• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
elverum

Elverum

Elverum — Norveçin İnlandet dairəsində yerləşən şəhərdir. Şəhər Elverum bələdiyyəsinin inzibati mərkəzidir. O, bələdiyyənin qərb hissəsində, Qlömma çayının sahilində, Hamar şəhərindən təxminən 30 km şərqdə yerləşir. Şəhər Orta Österdalen vadisinin və Solörün şimal hissəsinin ticarət və sənaye mərkəzidir. Köhnə Elverum kəndi illər ərzində böyümüş və 1996-cı ildə Elverum bələdiyyəsinin bələdiyyə şurası Elveruma şəhər statusu vermişdir. Sahəsi 12,24 km² olan şəhərin 2024-cü ildə əhalisi 15 869 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1296 nəfər təşkil edir. Şəhər Qlömma çayının hər iki sahilində yerləşir. Çayın şərq sahili Leyret adlanır. Şəhərin əsas ticarət ərazisi burada yerləşir; Elverum kilsəsi, Elverum xəstəxanası, İnlandet Tətbiqi Elmlər Universiteti, bələdiyyə binası və digər dövlət idarələri də bu ərazidədir. Bu ərazi 1680-ci illərdə tikilmiş Kristiansfell qalasının ətrafında salınmışdır. Şəhərin qərb hissəsi isə Vestad adlanır. Sənaye ərazisi, Qlömdal muzeyi və Terningmuen hərbi bazası burada yerləşir. Həmçinin Elverum dəmir yolu stansiyası burada yerləşir; Rörösbanen və Solörbanen dəmir yolu xətləri bu stansiyada birləşir. Tarix Hərbi əlaqələr Nordik Yeddiillik müharibə (1563–1570) zamanı İsveç qoşunları Norveçə bir sıra ərazilərdən hücum etmiş, o cümlədən Österdalenə bir neçə dəfə daxil olmuşdular. 1563-cü ildə Norveç qoşunları İsveç ordusunun Elverum istiqamətində irəliləməsinin qarşısını aldılar. Elverum həm şimal–cənub, həm də şərq–qərb istiqamətində ticarət və səfər yollarının üzərində yerləşdiyinə görə strateji əhəmiyyət daşıyırdı. Möhkəmləndirmə işlərinə 1673-cü ildə Gyldenlöve müharibəsi zamanı Hammersberq skanse adı ilə başlanıldı. 1685-ci ildə Danimarka kralı V Kristianın iyunun 14-də Hammersberq skansesinə səfəri zamanı qala Kristiansfell qalası adlandırıldı. Qala Böyük Şimal müharibəsi zamanı qarnizonla təmin edilsə də, ərazi böyük döyüşlərdən kənarda qaldı. 1742-ci ildə Kristiansfell qalası bağlandı. Norveç piyada alaylarından biri olan Opplann alayı 1657-ci ildə yaradıldı və Elverum qarnizon şəhərinə çevrildi. Çayın şərqində yerləşən müasir Elverum ərazisi Leyret adlanır (hərf. "düşərgə") və bu ərazi köhnə Kristiansfell qalasının yanında yerləşir. Ərazi qala yaxınlığındakı düşərgədə məskunlaşan əsgərlər, tacirlər və sənətkarlar tərəfindən salınmışdır. 1878-ci ildə Elverumdakı Terningmuen Opplann alayının əsas bazasına çevrildi, 1896-cı ildə isə burada piyada qoşunları məktəbi yaradıldı. Opplann alayının XVII əsrdə İsveçlə aparılan müharibələrdən 1940-cı ildə Nasist Almaniyasının Norveçə hücumuna qədər uzanan tarixində döyüşlərdə cəsarətli iştirakı olmuşdur. Ümumi yenidənqurma çərçivəsində bölmə 2002-ci ildə ləğv edildi. Regional bazar Qammelbrua körpüsündən Qlömma çayının qərb sahilinin görünüşü Danimarka-Norveç dövründə Elverumda məhkəmə icraçısı,hakim, kilsə provostu və çoxsaylı hərbi zabitlər fəaliyyət göstərirdi. Elverum həmçinin mühüm bazar şəhərinə çevrilmişdi. 1570-ci ildə Hamar kilsəsi, Hamar şəhərində Yeddiillik müharibə zamanı İsveç ordusu tərəfindən yandırıldı, Hamarhus qalası isə dağıdıldı. Hamar şəhər statusunu itirdi və nəticədə Kristianiya ilə Tronheym arasında kjøpstad, yəni rəsmi bazar şəhəri qalmadı. Şərqi Norveçdə malların alınıb-satılması üçün təşkil olunmuş bazara ehtiyac yaranmışdı. Elverumdakı Qründet bazarı (Grundsetmart'n) bu ehtiyacı ödəmək üçün inkişaf etdi. Bazarın XVII əsrdə mövcud olduğu qeyd edilir. 1765-ci ildə Qaarder mülkünün sahibi kraldan Elverum yaşayış məntəqəsinin mərkəzindən altı mil şimalda yerləşən mülkündə bazar keçirmək üçün xüsusi imtiyaz aldı. 1767-ci ilə qədər bazar Norveçin ən böyük və ən məşhur bazarı kimi təsvir edilirdi. Mart ayının ilk həftəsində, təxminən 300 il ərzində, bölgənin sakinləri ticarət etmək və bayram keçirmək üçün burada toplaşırdılar. Gudbrandsdal, Oslo, Trönnelaq və İsveçdən gələn insanlar da müntəzəm olaraq Grundsetmart'n bazarına qatılırdılar. Dəmir yolunun və digər bazarların inkişafı nəticəsində Qründet bazarına ehtiyac qalmadı və bazar 1901-ci ildə fəaliyyətini dayandırdı. Elverum kilsəsi Elverum kilsəsi (Elverum kirke) xaçvari planlı kilsədir. Kilsə 1736-cı ildə tikilmiş və 1738-ci ildə istifadəyə verilmişdir. Taxtadan tikilmiş binada 700 oturacaq yeri var. Kilsə 1878-ci ildə memar Henrik Trap-Meyerin rəhbərliyi ilə əsaslı şəkildə dəyişdirilmişdir. 1937–1938-ci illərdə XVIII əsrə aid interyer bərpa edilmiş, pəncərələr və giriş qapıları ilkin formasına qaytarılmışdır. Mehrabın yarpaq motivli bəzəkləri tamamlanmış və qalereyalar yenidən qurulmuşdur. İdman Yerli həndbol klubu Elverum Handball Norveçin ən uğurlu komandalarından biridir. Həmçinin bax Tromsö Arendal Oslo İstinadlar


İstinadlar

Tarix : 30 sentyabr 2026