• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
devkalion

Devkalion

Yunan mifologiyasında Devkalion və ya Deukalion (/dju:keɪli:ən/; qədim yunanca: Δευκαλίων τῆς Κρήτης) Krit kralı idi. O, Arqonavtlar arasında yer alır və Kalidon qabanının ovunda iştirak edən ovçulardan biri kimi göstərilir. Ailəsi Devkalion Minosun oğulları arasında yaşca ikinci idi. Onun anası ya Pasifaya, ya da Krit olmuşdur və buna görə Devkalion, Zevsun nəvəsi sayılırdı. Onun bacı-qardaşları Akakallis, Ariadna, Androgey, Ksenodike, Fedra, Qlavk və Katreus idi. Kleopatradan Devkalionun İdomeneus adlı oğlu dünyaya gəlmişdi. İdomeneus sonradan atasının yerinə keçdi və Troya müharibəsində Krit qoşunlarına rəhbərlik etdi. Devkalionun həmçinin Krit adlı qızı və nikahdankənar Molus adlı oğlu var idi. Diodorun rəvayətində isə Devkalion və Molus qardaş, İdomeneus və Merion isə onların oğulları kimi təqdim olunur və bu iki şəxs Kritlilərə Troya yürüşündə rəhbərlik edir. «Deyirlər ki, Minosun oğulları Devkalion və Molus idi. Devkalionun İdomeneus, Molusun isə Merion adlı oğlu oldu. Bu iki şəxs Aqamemnonun İliuma yürüşünə doxsan gəmi ilə qoşuldu...» Mifologiya Teseyin Kritdə olması Rəvayətə görə, Tesey Kritdən ayrılmaq üzrə olarkən Labirintin girişində Kritlilərlə döyüşdü və Devkalionu onun mühafizəçiləri ilə birlikdə öldürdü. «Minosun afinalılarla düşmən münasibətdə olan oğlu Devkalion onlardan Dedalı ona təhvil vermələrini tələb etdi və bundan imtina edəcəkləri təqdirdə Minosun onlardan girov götürdüyü gənci öldürməklə hədələdi. Tesey isə qohumu və əmisi oğlu olan Dedalı təhvil verməkdən imtina edərək ona yumşaq cavab verdi... Daha sonra onlar Labirintin girişində döyüşə girdilər və Tesey Devkalionu və onun mühafizəçilərini öldürdü.» Devkalionla Tesey arasındakı münasibətə dair başqa bir mənbədə fərqli məlumat verilir: «O, Kritin hökmdarı olduğu zaman afinalılarla ittifaq qurdu və öz bacısı Fedranı Teseylə evləndirdi.» Odisseyin yalanı Odissey arvadı ilə danışarkən, özünü ikinci oğlu Eton kimi təqdim edir. Etonun həqiqətən Devkalionun oğlu olub-olmadığı, yoxsa müharibə zamanı İdomeneusun yerinə ölkəni idarə etmək üçün Kritdə qaldığı, yaxud Odissey tərəfindən uydurulduğu aydın deyil. Qeydlər İstinadlar Apollodor, The Library with an English Translation by Sir James George Frazer, F.B.A., F.R.S., in 2 Volumes, Cambridge, MA, Harvard University Press; London, William Heinemann Ltd. 1921. ISBN 0-674-99135-4. Online version at the Perseus Digital Library. Greek text available from the same website. Sikeliot Diodor, The Library of History translated by Charles Henry Oldfather. Twelve volumes. Loeb Classical Library. Cambridge, Massachusetts: Harvard University Press; London: William Heinemann, Ltd. 1989. Vol. 3. Books 4.59–8. Online version at Bill Thayer's Web Site Diodorus Siculus, Bibliotheca Historica. Vol 1–2. Immanel Bekker. Ludwig Dindorf. Friedrich Vogel. in aedibus B. G. Teubneri. Leipzig. 1888–1890. Greek text available at the Perseus Digital Library. Gaius Julius Hyginus, Fabulae from The Myths of Hyginus translated and edited by Mary Grant. University of Kansas Publications in Humanistic Studies. Online version at the Topos Text Project. Lucius Mestrius Plutarchus, Lives with an English Translation by Bernadotte Perrin. Cambridge, MA. Harvard University Press. London. William Heinemann Ltd. 1914. 1. Online version at the Perseus Digital Library. Greek text available at the Perseus Digital Library. Smith, William, Dictionary of Greek and Roman Biography and Mythology, London (1873). "Deuca'lion" 2.


İstinadlar

Tarix : 7 sentyabr 2026