- Wikisun
Darmştadt Madonnası (həmçinin Yakob Meyer zum Hasenin Madonnası kimi tanınır) alman-isveçrəli rəssam Hans Holbeyn (kiçik) tərəfindən çəkilmiş yağlı boya əsəridir. Təxminən 1526–1530-cu illərdə Bazeldə tamamlanan əsərdə, Bazel şəhərinin burqomistri Yakob Meyer zum Hasen, onun əvvəllər vəfat etmiş birinci həyat yoldaşı, hazırkı həyat yoldaşı və qızı Madonna və körpə İsanın ətrafında təsvir edilmişdir. Sol tərəfdəki (Madonnanın sağ tərəfində) digər iki kişi fiqurunun mənası, əsərin ümumi ikonografiyası kimi, tam aydın deyil. Franni Moyl yazır ki, Madonnanın sağ tərəfindəki kişi Meyer, “oğlan və körpə isə Meyerin vəfat etmiş iki oğlunun təsviri ola bilər”. Əsər dini baxışlarında qətiyyətli katolik olan və Reformasiyaya fəal şəkildə qarşı çıxan burqomistrin imanını nümayiş etdirirdi. Holbeynin Darmştadt Madonnası əsəri İtaliya İntibahı dövrünün dini rəngkarlığının təsiri ilə yaradılmışdır. Franni Moylun fikrincə, əsərə Andrea Mantenyanın 1496-cı ildə çəkdiyi Madonna della Vittoria əsəri təsir etmiş və iki əsərin "perspektiv yanaşması ... demək olar ki, eynidir". Darmştadt Madonnasında Niderland portret rəngkarlığının elementləri də ola bilər. Əvvəllər Darmştadt şəhərində saxlanıldığı üçün bu adı alan əsər 2004–2011-ci illərdə Frankfurt-Mayn şəhərindəki Städelsches Kunstinstituta müvəqqəti olaraq verilmişdi. 2012-ci ildə rəsm Şvabiş-Hall şəhərindəki Johanniterkirchedə Würth Kolleksiyasının Qədim ustalara həsr olunmuş daimi sərgisinin bir hissəsi kimi nümayiş etdirilməyə başlandı. Həmçinin bax Ən bahalı rəsm əsərlərinin siyahısı İstinadlar Əlavə ədəbiyyat Hans Holbeins Madonna im Städel. Der Bürgermeister, sein Maler und seine Familie. Sərgi kataloqu, Petersberg, 2004, ISBN 3-937251-24-3. Oskar Bätschmann, Pascal Griener: Hans Holbein d. J. Die Darmstädter Madonna. Original gegen Fälschung. Fischer, Frankfurt, 1998. Christl Auge: Zur Deutung der Darmstädter Madonna. Lang, Frankfurt am Main, 1993. Günter Qrundman: Die Darmstädter Madonna. Eduard Roether, Darmstadt, 1959. Theodor Gaedertz: Hans Holbein der Jüngere und seine Madonna des Bürgermeisters Meyer. Mit den Abbildungen der Darmstädter und der Dresdener Madonna. Bolhoevener, Lübek, 1872. Gustav Theodor Fechner: Ueber die Aechtheitsfrage der Holbein’schen Madonna: Discussion und Acten. Breitkopf & Härtel, Leypsiq, 1871. Dr. Georg Haupt: Der Darmstadter Museumsstreit. Eine Verteidigungsschrift, Yena, Diederichs, 1904.
https://az.wikipedia.org/wiki/Darm%C5%9Ftadt_Madonnas%C4%B1
https://www.bbc.co.uk/programmes/articles/4Sh830CWkx8sbgHxt5kGHx0/dark-arts-holbein-and-the-court-of-henry-viii
http://www.worldcat.org/oclc/3502208
//www.worldcat.org/oclc/937724886
//www.worldcat.org/oclc/778160061
https://www.faz.net/aktuell/rhein-main/kultur/meisterwerk-der-renaissance-die-madonna-von-hans-holbein-16880575.html
//www.worldcat.org/issn/0174-4909
Tarix : 10 sentyabr 2026