- Wikisun
Dame Ketrin En Kukson (qızlıq soyadı MakMallen; 20 iyun 1906 – 11 iyun 1998) - Britaniyalı yazıçı. Ümumi məlumat O, 100 milyondan çox satışla, ən çox oxunan 20 britaniyalı roman yazarı sırasındadır, buna baxmayaraq məşhur yazıçılar dünyasında nisbətən az tanınırdı. Öz adı və ya digər iki təxəllüsü ilə yazılmış 104 başlıqla o, ən məhsuldar britaniyalı yazıçılardan biridir. Erkən həyatı Ketrin En Devis kimi qeydiyyatdan keçmiş Kukson, 20 iyun 1906-cı ildə İngiltərənin Darem Kontluğu, Saut Şilds, Tayn Dokdakı 5 Leam Leyndə anadan olub. Uşaq ikən "Keyti" kimi tanınırdı. O, ən tanınmış romanlarından biri olan "On beş küçə"nin məkanı olacaq İst Carroua köçdü. Alkoqolik Keyt Fausettin qeyri-qanuni övladı olan o, nənə və babası Rouz və Con MakMllen tərəfindən böyüdüldüyü üçün subay anasının, bacısı olduğunu düşünürdü. O, 14 yaşında məktəbi tərk etdi və bir müddət ev xidmətində çalışdıqdan sonra Saut Şildsdəki "Harton İş Evi"ndə camaşırxana işinə düzəldi. 1929-cu ildə o, cənuba köçdü və "Hestinqs İş Evi"ndə camaşırxanaya rəhbərlik etməyə başladı. 1940-cı ilin iyununda, 34 yaşında, o, "Hestinqs Qrammatika Məktəbi"ndə müəllim olan Tom Kukson ilə evləndi. Hamiləliyin gec mərhələsində dörd dəfə uşaq saldıqdan sonra, onun nadir bir damar xəstəliyinə, telangiektaziya xəstəliyinə tutulduğu aşkar edildi ki, bu da burun, barmaqlar və mədədən qanaxmaya səbəb olur və anemiya ilə nəticələnirdi. Uşaq salmalarından sonra psixi sarsıntı keçirdi və bundan sağalmaq üçün on il lazım oldu. Karyerası O, depressiyası ilə mübarizə aparmaq üçün bir növ terapiya kimi yazmağa başladı və "Hestinqs Yazıçılar Qrupu"nun təsisçi üzvü oldu. Onun ilk romanı "Keyt Hanniqan" 1950-ci ildə nəşr olundu. Baxmayaraq ki, bu roman "romantik roman" kimi etiketlənmişdi, o, bu stereotipdən narazılığını ifadə etdi. Onun kitabları, dediyi kimi, tanıdığı insanlar və şərait haqqında tarixi romanlar idi. Kuksonun London ədəbi dairəsi ilə az əlaqəsi var idi. Kukson təxminən 100 kitab yazdı ki, bu kitabların 123 milyondan çox nüsxəsi satıldı və romanları ən azı 20 dilə tərcümə edildi. O, həmçinin Ketrin Marçant və uşaqlıq adından yaranan Keyti MakMllen təxəllüsləri ilə də kitablar yazdı. O, 17 il ərzində Böyük Britaniyadakı ictimai kitabxanalardan ən çox borc alınan müəllif olaraq qaldı və ölümündən dörd il sonra, 2002-ci ildə bu yeri Dame Jaklin Uilsona uduzdu. Kitablar filmdə, televiziyada və səhnədə Kuksonun bir çox romanı filmə, radioya və səhnəyə uyğunlaşdırılıb. Onun əsərinin ilk film adaptasiyası, onun "Böyük bir adam" kitabı əsasında Roy Vard Beykerin rejissorluğu ilə 1956-cı ildə çəkilən "Jaklin" filmi olub. Bundan sonra, onun "Runi" kitabı əsasında Corc Pollokun rejissorluğu ilə 1958-ci ildə çəkilən "Runi" filmi gəldi. Hər iki filmdə də Con Qreqson rol alıb. Kommersiya səbəblərinə görə, hər iki filmin də hadisələri Saut Şildsdən İrlandiyaya köçürülüb. 1983-cü ildə "Keyti Mulholland" bəstəkar Erik Boswell və yazıçı-rejissor Ken Hill tərəfindən səhnə müziklinə uyğunlaşdırıldı. Kukson premyerada iştirak etdi. Lakin, onun ən böyük media uğuru televiziyada oldu, on il ərzində "ITV"-də nümayiş olunan və böyük reytinqlər qazanan bir sıra dramlarla yadda qalıb. 1989-cu ildən 2001-ci ilə qədər on səkkiz kitab ,televiziya üçün uyğunlaşdırıldı. Onların hamısı 1988-ci ildə Kukson tərəfindən əsərlərini ekrana gətirmək üçün icazə verilən "Festival Film & TV"-dən Rey Marşall tərəfindən istehsal olunmuşdur. Şon Bin və Oven Tilin baş rollarda oynadığı ilk film "On beş küçə" 1990-cı ildə "Emmi" mükafatına namizəd göstərildi. İkinci istehsal olan "Qara məxmər don" 1991-ci ildə "Ən Yaxşı Dram" üçün" Beynəlxalq Emmi" mükafatını qazandı. Mini seriallar müntəzəm olaraq 10 milyondan çox tamaşaçı cəlb edirdi və hələ də Böyük Britaniyada "Dram" və "Yesterday" kanallarında nümayiş olunur. Xeyriyyəçilik 1985-ci ildə Kukson "Nyukasl Universiteti"nə 800.000 funt sterlinqdən çox vəsait ayırmağa söz verdi. Minnatdarlıq əlaməti olaraq, universitet hematologiya üzrə mühazirə kursu təsis etdi. Təxminən 40.000 funt sterlinq, qanaxma pozğunluqlarını müalicə etməyə kömək etmək üçünverildi və 50.000 funt sterlinq uşaqlarda karlığın aşkarlanmasına xüsusi diqqət yetirməklə qulaq, burun və boğaz tədqiqatları üzrə yeni bir vəzifə yaratmaq üçün ayrıldı. O, artıq universitetin "Hatton Qalereyası"na 20.000 funt sterlinq və kitabxanasına 32.000 funt sterlinq vermişdi. Bu səxavətinə görə, universitetin tibb fakültəsindəki bir binaya onun adı verilib. Onun fondu Böyük Britaniyada layiqli işlərə, xüsusən də gənclərə xidmət göstərənlərə və "Tynsayd" kinoteatrı kimi mədəni təşəbbüslərə ianələr verməyə davam edir. Fəxri adlar O, 1985-ci ildə "Britaniya İmperiyası Ordeni", 1993-cü ildə isə" Britaniya İmperiyası Ordeninin Dame Komandiri" adına layiq görülüb. Kukson "Saut Taynsayd Borosunun Azadlığı" və Nyukasl Universiteti"ndən fəxri dərəcə alıb. Böyük Britaniyanın "Variety Klubu" onu "İlin Yazıçısı" adlandırıb və o, "Şimal-Şərqin Ən Tanınmış Şəxsiyyəti" seçilib.
https://en.wikipedia.org/wiki/Catherine_Cookson
https://www.simonandschuster.com/authors/Catherine-Cookson/265
http://authorscalendar.info/cookson.htm
https://hastingshistory.net/features/catherine-cookson-her-life-and-husband
https://www.visitsouthtyneside.co.uk/article/12722/Catherine-Cookson
https://deborahsiddoway.com/2020/08/02/catherine-cookson-a-review-of-the-biography-of-her-life/
https://www.penguin.co.uk/authors/177051/catherine-cookson
Tarix : 18 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.