• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
3
5
2
catham-adalari-qiji-qusu

Çatham adaları qıjı quşu

Çatham adaları qıjı quşu ("Poodytes rufescens")-Çatham adalarına endemik olan və nəsli kəsilmiş bir quş növü. Ümumi məlumat Tarixən yalnız Manqere adasında məlum olsa da, Pitt adası və Çatham adasında da, fosillər tapılmışdır. Onun ən yaxın yaşayan qohumu, Yeni Zelandiya qıjı quşu və ya matata ("Poodytes punctatus")dır. Əvvəllər Yeni Zelandiya qıjı quşunun yarımnövü kimi qəbul edilsə də, indi geniş şəkildə ayrı bir növ kimi tanınır. Hər iki qıjı quşu əvvəllər öz cinsləri olan "Bowdleria" cinsinə daxil edilirdi; daha sonra "Megalurus" cinsinə, ən son isə "Poodytes" cinsinə köçürüldü. Təsvir Çatham adaları qıjı quşu, 18 sm uzunluğa çatırdı. Qanadları 5,9-6,7 sm arasında idi. Yeni Zelandiya qıjı quşundan fərqli olaraq, alt hissələri ləkəsiz ağ rəngdə idi, başının təpəsi şabalıdı-qəhvəyi rəngdə idi, gözünün üstündə aydın ağ ləkə və tünd qırmızı-qəhvəyi beli var idi. Həşəratlarla qidalanırdı, lakin ekologiyası haqqında daha çox məlumat yoxdur. Nəslinin kəsilməsi Elm üçün məlum olan ilk fərd 1868-ci ildə Yeni Zelandiya təbiətşünası Çarlz Treyl tərəfindən Manqere adasında "daşla vuraraq" tutulmuşdur. O, bu nümunəni Ser Volter Bullerə göndərdi və Buller 1869-cu ildə onu yeni bir növ kimi təsvir etdi. 1871-ci ildə populyasiya Manqere adasında kifayət qədər geniş yayılmış, lakin Pitt adasında azalmış kimi təsvir edilmişdi. Nəslinin kəsilməsinin səbəbləri görünür ki, meşə yanğınları, keçi və dovşanların həddindən artıq otarılması və siçanlarla, vəhşi pişiklərin ovlanması idi. Son nümunə 1895-ci ildə Manqere adasına pişiklərin gətirilməsindən qısa müddət sonra, Lionel Volter Rotşildin kolleksiyası üçün vurulmuşdur və 1900-cü ilə qədər nəsli kəsilmiş hesab edilirdi. Muzey nümunələri "Auckland Hərbi Memorial Muzeyi"ndə, "Harvard Təbiət Tarixi Muzeyi"ndə, Berlin, Çikaqo, Kraystçörç, "Təbiət Tarixi Muzeyi"ndə, Liverpul "Dünya Muzeyi"ndə, "Amerika Təbiət Tarixi Muzeyi"ndə, Paris, Pittsburq və Stokholmda görülə bilər.


İstinadlar

Tarix : 21 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.