheim dəmir yolu stansiyası, 1854-cü ildə Oslodan Eidsvolla gedən Hovedbanen dəmir yolunun bir hissəsi kimi inşa edilmişdir. Dəmir yolunun 1854-cü ildə ilkin tikintisi zamanı dayanacaq "Trögstad" adlandırılmışdı. Lakin Östfolddakı Tröqstad şəhərinin adı ilə qarışıqlıq yarandığı üçün, 1897-ci ildə dayanacağın adı "Jessum" olaraq dəyişdirildi. Bu addan, məsələn, hərbi xidmətə çağırılanlar zarafatla istifadə edirdilər. Onlar Böndən (Jessheimin şimalında yerləşən şəhər) Jessuma getdiklərini deyirdilər. Norveç dilində "Bön" sözü "dua" mənasını verdiyindən, bu ifadə "Jessum" sözü ilə birlikdə İsanı xatırlada bilərdi. Ərazidəki keşişlər bundan narazı qalaraq yepiskopa müraciət etdilər. Yepiskop 1900-cü ildə məsələni yerli şuraya çıxardı və "Jessheim" formasının istifadə olunmasını təklif etdi. Bundan sonra ad "Jesseim" olaraq dəyişdirildi. 1920-ci ildə dəmir yolu idarəsi adın yazılışını indiki "Jessheim" formasına dəyişdirdi. Obyektlər və görməli yerlər Jessheim Övre Romerikedə ticarət və regional xidmətlərin mərkəzidir. Ərazidə qum və çınqıl ehtiyatlarından istifadə edən beton zavodu, eləcə də ağac məmulatları istehsal edən müəssisə kimi sənaye obyektləri də yerləşir. Şəhərin mərkəzində yerləşən Jessheim Storsenter ticarət mərkəzi Norveçin ən böyük ticarət mərkəzlərindən biridir. Jessheimdə kitabxana və kinoteatrın yerləşdiyi mədəniyyət mərkəzi olan Ullensaker Kulturhus da fəaliyyət göstərir. Şəhərin qərbində eramızın 533–551-ci illəri arasına aid olan qədim kral kurqanı Raknehaugen yerləşir. Etimologiyası "Jessheim" adı qədim nors dilindəki Jasseimr və ya Jesseímr sözlərindən yaranmışdır. Bu adın ilk hissəsinin mənşəyi məlum deyil, ikinci hissəsi olan heimr isə "ev" mənasını verir. İlk hissə olan "Jess" sözünün yarl və ya yarllar, yəni qraflar mənasını verməsi də mümkündür. Bu ad əvvəlcə Hovin kilsə icmasının adı kimi istifadə olunmuşdur. Əhali 2020-ci ilin yanvar ayına olan məlumata görə, Jessheimin əhalisinin 21 598 nəfər olduğu təxmin edilirdi. Nəqliyyat Jessheim stansiyası (Jessheim stasjon), 1854-cü ildə tamamlanmı Norveçin ilk dəmir yolunun əsas xətti üzərində yerləşir və sonradan şəhərin yaranmasının əsasını təşkil etmişdir. Jessheimdən qatarlar şimala Dala, cənuba isə Osloya hərəkət edir. E6 avtomagistralı şəhərin qərb tərəfindən keçir. Bu yol ilə Osloya qədər məsafə 41 kilometr (25 mil), dəmir yolu ilə isə 45 kilometr (28 mil) təşkil edir. Jessheim həmçinin qərbdə Oslo Qardermoen hava limanı və Hönefossa gedən Riksvei 35, Nannestad və Hurdala gedən Riksvei 174, həmçinin şərqdə Kongsvingerə gedən Riksvei 2 yollarının kəsişdiyi mühüm yol qovşağıdır. İdman 2016-cı ildən etibarən yerli Ullensaker/Kisa futbol komandası Norveç Birinci Divizionunda çıxış edir. Tanınmış yerli sakinlər Martin Julius Halvorsen (1867-ci ildə anadan olub) — 1902-ci ildə sonralar Romerikes Blad adlandırılan Akershusingen qəzetinin əsasını qoymuşdur. Mətbəəçi və kitab çapçısıdır. Daha çox M. Jul. Halvorsen adı ilə tanınır. Diaz (1976-cı ildə anadan olub) — sənətçi və rep ifaçısı. Ole Kristian Furuseth (1967-ci ildə anadan olub) — slalom yarışçısı. Anniken Huitfeldt (1969-cu ildə anadan olub) — siyasətçi. Tanya Hansen (1973-cü ildə anadan olub) — keçmiş pornoqrafiya ulduzu. Egil Nyhus (1962-ci ildə anadan olub) — illüstrator. Solveig Kloppen (1971-ci ildə anadan olub) — aktrisa və televiziya aparıcısı. Daha çox Norveç Idol verilişinin aparıcısı kimi tanınır. Memnock — sənətçi və Susperia qrupunun black metal musiqiçisi. Dimmu Borgir — 1993-cü ildə yaradılmış simfonik black metal qrupu. Alexandra Rotan — müğənni, mahnı müəllifi, Europop qrupu Keiinonun üzvü; 2019 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir. Malin Brenn (1999-cu ildə anadan olub) — futbolçu. Sebastian Sponevik (2005-ci ildə anadan olub) — bədii gimnastika üzrə milli komandanın üzvü. Həmçinin bax Oslo Tromsö Förde Qrimstad Yövik Harstad Qalereya Ullensakerdə Jessheimin əsas küçəsi "Storgata". Jessheimin əsas küçəsində yerləşən Storgata 7. Herredshuset 1901-ci ildə tamamlanmış və 1967-ci ilədək Ullensaker dairəsinin idarəsi kimi istifadə edilmişdir. Jessheim dəmir yolu stansiyası ilk dəfə 1854-cü ildə inşa edilmişdir. Jessheim şəhərinin cənubdan görünüşü; Avropa E6 marşrutu şəhərin qərb tərəfindən keçir. İstinadlar
https://az.wikipedia.org/wiki/Esheym
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Esheym¶ms=60_8_24_N_11_10_31_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=60.14000,11.17528&q=60.14000,11.17528&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=11.17528,60.14000&pt=11.17528,60.14000&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=60.14000&mlon=11.17528&zoom=12
https://www.visitnorway.com/listings/jessheim-storsenter/301/
https://web.archive.org/web/20260826141514/https://www.visitnorway.com/listings/jessheim-storsenter/301/
Tarix : 29 sentyabr 2026