- Wikisun
Buden — Norrbotten qraflığında yerləşən və Buden bələdiyyəsinin inzibati mərkəzi olan şəhərdir. 2018-ci ildə əhalisi 16.847 nəfər olub. Buden Lulea sahil şəhərinin ətrafındakı daha geniş ərazinin bir hissəsidir və ondan təxminən 36 kilometr (22 mil) cənub-şərqdə yerləşir. Kirunadan sonra Şimali İsveçin daxili hissəsində yerləşən ikinci ən böyük şəhərdir. Tarix Buden şəhəri Şimal dəmir yolu xəttinin (Norra stambanan, 1894-cü ildə açılıb) İsveçin şimalındakı zəngin dəmir filizi yataqlarından keçən, Filiz dəmir yolu xətti (Malmbanan) ilə birləşdiyi dəmir yolu qovşağı kimi yaranıb. XX əsrin əvvəllərində Buden qalasının inşa edilməsindən sonra şəhərin inkişafı sürətlənib. Qalanın məqsədi İsveçi şərqdən mümkün hücumdan qorumaq idi. Həmin dövrdə Rusiya ən təhlükəli təhdid hesab olunurdu. Buden haqqında ilk rəsmi yazılı məlumatlar 1539-cu ildə tərtib edilmiş milli vergi reyestrində "Buden kəndi" (isveçcə: Bodebyn) adı ilə qeyd olunur. 1546-cı ildə "Buden kəndi"nin 7 evdən ibarət olduğu qeyd edilir. Buden 1919-cu ildə şəhər statusu alıb. Bu status 1971-ci ildə qüvvədən düşüb və Buden hazırda Buden bələdiyyəsinin inzibati mərkəzidir. Sənaye 2007-ci ildə Buden hələ də hərbi dayaq məntəqəsi idi və burada İsveç Silahlı Qüvvələrinin ən böyük qarnizonu yerləşirdi. Buden şəhərində ən böyük iki işəgötürən ordu və bələdiyyədir. Hərbi qüvvələrin davamlı ixtisarı və beş alayın bir qarnizonda birləşdirilməsi nəticəsində son on il ərzində şəhərin əhalisi 2.000 nəfər azalıb. 2022-ci ildə İsveçin Stegra şirkəti Budendə yeni polad zavodunun tikintisinə başlayıb və zavodun 2026-cı ilin ortalarında istehsala başlaması gözlənilir. Zavod emissiyaları 95%-ə qədər azaltmaq məqsədilə hidrogen texnologiyasından istifadə edəcək. Layihə uğurla həyata keçirilərsə, Avropada iri miqyaslı ilk yaşıl polad zavodu olacaq. Layihəyə 2024-cü ildə Avropa İnvestisiya Bankı tərəfindən 314 milyon avro maliyyə vəsaiti ayrılıb. Layihəyə 700 MVt gücündə elektroliz zavodu daxildir. 2024-cü ilin noyabrında Stegra 2027–2032-ci illər üçün Uniper ilə 6 TVt·st elektrik enerjisinin satın alınmasına dair elektrik enerjisi satınalma müqaviləsi imzalayıb. Məşhur Fellkniven bıçaqları Budendəndir. Tanınmış Buden sakinləri Peter Englund — yazıçı, tarixçi, İsveç Akademiyasının daimi katibi (2009–2015) Karl Fabricius — buzüstü xokkey oyunçusu Stefan Gunnarsson — müğənni və pianoçu Eyvind Yunson — yazıçı, 1974-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Lennart Klockare — siyasətçi Daniel Larsson — buzüstü xokkey oyunçusu Johanna Larsson — tennisçi Elias Lindholm — buzüstü xokkey oyunçusu Jonna Löfgren — Glasvegas qrupunun zərb alətləri ifaçısı Stig Strömholm — professor, rektоr Oskar Sundqvist — buzüstü xokkey oyunçusu Stig Sundqvist — futbolçu Stig Synnergren — İsveçin keçmiş Ali baş komandanı Sven Utterström — xizəkçi Niclas Wallin — buzüstü xokkey oyunçusu Hans Wallmark — siyasətçi Brolle — müğənni Tommy Johansson — Majestica (əvvəllər ReinXeed) və Sabaton qruplarının müğənnisi və gitaraçısı Tejbz — videooyun şərhçisi və strimer Jessica Bäckman — avtoidman pilotu Beynəlxalq əlaqələr Qardaş şəhərlər Budenin qardaş şəhərləri: Norveç Alta, Norveç Türkiyə Hakkari, Türkiyə İdman Aşağıdakı idman klubları Budendə yerləşir: Bodens BK Hedens IF Skogså IF Vittjärvs IK Boden Hockey Boden Handboll IF İstinadlar
https://az.wikipedia.org/wiki/Buden
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Buden¶ms=65_49_5.696_N_21_42_16.427_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=65.81824889,21.70456306&q=65.81824889,21.70456306&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=21.70456306,65.81824889&pt=21.70456306,65.81824889&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=65.81824889&mlon=21.70456306&zoom=12
https://runeberg.org/ortnamn/0009.html
https://web.archive.org/web/20160114192247/http://www.xn--avstndstabell-sfb.se/boden/
Tarix : 1 oktyabr 2026