• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
elmir-memmedov

Elmir Məmmədov

Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub. 2004-2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil almışdır. 2015-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsilini başa vurmuşdur. Elmir Məmmədov Azərbaycan Ordusunun əsgəri olaraq, 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan Vətən müharibəsində iştirak etmişdir. O, sentyabrın 27-də şəhid olmuşdur. Cənazəsi Salyan rayonunun Xocalı kəndində dəfn edilmişdir. Ölümündən sonra, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda göstərdiyi igidlik və vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə Elmir Məmmədov "Vətən uğrunda" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Elmir Məmmədovun cəsarəti və vətənpərvərliyi, onun adını Azərbaycanın tarixində əbədiləşdirmişdir.


İstinadlar

Tarix : 29 noyabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.