- Wikisun
Çexoslovakiya Qurd İti - Çexoslovakiyada aparılan təcrübə nəticəsində yaranan qurd iti cinsi. Bu cins 1982-ci ilə qədər "Wolfdog" adı ilə tanınıb. Sonaradan daha çox "Çexslovakiya Vrçakı" adlandırılıb. İlk mərhələdə alman çoban iti ilə Karpat boz canavarlarının cütləşdirilməsindən, alman çoban itinin xarakteri, zehniyyəti və təlim qabiliyyətini, Karpat canavarının gücünü, fiziki quruluşunu və dözümlülüyünü birləşdirən bir cins yaratmaq məqsədi qoyulmuşdu. Cins əvvəllər sərhəd patrul itləri kimi istifadə edilsə də, sonralar Avropa və ABŞ-da axtarış və xilasetmə, "Schutzhund" idmanı, izləmə, sürü idarəçiliyi, çeviklik, itaətkarlıq, ovçuluq və digər məqsədlər üçün istifadə edilməyə başlanmışdır. 1982-ci ildə Çexoslovakiyada rəsmi olaraq milli cins kimi tanınmış və 1989-cu ildə "Beynəlxalq Kinoloji Federasiyası" (FCI) tərəfindən cins olaraq təsdiq edilmişdir. Tarix 1955-ci ildə Karel Hartl, Çexoslovakiyadakı hərbi it evlərində elmi təcrübə kimi Karpat boz canavarını Alman çoban iti ilə cütləşdirməyi düşündü. Brita adlı dişi canavar və Sezar adlı erkək Alman çoban itinin ilk hibridləri 26 may 1958-ci ildə Çexoslovakiyanın "Libejovice" şəhərində (indiki Çexiya ərazisi) doğulmuşdu. İlk nəslin balaları görünüş və davranış baxımından canavara çox bənzəyirdi. Onların tərbiyəsi çətin idi. təlim keçmək mümkün olsa da, nəticələr gözlənilən qədər yaxşı deyildi. Yetkinlik dövründə onlar yenidən alman çoban itləri ilə cütləşdirildilər və dördüncü nəsildə canavar qanının nisbəti 6,25%-ə qədər azaldı. Üçüncü və dördüncü nəsil itlər, normal təlimatlara uyğun hərəkət edə bilirdi və xidmət sahələrində istifadə edilə bilirdilər. Bu itlər, digər itlərlə müqayisədə daha yaxşı naviqasiya bacarıqlarına, gecə görmə qabiliyyətinə, eşitməyə və iybilməyə malik idilər. Dözümlülük sınaqlarında isə, bu hibridlər 100 km-lik məsafəni tükənmədən qət etmişdilər. 1965-ci ilin iyununda Brnoda və Praqada "Beynəlxalq Kinoloji Federasiyası"-nın (FCI) və "Beynəlxalq Kinoloji Konqres"in illik toplantısında Hartlın "Canavarların itlərlə keçməsinin nəticələri" mövzusunda təqdim etdiyi mühazirə böyük maraq doğurdu. Növbəti il, Hartl yeni cinsin standartlarını hazırladı. 1977-ci ildə sərhədçilər Xela adlı üçüncü nəsil hibrid dişi canavarı Sarıka ilə cütləşdirdilər. Lakin bu cins, 1970-ci illərdə dəfələrlə tanınmaqdan sonra və əksər damazlıq itlər komandir müavini mayor Frantisek Rosikin nəzarəti altında Slovakiyada hərbi itxanalara köçürüldü. 1971-1981-ci illərdə, yalnız Slovakiyada doğulmuş itlərdən istifadə olundu. 1982-ci ildə Brno şəhərində "Çexoslovak Canavar İt Yetiştiriciləri Klubu" (Çexoslovak Wolfdog Breeders Club) təsis edildi. Bu klub Çexoslovak seleksiyaçıları tərəfindən cinsi milli cins olaraq tanıtmağa başladılar. Sonrakı illərdə, 1983-cü ildə əlavə canavar qanı ilə cins yenidən inkişaf etdirildi. "Hluboká nad Vltavou" şəhərindəki Ohrada Zooparkının canavarı Leydi, yeni cinsin son nəslini dünyaya gətirdi və bu balaların atası Alman çoban iti "Bojar von Şottenhof" oldu. 1989-cu ildə cins, müvəqqəti olaraq FCI standartına uyğun qəbul edildi. 1990-cı ildə Brnoda keçirilən Dünya İt Şousunda "Dünya Çempionu" titulunu qazandı. 1999-cu ildə isə cins tam olaraq FCI tərəfindən qəbul edildi. 2012-ci ildə Çexiyada 168 yetkin dişi və 170 yetkin erkəkdən ibarət olan populyasiya qeydə alındı. 2014-cü ilin yanvar ayına qədər ən çox bala İtaliyada (200-ə qədər), Çexiyada (təxminən 100) və Slovakiyada (təxminən 50) qeydə alınırdı. Bu cins, Böyük Britaniyada da populyarlıq qazanmağa başlamışdır və xüsusi Cins Klubu tərəfindən dəstəklənir. Görünüş Minimum çiyin hündürlüyü erkəklər üçün 65 sm, dişilər üçün isə 60 sm təşkil edir. Bədənin quruluşu düzbucaqlıdır, hündürlüyün uzunluğa nisbəti 9:10 və ya daha azdır. Erkəklərin minimum çəkisi 26 kq, dişilərin isə 20 kq olmalıdır. Üzün görüntüsü, cinsə xas olan xüsusiyyətləri əks etdirməlidir. Kəhrəba rəngli gözlər, üçbucaq şəklindəki qulaqlar bu cinsin xarakterik xüsusiyyətlərindəndir. Diş dəsti tamdır (42 diş) və çox möhkəmdir. Həm qayçı, həm də kəlbətin formasında dişlər qəbul edilir. Sinəsi böyük və düzdür. Arxa isə qısa və bir qədər əyilmişdir. Quyruq yüksəkdir və sərbəst şəkildə endirildikdə pəncələrinə çatır. Kürk rəngi sarı-bozdan gümüşü-boza qədər dəyişir və açıq sima ilə müşayiət olunur. Tüklər düz, sıx və çox qalındır. Bu it tipik inadkar hərəkətlidir, hərəkəti yüngül və ahəngdar, addımı isə uzundur. Temperament Çexoslovak Qurd iti çox güclü sosial əlaqələr inkişaf etdirir və sahibinin bütün ailəsi ilə əlaqə qurmağı yaxşı bacarır. Digər ev heyvanları ilə yaşayışa asanlıqla öyrəşə bilər, amma yad heyvanlarla qarşılaşdıqda bəzi çətinliklər yarana bilər. Yetkinlik dövründə, kiçik heyvanlara qarşı aqressiv davranışların qarşısını almaq üçün, bu itlərin ovçuluq ehtirasını idarə etmək çox vacibdir. Bala heç vaxt təcrid edilməməli, sosiallaşmalı və müxtəlif mühitlərə uyğunlaşmalıdır. Çox oynaqdır, yəni yaxşı əhval-ruhiyyə ilə fəaliyyət göstərir və asanlıqla öyrənir. Lakin, spontan məşq etmək istəmir. Bu itlər ciddi məqsədyönlülük ilə məşq edirlər və məşqlər üçün motivasiya tapmaq vacibdir. Bu itlər izləmə və izləri tapmaqda çox bacarıqlıdır. Eyni zamanda çox müstəqil olub, əməkdaşlıq etməyi bacarırlar. Bu cins həmçinin axtarış və xilasetmə məqsədilə istifadə edilə bilər, amma idarə edilməsi digər cinslərə nisbətən daha çox səy tələb edir.
https://en.wikipedia.org/wiki/Czechoslovakian_Wolfdog
https://a-z-animals.com/animals/czechoslovakian-wolfdog/
https://www.akc.org/dog-breeds/czechoslovakian-vlciak/
https://www.thesprucepets.com/czechoslovakian-wolfdog-breed-profile-5081865
https://wagwalking.com/breed/czechoslovakian-wolfdog
https://www.wisdompanel.com/en-us/dog-breeds/czechoslovakian-wolfdog
https://www.dogbreedinfo.com/czechoslovakianwolfdog.htm
https://www.dogster.com/dog-breeds/czechoslovakian-wolfdog
https://animalia.bio/uk/pets/czechoslovakian-wolfdog
https://www.jkleinphotos.com/blog-posting/2024/7/8/czechoslovakian-wolfdogs
https://www.royalcanin.com/mt/dogs/breeds/czechoslovakian-wolfdog
Tarix : 29 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.