• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
elfheim

Elfheim

Elfheim — Skandinav mifologiyasına görə, işıq elflərinin yaşadığı sehrli və gözəl bir dünya. Elfheim, İqqdrasil ağacının bir hissəsi olaraq təmsil olunan və müxtəlif dünyaların bir araya gəldiyi mifik sistemdə 9 dünyadan biri olaraq mühüm yer tutur. Elflər çox vaxt gözəl və zərif varlıqlar olaraq tanınır. Ümumi məlumat Elfheim, işıq elflərinin yaşadığı və öz gözəlliyi ilə məşhur olan bir yerdir. Bu dünya, Skandinav mitologiyasına görə İşıq Elfləri anlamına gələn Lyosalvar adlı varlıqların dünyasıdır. İşıq elfləri çox vaxt yaxşı niyyətli, gözəl və parlaq varlıqlar olaraq təsvir edilir. Onlar sənət, musiqi və təbiətin gözəlliklərinə böyük dəyər verirlər. İşıq elfleri, parlaq bir işıq və təbii gözəlliklərlə əhatə olunmuşdur. Onlar, təbiətlə həyatın harmoniya içində olmasına böyük önəm verirlər. İşıq Elflərinin Asqard ilə müttəfiq və dost olduqları vurğulanır. Elfheimin rəhbəri Freyr adlı tanrıdır. Skandinav mifologiyasında Freyr, Vanir tanrılarından biridir və xüsusilə sənət, təbiət, bolluq və sülh ilə əlaqələndirilir. O, həm də işıq elflerinin lideri hesab olunur. Freyr, Asqardın tanrıları ilə əlaqədə olan bir tanrıdır və onun rəhbərliyi altında işıq elfləri çox vaxt sakit və gözəl bir dünyada yaşayıblar. Elfheim Freyrin rəhbərliyi altında, digər dünyalarla müxtəlif əlaqələr qurub. Məsələn: Asqard (tanrıların dünyası): Elfheim və Asqard arasında yaxın əlaqələr mövcuddur. İşıq elfləri, Asqardın tanrıları ilə müttəfiqdirlər və onların gözəlliyini və ustalığını çox vaxt bəyənirlər. Asqardın tanrıları İşıq elflərini yüksək qiymətləndirirlər. Midqard (insanların dünyası): Midqard və Elfheim arasında da əlaqələr mövcuddur. İşıq elfləri bəzən insanlara kömək edirlər və onlara təbiətin və həyatın gözəlliklərini göstərirlər.


İstinadlar

Tarix : 9 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.