- Wikisun
Çex Foseki (Çex dili: Český Fousek) - Ənənəvi olaraq ovlama, işarələmə və gətirmə işlərində istifadə edilən çoxyönlü ov iti cinsi. Bu cins griffon ov itləri ailəsinə daxildir və tel xəzli itlərə məxsus olan bığ və saqqallarla tanınır. Tarix Yazılı standartlar XIX əsrdə qəbul edilib və FCI (Beynəlxalq Kinologiya Federasiyası) tərəfindən tanınması 1964-cü ilə təsadüf edir. Bu cins 1920-ci illərdə demək olar ki, tükənmişdi, lakin Çex Respublikası mütəxəssisləri tərəfindən digər çox yönlü ov cinsləri ilə cütləşdirilərək bərpa edildi. Bu, FCI tərəfindən cinsin qəbuluna problemlər yaratdı, çünki "Alman Kennel Klubu" (Verband für das Deutsche Hundewesen) onu "Stichelhaar" ilə demək olar ki, eyni genetik quruluşa sahib olduğu üçün qəbul etmədi. Çex Fosekinin "Wirehaired Pointing Griffon" cinsinə daxil edilməsi ilə, nəticədə üzvlər arasında ayrılma oldu və iki yeni klub yarandı: "Cesky Fousek North America" (əvvəllər Bohemian Wirehaired Pointing Griffon Club of America) və "American Wirehaired Pointing Griffon Association". Xüsusiyyətləri Erkəklərin boyu 60-66 sm , dişilərin boyu isə 58-62 sm arasında dəyişir. Erkəklərin çəkisi 28-34 kq, dişilərin çəkisi isə 22-28 kq arasındadır. Güclü və möhkəm quruluşu ilə tanınır ki, bu da ona müxtəlif növ ərazilərdə effektiv işləməyə imkan verir. Bu cins xüsusilə mükəmməl ov bacarıqları ilə qiymətləndirilir. Sərt xəzə malikdir və atletik quruluşlu, tel tüklü, əzələli bir bədəni vardır. Onun ən çox diqqət çəkən xüsusiyyəti üz tükləridir. Yumşaq, tüklü qaşları, bığı və saqqalı asanlıqla tanınmasına səbəb olur. Qulaq ucları üzünün yanına boş şəkildə sallanır, gözləri isə badam şəklində, dərində yerləşmiş, qəhvəyi və ya şaftalı rənglərində ola bilər. Çex Foseki loyal və uyğunlaşmağa meylli xarakteri ilə tanınır. Onlar asanlıqla təlim edilir və insanlarla yaxşı əməkdaşlıq edir, bu da onları həm ovçular, həm də ailələr üçün mükəmməl yoldaş edir.
https://en.wikipedia.org/wiki/%C4%8Cesk%C3%BD_fousek
https://www.dogster.com/dog-breeds/cesky-fousek
https://a-z-animals.com/animals/cesky-fousek/
https://ceskyfousekna.org/
https://wagwalking.com/breed/cesky-fousek
https://www.ukcdogs.com/cesky-fousek
https://www.dogbreedinfo.com/ceskyfousek.htm
https://pointingdogblog.blogspot.com/2012/02/breed-of-week-cesky-fousek_7.html
https://dogwilling.ca/pointing-dog-blog/2012/02/breed-of-week-cesky-fousek.html
Tarix : 6 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.