• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
bulver-qirqovulu

Bulver qırqovulu

Bulver qırqovulu (Lophura bulweri) - Həmçinin Bulwer lələkli qırqovulu, lələkli qırqovul və ya ağquyruq lələkli qırqovul kimi tanınan, Cənub-Şərqi Asiyada yayılmış və Borneo meşələrinə endemik olan "Phasianidae" fəsiləsinə aid bir quş növü. Etimologiya Bulver qırqovulu "Galliformes" dəstəsinə və "Phasianidae" fəsiləsinə aiddir. Cins adı olan "Lophura" yunanca "lophos" sözündən götürülmüşdür və "təpə", "kəkilli" və ya "püskül" mənasını verir. Növ adı olan "bulweri" isə 1871–1875-ci illərdə Labuan qubernatoru olan Ser Henri Ernest Qaskoyn Bulwerin şərəfinə verilmişdir. O, tip nümunəsini "Britaniya Muzeyi"nə təqdim etmişdir. Təsvir Bulver qırqovulu cinsi dimorfizmə malikdir. Erkəklərin ümumi uzunluğu təxminən 80 santimetr (31 düym) olur və qara lələklərə, tünd qırmızı sinəyə, qırmızı ayaqlara, uzun və əyilmiş ağ lələklərdən ibarət təmiz ağ quyruğa, parlaq mavi üz dərisinə və başının yanlarını örtən iki lələyə malikdir. Dişilərin ümumi uzunluğu təxminən 55 santimetr (22 düym) olur və ümumilikdə boz-qəhvəyi rəngdə, qırmızı ayaqlı və mavi üz dərisinə malikdir. Yayılması və yaşayış mühiti Bulver qırqovulu Borneo adasına endemikdir. Növ qorunan ərazilərdə (məsələn, Şərqi Kalimantanda yerləşən Kayan Mentarang Milli Parkı) yerli miqyasda çoxsaylı olsa da, digər ərazilərdə nadir hallarda rast gəlinir. Bu quş təpəlik və aşağı dağlıq tropik meşələrdə yaşayır və əsasən yüksək dağlıq yağış meşələrini üstün tutur. 300 metr (980 fut) altındakı aşağı ərazilərə nadir hallarda enir. Qidalanması əsasən meyvələr, qurdlar və həşəratlardan ibarətdir. Status Bulver qırqovulu "IUCN"-in "Təhlükə Altında Olan Növlərin Qırmızı Siyahısı"nda "Zəif" kimi qeydə alınmışdır. Bunun əsas səbəbləri kommersial meşəçilik və meşə yanğınları nəticəsində yaşayış mühitinin itməsi və parçalanmasıdır. Yerli ovçuluq da bu quşların populyasiyasının azalmasına səbəb olur. Əsirlikdə Bu növ çox nadir hallarda zooparklarda saxlanılır, çünki cütləşmə problemləri ilə üzləşir. Bu növü saxlayan yeganə qərb zooparkları San Diego Zooparkı (üç erkək fərd saxlayıb) və San Antonio Zooparkıdır (2000-ci ildə ana-oğul cütlüyü saxlayıb). 2017-ci il məlumatına görə, heç bir zoopark bu quşu sərgiləmir.


İstinadlar

Tarix : 18 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.