- Wikisun
Çoxaldılmış ikili ofset daşıyıcılar (ingiliscə Multiplexed Binary Offset Carrier,qısaca MBOC) - Peyk naviqasiya sistemlərində (ingiliscə Global Navigation Satellite Systems, qısaca GNSS) daha dəqiq siqnal ötürümü və qəbuluna imkan yaradan modulyasiya metodu. Mahiyyəti Bu texnologiya, peyk siqnallarının spektral effektivliyini artırmaqla yanaşı, müdaxilələri azaltmaq və daha stabil əlaqə yaratmaq üçün təkmilləşdirilmişdir. MBOC siqnalı, çoxaldılmış siqnal formatı sayəsində daha geniş bir spektr boyunca enerji yayılmasını təmin edir. MBOC texnologiyası əsasən peyk naviqasiya sistemlərinin (GPS və Galileo) yeni nəsil siqnallarında istifadə edilir. MBOC-un GNSS sahəsində istifadəsi, şəxsi naviqasiya cihazlarından aviasiya tətbiqlərinə kimi geniş çərçivəni əhatə edir. MBOC-un məhdudiyyətləri üçün kompleks avadanlıq tələb olunmasını və ilkin mərhələdə GNSS sistemləri arasındakı uyğunluq problemlərini qeyd etmək olar. Tarix MBOC modulyasiya texnologiyası, 2004-cü ildə Avropanın Galileo və Amerikanın GPS sistemlərinin yeni nəsil peyk naviqasiya siqnallarını daha dəqiq və səmərəli hala gətirmək üçün birgə işi olaraq yaradılmışdır. Bu texnologiya, GPS-in L1C siqnalı və Galileo-nun E1 siqnalı üzərində istifadə olunmaq üçün dizayn edilmişdir. MBOC-un yaradılmasının əsas məqsədi GNSS siqnalları arasında əlaqəni daha effektiv şəkildə optimallaşdırmaq olub. MBOC siqnalının texniki quruluşu Binary Offset Carrier (BOC) texnologiyasını əsas alır, lakin bu siqnal modulyasiyasını daha da genişləndirir. MBOC, iki əsas komponentin birləşdirilməsi ilə yaranır: - BOC siqnalı - Sinxronizasiya komponenti Riyazi ifadəsi: S_MBOC(t)=√β+S_BOC(t)+√(1-β)*S_sin(t) Burada S_MBOC(t)-Binary Offset Carrier siqnalı, S_sin(t)-sinxronizasiya siqnalı, β-enerji paylanması parametridir (0≤β≤ 1).
https://en.wikipedia.org/wiki/Multiplexed_binary_offset_carrier
https://gssc.esa.int/navipedia/index.php/MBOC_Modulation
https://en.wikipedia.org/wiki/Binary_offset_carrier_modulation
https://patents.google.com/patent/US20100284440A1/en
https://patents.google.com/patent/CN103424754A/en
https://telecomtrainingpro.com/what-is-tmboc-time-multiplexed-binary-offset-carrier/
https://www.ion.org/publications/abstract.cfm?articleID=16734
https://www.gpsworld.com/innovation-mboc-signal-options-11721/
https://navi.ion.org/content/71/2/navi.640
https://insidegnss.com/galileo-svs-test-dummy-mboc-signal-in-space/
https://www.scribd.com/presentation/98810397/Binary-Offset-Carrier
https://satellite-navigation.springeropen.com/articles/10.1186/s43020-024-00142-9
https://www.semanticscholar.org/paper/Correlation-properties-of-Multiplexed-Binary-Offset-Lohan-Renfors/900aef25639375f3e387680a86224fb75ca8a665
Tarix : 13 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.