- Wikisun
"Cheer" qırqovulu (Catreus wallichii)-həmçinin "Vallix" qırqovulu kimi tanınan, "Phasianidae" fəsiləsinin məhdudlaşmış növü. Təsvir Bu quşlar digər qırqovullardan fərqli olaraq, parlaq rənglərə malik deyil, onların lələkləri boz-qəhvəyi rəngdədir və uzun boz kəkilliə malikdir. Uzun quyruğunda 18 lələk var, mərkəzi quyruq lələkləri daha uzun və əsasən boz və qəhvəyi rəngdədir. Dişi fərdlər ümumi ölçüdə bir qədər kiçikdir. Davranış və ekologiya Erkək fərdlər monoqamdır. Onlar yay aylarında dik qayalıqlarda çoxalır və bir dəfəyə 10-11 yumurta qoyur. Üst "Beas" vadisi üzrə aparılan tədqiqatlarda "Cheer" qırqovulunun insan fəaliyyətinə həssas olduğu müəyyən edilmişdir. Yaşayış yeri və yayılması "Cheer" qırqovulu Hindistan, Nepal və Pakistanın Himalay regionunun yüksək dağlıq və kolluqlu ərazilərində yayılmışdır. Onlar əsasən qərbi Nepal, Uttarakhand (Kumaon və Qarhval), Himaçal Pradeş (Şimla, Kullu və Çamba) və Hindistanın şimal-qərbindəki Cammu və Kəşmir, həmçinin Pakistanın şimalında Xəyybər-Paxtunxva əyalətinin Həzara bölgəsində tapılır. 1981 və 2003-cü illərdə qərbi Nepalin Dhorpatan ərazisində aparılan araşdırmalar 70 çağırış məntəqəsi müəyyən etmişdir ki, bu da bu ərazidə təxminən 200 quşun mövcud olduğunu göstərir. 2010-cu ildə Himaçal Pradeşin Kullu rayonunda aparılan başqa bir araşdırmada isə 21 çağırış məntəqəsi aşkar edilmişdir. Bu quşlar əsasən 6000 futdan yüksək və yay aylarında 10000 futadək yüksəklikdə tapılır. Status və qorunma Davam edən məskunlaşma sahələrinin itirilməsi, kiçik populyasiya ölçüsü və bəzi ərazilərdə ovlanma səbəbindən, "Cheer" qırqovulu "Beynəlxalq Təbiəti Qoruma Birliyi"nin (IUCN) "Təhlükəli Növlərin Qırmızı Siyahısı"nda "məhdudlaşmış" kimi qiymətləndirilir. Bu növ "CITES"in "1-ci Əlavə siyahısı"na da, daxil edilmişdir. Pakistanda əsir şəraitində yetişdirilən "Cheer" qırqovulunun təbiətə qaytarılması cəhdləri uğursuz olmuşdur.
https://en.wikipedia.org/wiki/Cheer_pheasant
https://ebird.org/species/chephe1
https://datazone.birdlife.org/species/factsheet/cheer-pheasant-catreus-wallichii
https://xeno-canto.org/species/catreus-wallichii
https://birdsoftheworld.org/bow/species/chephe1/cur/introduction
https://www.inaturalist.org/taxa/144430-Catreus-wallichii
https://animalia.bio/cheer-pheasant
https://dnpwc.gov.np/en/species-detail/48/
https://birdsoftheworld.org/bow/species/chephe1/cur/introduction?lang=es
Tarix : 21 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.