• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
broholmer-it-cinsi

Broholmer (it cinsi)

Broholmer - "Danimarka Kennel Klubu" və "Beynəlxalq Kinoloji Federasiyası" tərəfindən tanınan, Danimarkaya məxsus böyük mastif it cinsi. Keçmişdə varlıların evlərində gözətçi iti kimi istifadə edilmişdir. İkinci Dünya Müharibəsi zamanı bu cinsin sayı kəskin şəkildə azalmış, lakin 1970-ci illərdə uğurla bərpa edilmişdir. Təsvir Broholmer mastif tipli böyük və güclü bir itdir. Onun yüksək və təsir edici hürüşü, dominant yerişi var. Yaxşı təlim keçmiş Broholmer sakit, xoş xasiyyətli və mehriban olur, lakin yad insanlara qarşı ehtiyatlı davranır. Dişilərin boyu təxminən 70 sm, çəkisi 41-59 kq olur. Erkəklər isə təxminən 75 sm hündürlükdə və 50-68 kq arasında çəkidədirlər. Onların bədəni böyük, başlı kvadrat formalı olur. Kəllənin eni, uzunluğu və burunun uzunluğu bir-birinə bərabərdir. Baş ümumilikdə çox hündür deyil. Tük örtüyü qısa və sərt olur. Rəngi açıq və ya qəhvəyi sarı, yaxud qara ola bilər. Bəzi ağ işarələrə və qara üzə icazə verilir. Broholmerlərin orta ömrü 7-12 il təşkil edir. Tarixi Bu cins 2009-cu ildə Böyük Britaniyaya idxal edilmişdir. Son illərdə (2016-cı ildə) ABŞ-a gətirilən Broholmerlərdə spontan yaranan, yetkin yaşlarda başlayan onurğa beyni pozğunluğu olan "degenerativ mielopatiya" (DM) aşkar edilmişdir. Bu xəstəlik insanlarda "amiotrofik lateral skleroz" (ALS) və ya "Lou Gehrig" xəstəliyinə bənzəyir. DM xəstəliyində onurğa beyninin və periferik sinirlərin "ağ maddəsi" degenerasiyaya uğrayır. Onurğa beyninin ağ maddə yolları hərəkət əmrlərini beyindən əzalara, hissiyyat məlumatlarını isə əzalardan beyinə ötürür. ABŞ-a gətirilən ilk Broholmer, DM səbəbindən 2018-ci ildə ölmüşdür və idxal edilən digər itlərdə də bu xəstəlik qeydə alınmışdır. Bu itlər heç vaxt rəsmi şəkildə təqdim edilməmiş və Danimarkanın sağlam Broholmerlərin qorunması və yetişdirilməsi üzrə əsas təşkilatı olan "Broholmer Selskabet" tərəfindən qəbul edilməmişdir. 2010-cu ildə Danimarkadan ABŞ-a tamamilə sağlam bir erkək Broholmer göndərmişdir. Lakin o, ABŞ-da heç vaxt yetişdirilməmişdir. Qidalanma Broholmerlər balanslı qidalanmaya ehtiyac duyur, bu qida onların lazım olan bütün vitamin və mineralları içərisində saxlamalıdır. Bu iri itləri təbii məhsullarla bəsləmək daha yaxşıdır. Burada əsas maddə ət olmalıdır və aşağıdakı məhsullar da uyğun sayılır: 1.Dəniz balığı (sümüklərdən təmizlənmiş olmalıdır) 2.Balıq yağı 3.Xərçəng qaraciyəri 4.Yerkökü və digər tərəvəzlər 5.Yaşıl otlar 6.Meyvələr 7.Turş süd məhsulları


İstinadlar

Tarix : 5 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.