- Wikisun
Djursholm— İsveçin Stokholm qraflığında yerləşən Danderyd bələdiyyəsinin dörd şəhərətrafı rayonundan biri və bələdiyyənin inzibati mərkəzidir. Djursholm bir neçə bələdiyyənin ərazilərini əhatə edən Stokholm şəhər ərazisinə daxildir. Djursholm bir neçə hissəyə bölünür: şimal-qərbdə Djursholms Ekebi, şimal-şərqdə Svalnes, mərkəzdə Osbi, cənub-qərbdə Berqa və cənub-şərqdə Qamla Djursholm ("Köhnə Djursholm"). 1889-cu ildə salınmasından etibarən Djursholm əsasən geniş torpaq sahələrində yerləşən villalarla səciyyələnmişdir. Bununla belə, illər ərzində köhnə evlərə daha müasir villalar, şəhər mərkəzinə xas tikililər və çoxmənzilli binalardan ibarət kiçik yaşayış məhəllələri də əlavə edilmişdir. Yaşayış məntəqəsinin bir sıra hissələrində dövrün memarlığına xas tikililər qorunub saxlanılmışdır. Bu tikililərdə romantik millətçilik, neoklassisizm və funksionalizm kimi üslubların xüsusiyyətləri müşahidə olunur. Təxminən 9.300 nəfər əhalisi olan Djursholm İsveçin ən bahalı ünvanlarından bəzilərinin yerləşdiyi seçkin yaşayış məntəqəsi hesab olunur. Burada İsveçin maliyyə və biznes, akademik və mədəni həyatının bir sıra tanınmış nümayəndələri yaşamışdır. Tarixi Djursholm İsveçdə yaranmış ilk şəhərətrafı yaşayış məntəqələrindən biri olmuşdur. Onun şəhərətrafı yaşayış məntəqəsi kimi tarixi 1889-cu ildə Henrik Palmenin Djursholm AB şirkətini yaratması ilə başlamışdır. 1890-cı ildə Djursholmu Stokholmla birləşdirən dəmir yolu xətti — Djursholmsbanan istifadəyə verilmişdir. 1895-ci ildən xətt üzrə elektriklə işləyən şəhərətrafı qatarlar hərəkət etməyə başlamış, lakin ilkin dəmir yolu qolu 1975-ci ildə bağlanmışdır. Djursholm İsveçin ən varlı yaşayış məntəqəsidir və ölkədə daşınmaz əmlak qiymətlərinin ən yüksək olduğu ərazi hesab olunur. Yaşayış məntəqəsi dolama küçələr boyunca yerləşən və əksəriyyəti XIX əsrin sonu — XX əsrin əvvəllərində tikilmiş böyük villalardan ibarət bağ şəhəri kimi salınmışdır. Yarandığı ilk dövrlərdən etibarən dənizkənarı bu zərif yaşayış məhəlləsi çoxsaylı tanınmış alimləri, mədəniyyət xadimlərini və sənayeçiləri cəlb etmişdir. 1896-cı ildə Djursholm şəhəri. Djursholm 1901-ci ildə Danderyddən ayrılaraq müstəqil bələdiyyəyə çevrilmiş, 1914-cü ildə isə şəhər statusu almışdır (Djursholms stad). 1971-ci ildə indiki bələdiyyənin yaradılması zamanı Danderydlə yenidən birləşdirilmişdir. Statistik baxımdan Djursholm Stokholm şəhər ərazisinin tərkibindədir. Görməli yerlər Djursholm qalası — ilkin daş tikilinin XV əsrdə Nils Eskilsson Baner tərəfindən inşa edildiyi ehtimal olunur. Svante Qustavsson Baner XVI əsrdə qalanın indiki görkəminə uyğun yenidən qurulmasını sifariş etmişdir. Djursholm kapellası — 1902-ci ildə Fredrik Liljekvistin təşəbbüsü ilə tikilmişdir. O, həmçinin binanın memarı olmuşdur. Bəzəkli mehrab rəsmləri həmin dövrdə burada keşiş kimi fəaliyyət göstərən Natanael Beskova məxsusdur. Villa Pauli — Djursholmun mərkəzində Strandvegen küçəsində yerləşən böyük villadır. Bina Raqnar Ostberq tərəfindən layihələndirilmiş və 1907-ci ildə tamamlanmışdır. 1986-cı ildən Villa Pauli qourme restoranı, ziyafət salonu və oteli olan özəl klub kimi fəaliyyət göstərir. Germania çimərliyi — Djursholm və ətraf ərazilərin sakinləri arasında populyar olan qumlu çimərlikdir. Djursholmun mərkəzi küçələrindən ikisi olan Strandvegen və Germaniavegenin sonunda yerləşir. Qalereya Villa Pauli (Ragnar Ostberq) Villa Lagerkrantz (Elis Benkert) Villa Snellman (Qunnar Asplund) Qamla Djursholm (Karl Vestman) Prinsvillan (Qustav Hermansson) Villa Mittag-Leffler (Ferdinand Boberq) Villa Dehlin (Leoni Geizendorf) Viktor Rydbergs samskola (Georg A. Nilsson) Djursholm qalası (Qustav Baner) Villa Lorride (Ernst Lundrot) Djursholm kapellası (Fredrik Liljekvist) İstinadlar Xarici keçidlər Djursholmun tarixi (isveç dilində) — Stokholm Universitetində
https://az.wikipedia.org/wiki/Djursholm
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Djursholm¶ms=59_23_50_N_18_5_15_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=59.39722,18.08750&q=59.39722,18.08750&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=18.08750,59.39722&pt=18.08750,59.39722&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=59.39722&mlon=18.08750&zoom=12
http://journals.sagepub.com/doi/10.1177/17499755211053172
//doi.org/10.1177%2F17499755211053172
Tarix : 1 oktyabr 2026