• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
elektron-kod-kitabi

Elektron kod kitabı

Elektron kod kitabı (ingiliscə Electronic Codebook, qısaca ECB) - Simmetrik şifrləmə alqoritmlərində istifadə olunan ən sadə şifrləmə rejimlərindən biri. Bu rejimdə, açıq mətnin hər bir blokunun şifrələnməsi müstəqil şəkildə həyata keçirilir. Hər bir blok əvvəlcədən müəyyən olunmuş şifrləmə alqoritması ilə şifrələnir və nəticədə eyni açıq mətn blokları üçün eyni şifrələnmiş bloklar əldə olunur. Tarix ECB rejimi 1970-ci illərdə ilk dəfə DES (Data Encryption Standard) alqoritmasında istifadə edilmişdir. Bu rejim sadə və başa düşülən olduğu üçün uzun müddət geniş istifadə olunmuşdur, lakin təhlükəsizlik məsələləri səbəbindən müasir dövrdə daha təhlükəsiz alternativlərə keçiş baş vermişdir. Xüsusiyyətlər ECB rejimi, şifrələmə prosesində bloklara bölünən məlumatı hər birini müstəqil şəkildə şifrələyir. Hər bir blokın uzunluğu şifrələmə alqoritmasında (məsələn, DES-də 64 bit, AES-də isə 128 bit) təyin olunur. Şifrələnmiş bloklar ardıcıl olaraq birləşdirilir və nəticə olaraq şifrələnmiş məlumat əldə olunur. Blokların ardıcıllığı, açıq mətnin sırası ilə eynidir. ECB rejimindəki ən böyük təhlükəsizlik problemi təkrarlanan məlumat blokları ilə bağlıdır. Eyni açıq mətn blokları eyni şifrələnmiş bloklara çevrilir, buna görə də, ECB şifrləməsi tətbiq olunan məlumatda müəyyən bir naxışın (pattern) müşahidə edilməsi mümkündür. Bu, xüsusilə təkrarlanan məlumatın və ya məlumatın strukturu haqqında ipucu verə bilər. Məsələn, bir şəkil və ya digər məlumat növlərindəki təkrarlanan naxışlar, ECB rejimi istifadə edildikdə görünə bilər. Alternativ olaraq təhlükəsizlik nöqteyi-nəzərindən, daha təhlükəsiz şifrləmə rejimlərindən biri olan Cipher Block Chaining (CBC) istifadə edilir. Hansı ki, bu rejimdə hər bir blok şifrələndikdə əvvəlki blokun şifrələnmiş nəticəsi ilə əlaqələndirilir. Bu, hər blok üçün unikal şifrələmə nəticələri təmin edir və təkrarlanan məlumat bloklarının şifrələnməsinin qarşısını alır. ECB şifrləmə rejimində, hər bir açıq mətn bloku müstəqil olaraq şifrələnir. Bu rejimdə məlumatın şifrələnməsi aşağıdakı kimi göstərilə bilər: 1. Açıq mətnin bloklara bölünməsi: Məlumat M, n uzunluğunda bloklara bölünür: M=(M_1,M_2,...M_n) Burada, M _i hər bir açıq mətn blokudur və uzunluğu alqoritmanın blok ölçüsünə (məsələn, DES-də 64 bit, AES-də 128 bit) bərabərdir. 2. Şifrləmə: Şifrələmə funksiyası E, hər bir açıq mətn blokunu şifrələyir: C_i=E(M_i, K) Burada, C_i şifrələnmiş blok, M _i açıq mətn bloku, K isə şifrələmə açarıdır. Hər bir blok müstəqil şəkildə şifrələndiyi üçün bu əməliyyat paralel olaraq həyata keçirilə bilər. 3. Şifrələnmiş məlumat: Şifrələnmiş məlumat C, ifrələnmiş blokların birləşməsindən ibarətdir: C=(C_1,C_2,...C_n) Beləliklə, ECB rejimi şifrələməsi üçün hər bir açıq mətn bloku müstəqil şəkildə şifrələnir və ardıcıl olaraq birləşdirilir. Deşifrləmə: ECB-də deşifrləmə də eyni şəkildə həyata keçirilir: M_i=D(C_i, K)


İstinadlar

Tarix : 13 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.