- Wikisun
Enosun 1961-ci ildə Mercury-Atlas 5 kapsuluna yerləşdirilməzdən əvvəl hazırlanması Enosun kosmik kapsulu Mercury-Atlas 5 missiyası zamanı istifadə edildikdən sonra Həyat və Elm Muzeyində nümayiş etdirilir Enos (təxminən 1957 – 4 noyabr 1962) NASA tərəfindən 29 noyabr 1961-ci ildə kosmosa göndərilmiş şimpanze idi. O, özündən əvvəl kosmosa göndərilmiş Hamdan sonra bu missiyanı həyata keçirən ikinci şimpanze oldu. Enos Yuri Qaqarin və German Titovdan sonra Yer kürəsinin orbitinə çıxmış üçüncü hominid və bunu bacaran ilk və yeganə şimpanzedir. Enos 3 aprel 1960-cı ildə Miami Rare Bird Farmdan gətirilmişdi. O, Kentukki Universiteti və Holloman Hərbi Hava Bazasında 1 250 saatdan çox təlim keçmişdi. Onun hazırlığı Hamın hazırlığından daha ağır idi. Buna səbəb Enosun daha uzun müddət çəkisizlik və daha yüksək g qüvvələri şəraitinə məruz qalması idi. Təlim proqramına psixomotor məşqlər və təyyarə uçuşları da daxil idi. Enos Merkuri layihəsi çərçivəsindəki uçuş üçün buraxılışdan cəmi üç gün əvvəl seçilmişdi. Bundan iki ay əvvəl, 13 sentyabr 1961-ci ildə NASA eyni missiyanı sınaqdan keçirmək məqsədilə göyərtəsində "ekipaj simulyatoru" yerləşdirilmiş Mercury-Atlas 4 aparatını kosmosa göndərmişdi. Enos 29 noyabr 1961-ci ildə Mercury-Atlas 5 ilə kosmosa uçdu. O, ilk orbitini 1 saat 28,5 dəqiqəyə tamamladı. Enosun üç orbit tamamlaması planlaşdırılırdı. Lakin kapsulun həddindən artıq qızması və texniki nasazlıqlar səbəbindən missiya iki orbitdən sonra dayandırıldı. Bu nasazlıqlar nəticəsində Enosa 76 dəfə elektrik cərəyanı verilmişdi. Primatologiya tarixindən bəhs edən mənbələrdən birində qeyd olunur ki, təxminən beş yaşlı şimpanze bütün elektron sistemdəki nasazlıqlara baxmayaraq, üç saatdan çox davam edən uçuş zamanı öyrədildiyi bütün tapşırıqları yerinə yetirmiş və ondan gözlənilənləri düzgün başa düşdüyünü göstərmişdi. Kosmik kapsul okeana endikdən sonra, Enosun ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbçiləri tərəfindən xilas edilməsi üç saat çəkdi. Bu müddət ərzində onun əsəbi və narahat olduğu bildirilirdi. Kapsul günün sonlarına yaxın Şablon:USS gəmisinin göyərtəsinə götürüldü və Enos dərhal Hərbi Hava Qüvvələrinin əməkdaşları tərəfindən aşağı göyərtəyə aparıldı. Daha sonra Stormes Enosu Kindley Hərbi Hava Bazasının Bermuddakı xəstəxanasına apardı. Burada onun vəziyyətinin yaxşı olduğu müəyyən edildi. Enos 1 dekabr 1961-ci ildə Bermuddan Kanaveral burnuna, daha sonra isə Holloman Hərbi Hava Bazasında aparıldı. Enosun uçuşu növbəti Merkuri missiyası üçün tammiqyaslı məşq idi. 20 fevral 1962-ci ildə həyata keçirilən həmin uçuş nəticəsində Con Qlen Yer kürəsinin orbitinə çıxan ilk amerikalı oldu. Enos 4 noyabr 1962-ci ildə həmin dövrdə məlum olan antibiotiklərə davamlı şigellyoz nəticəsində yaranan dizenteriyadan öldü. Ölümündən əvvəl iki ay ərzində onun vəziyyəti daim müşahidə edilmişdi. Patoloqlar Enosun əvvəlki kosmik uçuşu ilə əlaqələndirilə biləcək hər hansı simptom aşkar etməmişdilər. Bəzi mənbələr onun cəsədinin Smitson İnstitutuna göndərildiyini bildirir. Lakin Animals in Space: From Research Rockets to the Space Shuttle kitabının müəllifləri bu məsələni araşdırarkən onun qalıqlarının sadəcə olaraq atıldığı qənaətinə gəlmişdilər. Hərbi Hava Qüvvələri Enosun xatirəsinə daimi abidə ucaltmamışdı; sonradan Ham üçün belə bir abidə yaradılmışdı. Həmçinin bax Layka Primatlar İstinadlar Xarici keçidlər Enos the Chimpanzee travels to space on NASA's Mercury Atlas 5 1960 — YouTube videosu "Voyage of space chimpanzee Enos ended in Bermuda" — Gail Westerfield Chimp into space (no title), 1961/11/30 (1961) – videosu "Internet Archive" saytında mövcüddur. Enosun havaya buraxılmasını və enməsini göstərən görüntülər – videosu "Internet Archive" saytında mövcüddur. One Small Step: The Story of the Space Chimps — şimpanzelərin kosmik uçuşlarda istifadəsi haqqında sənədli film The Atlantic — Enosun Yer orbitində olarkən aldığı elektrik cərəyanları haqqında məqalə Mental Floss — Enosun uçuşunun 54-cü ildönümü haqqında məqalə
https://az.wikipedia.org/wiki/Enos
https://www.newspapers.com/clip/32507843/the_daily_advertiser/
https://web.archive.org/web/20190624042007/https://www.newspapers.com/clip/32507843/the_daily_advertiser/
https://timesmachine.nytimes.com/timesmachine/1962/11/06/306462512.html
https://web.archive.org/web/20241212182408/https://timesmachine.nytimes.com/timesmachine/1962/11/06/306462512.html
https://archive.org/details/greatapesshorthi0000herz
https://archive.org/details/greatapesshorthi0000herz/page/161
Tarix : 7 sentyabr 2026