• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
ceyms-brendan-paterson-yazici

Ceyms Brendan Paterson (yazıçı)

Ceyms Brendan Paterson (22 mart 1947-ci il təvəllüdlü) - Amerikalı məşhur yazıçı. Populyarlığı Onun əsərləri arasında "Aleks Kross", "Maykl Bennet", "Qadınların Qətl Klubu", "Maksimum Sürüş", "Daniel X", "NYPD Red", "Cadugər və Sehrbaz", "Şəxsi" və "Orta Məktəb" seriyaları, eləcə də, bir çox müstəqil triller, qeyri-bədii və romantik romanlar var. Patersonun kitabları 425 milyondan çox nüsxədə satılıb və o, bir milyon e-kitab satmış ilk insan olub. 2016-cı ildə Patterson, 95 milyon dollar gəliri ilə üçüncü il ardıcıl olaraq "Forbes"in ən çox qazanan müəlliflər siyahısında zirvədə qərarlaşıb. Onun on il ərzindəki ümumi gəliri 700 milyon dollar olaraq qiymətləndirilir. 2015-ci ilin noyabrında Paterson "Milli Kitab Fondu"nun "Literarian" mükafatını aldı. O, savadlılığı təşviq etmək üçün müxtəlif universitetlərə, müəllim kolleclərinə, müstəqil kitab mağazalarına, məktəb kitabxanalarına və kollec tələbələrinə milyonlarla dollar qrant və təqaüd bağışlayıb. Erkən həyatı Ceyms Paterson 22 mart 1947-ci ildə Nyu-Yorkun Nyuberq şəhərində, evdar qadın və müəllim olan İzabel (qızlıq soyadı Morris) və sığorta makleri Çarlz Patersonun ailəsində anadan olub. Ailə fəhlə sinfinə mənsub idi və İrland əsillidir. Paterson "Manhetten Universiteti"ndən ingilis dili üzrə bakalavr və "Vanderbilt Universiteti"ndən ingilis dili üzrə magistr dərəcəsini almışdır. Karyera Paterson "Vanderbilt"də doktorantura namizədi olarkən "J. Walter Thompson"da reklam meneceri vəzifəsinə qəbul edildi. Patterson 1996-cı ildə reklam işindən təqaüdə çıxdıqdan sonra bütün vaxtını yazıya həsr etdi. Paterson daha sonra bildirib ki, onun ən böyük təsiri, yəqin ki, Evan S. Konnelin 1959-cu ildəki ilk romanı "Mrs. Bridge" olub. 1976-cı ildə Patterson ilk romanı "The Thomas Berryman Number"ı nəşr etdi. "Vaşinqton D.C. Metropoliten Polisi" və "Federal Təhqiqatlar Bürosu"nda işləmiş, hazırda xüsusi psixoloq və hökumət məsləhətçisi kimi çalışan Aleks Kross personajını əks etdirən romanlar onun ən populyar və 2010-cu illərin ən çox satılan ABŞ detektiv seriyasıdır. Paterson 1976-cı ildən bəri 200-dən çox roman yazıb. Petersonun 114-dən çox "New York Times" ən çox satan romanı olub və o, tək bir müəllif tərəfindən ən çox #1 "New York Times" bestselleri - 67 - rekordunu tutur ki, bu da həm də "Ginnes Dünya Rekordu"dur. Onun romanları ABŞ-da satılan hər 17 sərt üzlü romanın təxminən 6%-ni təşkil edir. 2010-cu ilin məlumatına görə, Patersonun romanları son illərdə Stiven Kinq, Con Qrişem və Den Braunın birlikdə satılan nüsxələrindən, daha çox satılıb. Onun kitabları dünya üzrə təxminən 305 milyon nüsxədə satılıb. 2008-ci ildə Patterson, Böyük Britaniya kitabxanalarında ən çox borc alınan müəllif kimi Jaklin Vilsonu əvəz etdi. O, bu vəzifəni ən azı 2013-cü ilə qədər saxladı. 2018-ci ildə Paterson, "James Patterson's Murder Is Forever" adlı həqiqi cinayət televiziya serialı üzərində "Stiven David Entertainment" ilə işlədi. Mükafatlar Patersonun mükafatları arasında "Edqar Mükafatı", "BCA Mystery Guild"-in "İlin Trilleri", "İlin Beynəlxalq Trilleri" mükafatı və "İlin Müəllifi" üçün "Uşaqların Seçimi Kitab Mükafatı" var. O, eyni zamanda "The New York Times"ın böyüklər və uşaqlar üçün ən çox satanlar siyahısında eyni anda 1 nömrəli yeni başlıqlara sahib olan və eyni anda "NovelTrackr"-in top-on siyahısında iki kitabı olan ilk müəllifdir. 2019-cu ildə Paterson "Milli Humanitar Medalı"na layiq görüldü. O, "The Simpsons" cizgi serialında ("Yokel Chords" epizodunda) və "Castle"ın müxtəlif epizodlarında özü kimi görünüb. Paterson, J.D. Barker, Kandis Foks, Maksin Paetro, Endryu Qros, Mark Sullivan, Aşvin Sanqi və Peter de Yonq kimi müxtəlif həmmüəlliflərlə işləyir. 2017-ci ilin mayında Patersonun ABŞ-ın keçmiş prezidenti Bill Klinton ilə birlikdə cinayət fantastika kitabı yazacağı elan edildi. Paterson, "The President Is Missing" romanının yalnız ABŞ-ın keçmiş prezidentinin təklif edə biləcəyi detallar səviyyəsini təmin edəcəyini söylədi. Paterson tez-tez başqaları ilə əməkdaşlıq etməyin hekayələrinə yeni və maraqlı ideyalar gətirdiyini söyləyirdi. Öz prosesi haqqında Paterson, sadəcə olaraq cümlə-cümlə yazmaqdansa süjetlər uydurmaqda daha mahir olduğunu söylədi. 2009-cu ilin sentyabrında Paterson, 2012-ci ilin sonuna qədər böyüklər üçün 11 kitab və yeniyetmələr üçün altı kitab yazmaq və ya həmmüəllif olmaq üçün müqavilə imzaladı. "Forbes" müqavilənin ən azı 150 milyon dollar dəyərində olduğunu bildirdi, lakin Patersonun sözlərinə görə, qiymətləndirmə qeyri-dəqiq idi.


İstinadlar

Tarix : 21 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.