- Wikisun
Bu (16 mart 2006 – 18 yanvar 2019) Pomeranian cinsindən olan və populyar Facebook səhifəsinə sahib, həmçinin haqqında dörd fotoalbom kitabı nəşr edilmiş it idi. 2020-ci ilə olan məlumata görə, Bunun Facebook səhifəsində 16 milyon bəyənmə var idi. Bu, Facebook əməkdaşı İren Anın iti idi. İren An eyni zamanda Bunun böyük qardaşı Badinin də sahibi olmuşdur. Populyarlığı Bu, San-Fransiskoda yaşayan Facebook əməkdaşına məxsus idi. Həmin şəxs it üçün "Mənim adım Budur. Mən itəm. Həyat gözəldir." ifadəsinin yer aldığı Facebook səhifəsi yaratmışdı. Bu, 2010-cu ilin oktyabrında müğənni Keşanın yeni sevgilisinin olduğunu bildirən və həmin səhifəyə keçid verən Twitter paylaşımından sonra məşhurlaşdı. Chronicle Books, həmin vaxt Bunun Facebookda 5 milyon pərəstişkarının olduğunu görərək sahibinə onun haqqında şəkilli kitab yazmağı təklif etdi. 2011-ci ilin avqustunda onun sahibi J. H. Li təxəllüsü ilə "Boo: The Life of the World's Cutest Dog" kitabını nəşr etdirdi. Kitab sonradan on dilə tərcümə edilərək nəşr olundu. Daha sonra "Boo: Little Dog in the Big City" adlı ikinci kitab, eləcə də təqvim işıq üzü gördü. Həmçinin kəsilib yığılan kitab və uşaqlar üçün əlavə kitabların hazırlanması planlaşdırılırdı. Onun digər məhsulları arasında Gund şirkətinin istehsal etdiyi yumşaq oyuncaq da var idi. Mediaya çıxışları 2012-ci ilin aprelində Facebookda #RIPBOO həştəqinin geniş yayılmasından sonra Bu haqqında ölüm xəbəri yayıldı. Ardınca Gizmodo jurnalisti Sem Biddl Bunun öldüyünü yazan Twitter paylaşımı etdi. Daha sonra Chronicle Book əməkdaşları tərəfindən Bunun sağ və vəziyyətinin yaxşı olduğu təsdiqləndi. 2012-ci ilin iyulunda Bu "Virgin America" aviaşirkətinin rəsmi ev heyvanları üzrə əlaqələndiricisi elan edildi. Aviaşirkət onun təyyarədə çəkilmiş şəkillərini və ev heyvanları ilə səyahət edən insanlar üçün məsləhətləri yayımladı. O, həmçinin Blood and Tears kolleksiyasından olan gün eynəklərini The Monocle Order üçün nümayiş etdirdi. 2012-ci ilin avqustunda All Things Digital əməkdaşı Mayk Ayzek Bunun sahibinin Facebook əməkdaşı İren An olduğunu müəyyənləşdirdi. Sağlıq problemləri və ölümü Bunun sahiblərinin sözlərinə görə, Badi öldükdən sonra onda ürək problemlərinin əlamətləri görünməyə başlamışdı. Bu, 18 yanvar 2019-cu il səhəri yuxuda vəfat etdi. Həmçinin bax Salli (it) Frida (it) Layka İstinadlar Xarici keçidlər Facebook səhifəsi
https://az.wikipedia.org/wiki/Bu_%28it%29
http://www.sfgate.com/business/article/Boo-the-cutest-dog-on-the-planet-3796886.php
https://web.archive.org/web/20120819195846/http://www.sfgate.com/business/article/Boo-the-cutest-dog-on-the-planet-3796886.php
https://www.bbc.com/news/newsbeat-46931245
http://allthingsd.com/20120808/boo-the-worlds-cutest-dog-calls-a-facebook-employee-mom/
https://web.archive.org/web/20120809213433/http://allthingsd.com/20120808/boo-the-worlds-cutest-dog-calls-a-facebook-employee-mom/
https://www.huffpost.com/entry/boo-rip-ripboo-alive-dog_n_1419247
Tarix : 9 sentyabr 2026