• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
daniel-ek

Daniel Ek

Daniel Georg Ek - İsveçli iş adamı və texnoloq. O, "Spotify" musiqi axını xidmətinin həmtəsisçisi və baş icraçı direktorudur. 2024-cü ilin may ayına olan məlumata görə, onun sərvəti Forbes tərəfindən 4,8 milyard dollar olaraq qiymətləndirilib. Erkən həyatı Ek 21 fevral 1983-cü ildə Stokholmun Rågsved adlı bölgəsində böyüyüb. O, 2002-ci ildə orta məktəbi bitirib və sonra KTH Kral Texnologiya İnstitutunda mühəndislik təhsili alıb. Bir müddət sonra isə o, bütün diqqətini İT karyerasına yönəltmək üçün təhsilini yarımçıq qoyub. Karyerası Ek 2006-cı ildə auksion şirkəti "Tradera"da baş rola sahib idi. O, həmçinin brauzerə əsaslanan oyun və moda icması "Stardoll"un texniki direktoru idi və daha sonra onlayn reklam şirkəti olan "Advertigo"da işə başladı. "Advertigo" 2006-cı ildə "TradeDoubler"ə satıldı, bundan sonra Ek qısa müddət ərzində "μTorrent"in direktoru oldu və "μTorrent" 2006-cı ilin dekabrında "BitTorrent"ə satılana qədər "μTorrent"in qurucusu Ludvig Strigeus ilə birgə işlədi. "Spotify" Ek 2008-ci ilin oktyabr ayında şirkət "Spotify" qanuni musiqi axını xidmətini işə saldı. Əvvəlcə, Spotify "peer-to-peer" paylama modelində işləyirdi, lakin 2014-cü ildə server-müştəri modelinə keçdi. 2019-cu ilin aprel ayına olan məlumata görə, "Spotify"ın 217 milyon aktiv istifadəçisi var və 2017-ci ilin iyun ayına olan məlumata görə, vençur maliyyələşdirməsi üçün 2,5 milyard dollardan çox vəsait toplayıb. 2017-ci ildə Ek "Billboard" tərəfindən musiqi sənayesinin ən güclü insanı seçildi. Şəxsi həyatı 2016-cı ildə Ek Sofiya Levanderlə evləndi. Hazırda 2 qızı var. Ek Arsenal tərəfdarıdır və o hətta satışa çıxarılarsa, futbol klubunu almaqda maraqlı olduğunu bildirib. 2021-ci ilin may ayında Ek, klubu təxminən 1,8 milyard funt-sterlinqə almağı təklifi edib, lakin bu təklif klubun sahibləri tərəfindən rədd edilib.


İstinadlar

Tarix : 28 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.