• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
brahma-toyugu

Brahma toyuğu

Brahma - ABŞ mənşəli toyuq cinsi. Tarix Brahma cinsinin mənşəyi ilə bağlı mübahisələr və qarışıqlıqlar mövcuddur. Bu cins, 1840-cı illərdə Çin Şanxay limanından gətirilən, ayaqlarında sıx tüklər olan iri toyuqlardan inkişaf etmiş kimi görünür və buna görə də "Şanxay" toyuqları olaraq tanınmışdır. Brahma cinsinin xarakterik baş quruluşuna görə Malay tipli "Çittaqonq" toyuqları ilə çarpazlaşmadan meydana gəldiyi ehtimalını gücləndirir. Maraqlıdır ki, bu xüsusiyyət "Şanxay" toyuqlarından gələn "Cochin" cinsində yoxdur. İlk dövrlərdə çox sayda fərqli növ və ən azı on iki fərqli adla tanınmışdır. 1852-ci ildə Boston şəhərində keçirilən toplantıda "Brahmapootra" adı ilə razılaşılmış, sonra bu ad "Brahma"ya çevrilmişdir. Brahma toyuqları ilk dəfə 1852-ci ilin dekabrında İngiltərəyə ixrac olunmuş, Corc Burham tərəfindən Kraliça Viktoriyaya hədiyyə olaraq göndərilmişdir. Qara brahma növü, bu hədiyyə toyuqlardan İngiltərədə inkişaf etdirilmiş və sonradan ABŞ-a geri ixrac olunmuşdur. Hem ağ, həm də qara brahma növləri, 1865-ci ildə Böyük Britaniyanın "Toyuq Klubu"nun dərc etdiyi "Standard of Excellence (Ən Yüksək Standart)" sənədinə daxil edilmişdir. Hər iki növ, 1874-cü ildə "ABŞ Toyuq Assosiasiyasının" "Standard of Perfection (Ən Yüksək Dəqiqlik Standartı)" sənədinə daxil edilmişdir. Müvafiq olaraq 1924 və ya 1929-cu illərdə isə "buff" (xəfif sarı) növü sözü gedən siyahılara əlavə olunmuşdur. Brahma toyuqları 1850-ci illərdən 1930-cu ilə qədər ABŞ-da əsas ətlik toyuq cinsi idi. Xüsusiyyətləri "Amerika Standard of Perfection (Ən Yüksək Dəqiqlik Standartı)" tərəfindən üç rəng növü tanınır: ağ, qara və "buff". Ağ brahmada daha çox ağ rəng hakim olsa da, boğaz kənarlarında və quyruqda qara tüklərı rast gəlinir. Həmçinin erkəyin belində qara zolaqlar var. Qara brahma cinsində erkək və dişi arasında böyük fərqlər var. Dişi, ağ brahma ilə eyni boğaz tüklərinə sahibdir və daha çox boz və qara rəngdə olur. Erkək isə qara və ağ boğaz tüklərinə, qara quyruğa sahibdir. Qanadları ağ rəngdədir. "Buff" ağ ilə eyni qara naxışa malikdir, lakin ondan fərqli olaraq daha çox qızılı tüklər ilə diqqət çəkir. "Avstraliya Toyuq Assosiasiyası", ağ, qara və "buff" növlərindən əlavə, brahma cinsinin qara, mavi, "partridge", "crele" və "barred" növlərini də qəbul etmişdir. Ortalama çəkilər erkəklər üçün təxminən 5.5, dişilər üçün 4.5 kiloqram arasındadır.


İstinadlar

Tarix : 21 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.