- Wikisun
Briard və ya "Berger de Brie" - Fransanın böyük çoban iti cinsi. İlk dəfə 1863-cü ildə Parisdə keçirilən ilk it sərgisində nümayiş etdirilmişdir. Milli damazlıq kitabı olan "Livre des Origines Françaises" (Fransız Mənşəli Itlərin Kitabı) üzrə qeyd edilən ilk Briard isə 1885-ci ildə "Sans Gen" adlı it olmuşdur. Keçmişdə bu cins "Chien de Berger français de Plaine" (Fransız düzənlik çoban iti) adı ilə də tanınırdı. Tarix Briard, Fransanın "Brie" adlı tarixi bölgəsində yaranmış və adını da bu bölgədən almışdır. Bu cins ənənəvi olaraq həm qoyun otarmaq, həm də onları qorumaq üçün istifadə edilirdi. "Brie" bölgəsində çoban itləri haqqında ilk yazılı qeydlərdən biri Jan Baptist François Rozier tərəfindən 1783-cü ildə aparılmışdır. O yazırdı ki, "chien de Brie" (Brie iti) uzun tükə malik və adətən qara rəngdə idi. Onun fikrincə, açıq düzənliklərdə canavarlara qarşı təhlükə az olduğundan, bu itlər əsasən sürünü yönləndirmək məqsədilə istifadə edilirdi. Çoban itlərinin vəzifəsi qoyunların əkin sahələrinə və üzüm bağlarına zərər verməsinin qarşısını almaq idi. 1895-ci ildə Piyer Meqnin yazdığına görə, "Chien de Beauce" qısa tükə sahib olan bir çoban iti idi. "Chien de Brie" və ya Briard isə uzun tükə malik idi. Həmin ildə Meqnin həmçinin "Fransız Çoban İtləri Cəmiyyəti"ni yaratmış və 1896-cı ildə "Club des chiens de berger français" (Fransız Çoban İtləri Klubu) təşkilatını qurmuşdur. Cinsin standartları 1897-ci ildə yaradılmışdır və burada iki növü təsvir olunmuşdur: biri yunlu və ya qoyuna bənzər kürklü, digəri isə daha çox keçinin kürkünə bənzəyirdi. Yunlu növ sonradan yoxa çıxmışdır. 1909-cu ildə Les Amis du "Briard" adlı cins cəmiyyəti yaradılmışdır. Sağlamlıq 2024-cü ildə Böyük Britaniyada aparılan bir araşdırmaya görə, Briard cinsinin orta ömür uzunluğu 12,6 il olaraq müəyyən edilmişdir. Təmiz cinslər üçün orta ömür 12,7 il, mələzlər üçün isə 12 il olub. 2001-ci ildə Kornell Universiteti və Pensilvaniya Universitetinin tədqiqatçıları gen terapiyasından istifadə edərək, üç Briard balasında "Leber anadangəlmə amaurozu"na (göz xəstəliyi) bənzər bir xəstəliyin səbəb olduğu korluğu qismən bərpa etməyi bacarmışlar. Xüsusiyyətlər Briard cinsinin kürkü uzun (7 sm-dən az olmayan), keçi kürkü kimi qalın və sərtdir. Kürkləri qara, boz, mavi, tünd qırmızı və ya qara rənglə örtülmüş qəhvəyi ola bilər. Bozlaşma müxtəlif dərəcələrdə görünə bilər. Briard itlərinin erkəkləri 62-68 sm, dişiləri isə 56-64 sm arasında hündürlüyə malikdir. Erkəklərin çəkisi 25-45, dişilərin çəkisi isə 21-41 kiloqram arasında ola bilir.
https://en.wikipedia.org/wiki/Briard
https://a-z-animals.com/animals/briard/
https://www.akc.org/dog-breeds/briard/
https://www.thekennelclub.org.uk/search/breeds-a-to-z/breeds/pastoral/briard/
https://www.petmd.com/dog/breeds/briard
https://www.britannica.com/animal/briard
https://dogtime.com/dog-breeds/briard
https://www.thesprucepets.com/briard-dog-breed-profile-4768988
https://wagwalking.com/breed/briard
https://www.dogster.com/dog-breeds/briard
https://swanbournevet.com/the-briard/
Tarix : 29 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.