- Wikisun
Dərincə — Türkiyənin Kocaeli vilayətində yerləşən dəniz limanı, bələdiyyə və rayondur. Rayonun sahəsi 198 km², əhalisi isə 2022-ci ildə 146.374 nəfər olmuşdur. Bələdiyyə sədri Cümhuriyyət Xalq Partiyasından Sertif Gökçedir. Dərincə limanı Türkiyədə dövlət nəzarətində olan azsaylı limanlardan biridir. Liman Türkiyə Dövlət Dəmir Yolları (TCDD) tərəfindən idarə olunur. Limanın regiondakı ən böyük anbar sahələrindən birinə malik olması hazır avtomobillərin daşınmasında geniş istifadə edilməsinə imkan verir. Dərincə regionda dəmir yolu bağlantısı olan azsaylı limanlardan biridir və limanın daxilində ən uzun dəmir yolu şəbəkəsinə malikdir. Limandan iki dəmir yolu-bərə xidməti fəaliyyət göstərir: TCDD tərəfindən istismar olunan Tekirdağ–Dərincə xətti və Bati Wagon tərəfindən istismar olunan Dərincə–Çornomorsk/Poti xətti. Dərincə limanı Türkiyə Özəlləşdirmə İdarəsinin özəlləşdirmə siyahısına daxil edilmişdir. Özəlləşdirmə prosesi 2013-cü ilin oktyabrında yenidən başladılmışdır. Limanın idarə olunması üçün altı şirkət təklif vermiş, lakin onların heç biri açıq hərracda iştirakını davam etdirmədiyinə görə tender ləğv edilmişdir. Məhəllələri Dərincə rayonunun tərkibində 17 məhəllə vardır: Çavuşlu Çenedağ Çınarlı Deniz Dumlupınar Fatih Sultan Geredeli İbni Sina Karagöllü Kaşıkçı Mersincik Sırrıpaşa Tahtalı Terziler Toylar Yavuzsultan Yenikent Qardaş şəhərlər Dərincə aşağıdakı şəhərlərlə qardaş şəhər münasibətlərinə malikdir: Cənubi Koreya Dequ, Cənubi Koreya Argentina Formosa, Argentina Ukrayna Yevpatoriya, Ukrayna İstinadlar ↑ Büyükşehir İlçe Belediyesi, Türkiyə Mülki İdarəetmə Bölmələri İnventarı. ↑ "İl ve İlçe Yüz ölçümleri". General Directorate of Mapping. ↑ "Address-based population registration system (ADNKS) results dated 31 December 2022, Favorite Reports" (XLS) (ingilis). TÜİK. ↑ "Derince Port". TCDD. 24 may 2013 tarixində orijinalından arxivləşdirilib. ↑ Uysal, Onur. "Railway Connected Ports of Turkey". Rail Turkey. 12 fevral 2014. ↑ "Derince Port". Turkish Privatization Agency. ↑ Uysal, Onur. "Derince Port to be Privatized". Rail Turkey. 7 oktyabr 2013. ↑ Uysal, Onur. "Who Will Operate Derince Port". Rail Turkey. 20 yanvar 2014. ↑ Mahalle, Türkiyə Mülki İdarəetmə Bölmələri İnventarı.
https://az.wikipedia.org/wiki/D%C9%99rinc%C9%99
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=D%C9%99rinc%C9%99¶ms=40_45_14_N_29_49_23_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=40.75389,29.82306&q=40.75389,29.82306&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=29.82306,40.75389&pt=29.82306,40.75389&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=40.75389&mlon=29.82306&zoom=12
https://www.tff.org/default.aspx?pageID=1000
https://www.e-icisleri.gov.tr/Anasayfa/MulkiIdariBolumleri.aspx
Tarix : 8 oktyabr 2026