• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
boston-teryeri-it-cinsi

Boston Teryeri (it cinsi)

Boston Teryeri - Amerika Birləşmiş Ştatlarına aid, kiçik ölçülü və yığcam bir it cinsidir. "Amerikalı Centlmen" kimi də tanınan bu cins, 1893-cü ildə "Amerika Kennel Klubu" (AKC) tərəfindən qeyri-idman cinsi olaraq qəbul edilmişdir. Boston teryerləri, qısa quyruğu və dik qulaqları ilə tanınır. 2022-ci ildə AKC-nun qeydiyyatına əsasən, Boston teryeri ABŞ-ın ən populyar 24-cü cinsi olaraq qəbul edilmişdir. Tarix Boston teryeri cinsi təxminən 1870-ci ildə Bostonlu Robert Hoper tərəfindən yaradılmışdır. Hooper, Uilyam O'Brayn adlı şəxsdən, öküz və teryer tipli bir it olan "Judge" adlı it almışdır. "Judge", Boston teryeri cinsinin əcdadı hesab olunur. Bu it, xüsusilə 19-20-ci əsrin əvvəllərindəki orijinal öküz və teryer cinsləri ilə birbaşa əlaqəlidir. Bu cinsin əcdadı olan Judge, təxminən 15 kq ağırlığında idi. Sonradan bu it, Edvard Burnetin "Gyp" adlı ağ buldoq tipli dişi ilə cütləşdirildi. "Gyp" təxminən 9,1 kq ağırlığında idi və cinsin bugünkü tipik xüsusiyyətlərinə malik idi. "Boston Teryer Klubu" 1891-ci ildə yaradılıb və 1893-cü ildə "Amerika Kennel Klubu" tərəfindən qəbul edilmişdir. İlk illərdə, cinsin rəngi və işarələri çox vacib sayılmırdı, lakin 20-ci əsrdə bunlar cinsin standartına daxil edilərək önəmli xüsusiyyətlərə çevrildi. Cinsin aqressiv təbiəti zamanla azalmış və insanlarla daha dostyana münasibətə çevrilmişdi. 1922-ci ildən etibarən Boston Universiteti "Rhett" adlı Boston teryerini öz maskotu olaraq istifadə edir. 1979-cu ildən isə Boston teryeri Massaçusets ştatının rəsmi dövlət iti olmuşdur. Təsvir Boston Teryeri kompakt və mütənasib bir quruluşa sahib, kiçik ölçülü itdir. Onun başı kvadrat formasında olub, dik qulaqları və bir az əyilmiş boynu vardır. Ağzı qısa və ümumiyyətlə qırışsızdır, dişləri bərabər və ya bir qədər aşağı mövqe alır. Sinəsi geniş, quyruğu isə qısadır. Beynəlxalq cins standartlarına əsasən, Boston teryerinin çəkisi 11 kq-dan çox olmamalıdır. Cinsin hündürlüyü isə 38-43 sm arasında dəyişir. Kürk və rəng Adətən qara və ya "brindle"(Qarışıq rəngli zolaqlar) rəngində olur. Çox tünd və qeyri-standart rənglər qəbul edilmir. "Amerikan Kennel Klub"a görə, Boston teryerinin işarələri iki kateqoriyaya bölünür: 1. Tələb olunan işarələr: ağ sinə, ağ ağız və gözlər arasında ağ zolaq. 2. Arzu olunan işarələr: ağ yaxalıq, ön ayaqlarda ağ işarələr və arxa ayaqlarda çəngəllərə qədər ağ işarələr. Simmetrik işarələr daha çox arzu edilir. Boston teryerinin xarakterik işarələri və zərif görünüşü ona "Amerikalı Centlmen" ləqəbini qazandırmışdır. Diqqətçəkən xüsusiyyətlər Boston Teryeriin ən diqqətçəkən xüsusiyyətlərindən biri böyük və görkəmli gözləridir. Bu cinsin gözləri yuvarlaq və geniş ayrılmışdır. Gözlər, kəllə sümüyündə kvadrat şəkildə yerləşir və bu, onun fərqləndirici əlamətidir. Quyruğu qısa, qıvrılmış və ya düz ola bilər, lakin uzunluğu adətən 5 sm-dən çox olmur. Temperament Şən, güclü və mehriban bir xarakterə malikdir. Yumuşaq və dostcanlı olan bu cins, sahibləri ilə yaxşı münasibət qurmağa can atır. Onlar asanlıqla öyrədilə bilərlər və sahiblərinə sadiqdirlər. Bəzi hallarda, Boston teryerləri ərazilərini qorumağa meylli ola bilərlər və bu, digər itlərə və yad insanlara qarşı aqressiv davranışlara səbəb ola bilər. Həm dişi, həm də erkək Boston teryerlər ümumiyyətlə sakitdir və yalnız lazım olduqda hürürlər. Orta ömür uzunluğu 12 ildir.


İstinadlar

Tarix : 29 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.